Cəlilabadda qohumlar qidadan zəhərlənib.
“xeberxetti.com”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakinləri – 1988-ci il təvəllüdlü Abbasova Almaz Əliqəmbər qızı, 1993-cü il təvəllüdlü Həşimova Zəhra Əliqəmbər qızı, 2010-cu il təvəllüdlü A.Abbaslı, 2012-ci il təvəllüdlü V.Abbaslı və 2013-cü il təvəllüdlü F.Həşimova zəhərlənib. Onlar zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıb.
İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.
Mənbə
Xeberxetti.com