Bakı Metropoliteninin stansiyalarında dahi bəstəkar və pedaqoq Qara Qarayevin anadan olmasının 105-ci ildönümünün qeyd edilməsi münasibətilə səsləndirilən musiqi parçaları bu günlük dayandırıla bilər.
Bakı Metropolitenindən cebhe.info-ya daxil olan məlumata görə, yaxın dəqiqələrdə iclas keçiriləcək.
İclasda Türkiyədə baş verən zəlzələ səbəbindən musiqinin bu günlük dayandırılması məsələsi müzakirə olunacaq.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, 7 şəhərdə baş verən zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
xeberxetti.com