Xəbər Xətti

    Yair Netanyahu: “Dövlət Departamenti İsraildəki etirazları maliyyələşdirir”

    26 Mart 2023

    “Taçsız prenses”lə bağlı yeni QƏRAR

    26 Mart 2023

    Xəbər Xətti – Yevlaxda meşədə yanğın olub

    25 Mart 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Yair Netanyahu: “Dövlət Departamenti İsraildəki etirazları maliyyələşdirir”

      26 Mart 2023

      “Taçsız prenses”lə bağlı yeni QƏRAR

      26 Mart 2023

      Xəbər Xətti – Yevlaxda meşədə yanğın olub

      25 Mart 2023

      Türkiyə futbolda Ermənistana qalib gəldi

      25 Mart 2023

      Yevlaxda meşəlik ərazidə yanğın olub 

      25 Mart 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Kateqoriyasız»Azərbaycan-Rumıniya əməkdaşlığı yüksələn xətlə inkişaf edir
    Kateqoriyasız

    Azərbaycan-Rumıniya əməkdaşlığı yüksələn xətlə inkişaf edir

    06 Fevral 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Qısa müstəqillik tarixində Azərbaycan Aİ-nin doqquz üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. Bu gün respublikamız Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın Aİ məkanında qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ölkələrdən biri də Rumıniyadır. Rumıniya Azərbaycanın müstəqilliyini 11 dekabr 1991-ci ildə tanıyıb. Rumıniya respublikamızın müstəqilliyini tanıyan dünyada ikinci (qardaş Türkiyədən sonra), Avropa İttifaqına üzv dövlətlərin arasında isə ilk ölkədir. Ölkələrimiz arasında 19 iyun 1992-ci il tarixində diplomatik əlaqələr qurulub. 1998-ci il noyabrın 3-də Rumıniyanın Azərbaycanda, 2001-ci ilin 19 may tarixində isə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi təsis edilib. 2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən “Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə” imzalanıb. Bu sənədin imzalanmasından sonra Azərbaycan-Rumıniya münasibətləri daim yüksələn xətt üzrə inkişaf edir.

    Bu günlərdə Bakıya rəsmi səfərə gələn Rumıniya Prezidenti cənab Klaus Yohannisin səfəri ciddi fəaliyyətlərdən xəbər verir. Belə ki, bu gün ən qlobal problemlərdən biri olan Avropanın enerji təhlükəsizliyi məsələsinin həllində maraqlı olan tərəflərdən biri və önəmlisi Rumıniyadır. Çünki Avropanın enerji təhlükəsizliyini Rumıniyasız təsəvvür etmək mümkün deyildir. Məsələnin müsbət yönündə isə Azərbaycanın rolu danılmazdır. Sözü və əməli  üst-üst düşən bir lideri olan Azərbaycanla əməkdaşlıq etmək Avropa ölkələri üçün arzuolunandır. Bu missiyanı bir sıra dövlət başçıları, o cümlədən cənab Klaus Yohannis icra edirlər. Fevralın 2-də Bakıda mətbuata verdiyi bəyanatında Rumıniya prezidenti səfərinin əsas məqsədlərini və əldə olunan nəticələri qeyd edərək bildirmişdir ki, “Azərbaycan yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. Sabah hər iki ölkənin dövlət neft şirkəti “Romqaz” və SOCAR yeni sazişə imza atacaqlar. Həmin sazişə əsasən, 2023-2024-cü illərdə bizim ölkəyə əlavə qaz nəql ediləcək. Hər ikisi – Cənub Qaz Dəhlizi, o cümlədən Azərbaycanda bərpaolunan enerji resurslarından istehsal edilmiş elektrik enerjinin nəqli üçün çəkiləcək gələcək dənizaltı kabel və nəhayət, Avropa Komissiyasının dəstəklədiyi layihələr Avropa İttifaqında enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək. Bu məsələləri biz cənab Prezident Əliyevlə müzakirə etdik.”

    Qeyd etmək lazımdır ki, Azərbaycanın SOCAR şirkətinin dost Rumıniyada fəaliyyətini ildən-ilə genişləndirməsi məmnunluq doğurur. Hazırda Azərbaycan şirkətinin  Rumıniyada 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq deposu fəaliyyət göstərir. Rumıniyadan Azərbaycana müxtəlif avadanlıq və cihazlar, onların hissələri, cərəyan mühərrikləri və avadanlıqları, naqillər, qara metal məmulatları, mebel və mebellərin hissələri, ağac yonqarlı plitələr, dərman vasitələri idxal olunur. Respublikamız dost ölkəyə xam neft, emal olunmamış aliminium ərintiləri, qazoyllar, reaktiv kerosin yanacağı, kimyəvi məhsullar və preparatlar ixracını həyata keçirir.

    Rumıniya bir qayda olaraq Azərbaycan tərəfindən irəli sürülən bütün regional iqtisadi layihələrə dəstək verib. O cümlədən, Rumıniya Avropa İttifaqının enerji təminatında Azərbaycanın əvəzedilməz rolunu yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizi layihəsinə Aİ çərçivəsində dəstək verilməsinin təşəbbüsçülərindən olub. Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün potensial dəfələrlə artıb. Əvvəllər Azərbaycan Rumıniyaya yalnız neft tədarük edirdisə, bu gün artıq Azərbaycan qazının da CQD vasitəsilə Rumıniyaya çatdırılması reallaşıb.

    Cənab Klaus Yohannisin bəyanatında toxunduğu digər məsələ isə çox strateji məsələ olan yaşıl enerji məsələsidir. Azərbaycanın yüksək potensialı, bərpa olunan enerji resurslarının bolluğu Avropanın diqqətini cəlb edir. Hazırda yaşıl enerji  sahəsində çox önəmli addımlar atılmış və atılmaqdadır. Cənab Prezident İlham Əliyevin bəyanatında qeyd edildiyi kimi “Bu, çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir. Əlbəttə, ümid edirik ki, sabahkı birinci rəhbər komitənin toplantısı gələcək birgə fəaliyyət üçün bir yol xəritəsini də təklif edəcək.”

    Son olaraq qeyd edək ki, Rumıniya Prezidentinin səfəri və hər iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi Xəzər dənizi hövzəsi ilə Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əməkdaşlıq işinə çox böyük töhfə verəcəkdir.

     Arzu Miriyev Suraxanı rayonu 65 nömrəli tam orta məktəbin direktoru


    Bizim Telegram kanalımıza abunə olun

    xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Azərbaycan XİN-dən Ermənistana XƏBƏRDARLIQ

    25 Mart 2023

    “erməni separatçılar Füzuli istiqamətində…” – Müdafiə Nazirliyindən SON DƏQİQƏ MƏLUMATI

    25 Mart 2023

    Dünyanın ən güclü orduları: Azərbaycan neçənci sıradadır?

    25 Mart 2023

    Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: məşhur qadın müğənni ailəsi ilə birgə AĞIR QƏZAYA DÜŞDÜ – 5 ölü bir yaralı AÇIQLAMASI

    25 Mart 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Yair Netanyahu: “Dövlət Departamenti İsraildəki etirazları maliyyələşdirir”

    26 Mart 2023

    Xəbər Xətti – Yevlaxda meşədə yanğın olub

    25 Mart 2023

    Türkiyə futbolda Ermənistana qalib gəldi

    25 Mart 2023

    Yevlaxda meşəlik ərazidə yanğın olub 

    25 Mart 2023

    Bəhruz Məhərrəmov: “Sülh üçün antiterror əməliyyatları beynəlxalq hüquqla tanınan haqqımızdır”

    25 Mart 2023

    Rusiya Belarusda nüvə silahı yerləşdirəcək

    25 Mart 2023

    “Rusiya sülhməramlıları açıq şəkildə erməni terrorçularının dəstəkçisinə çevrilib” – RƏY

    25 Mart 2023

    Rafael Qrossi Zaporojye AES-ə gələcək

    25 Mart 2023

    Paşinyan Putini həbs etdirmək istəyir – Rusiyaya arxadan vurulan zərbə – ŞƏRH

    25 Mart 2023

    Xəbər Xətti – “Qalatasaray” ulduzlarını Bakıya gətirir

    25 Mart 2023

    Yaponiya 4 il ərzində gəmilərə “Tomaqavk” raketləri quraşdırmaq istəyir

    25 Mart 2023

    “Ukraynanın əks hücum üçün silah və sursatı yoxdur”

    25 Mart 2023

    Rusiya MN Azərbaycan ordusunun irəlilədiyini təsdiqlədi, Bakıdan bunu TƏLƏB ETDİ

    25 Mart 2023

    Ələtdə kişi meyiti tapılıb

    25 Mart 2023

    Ələtdə üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkarlanıb

    25 Mart 2023

    Almaniya 30 rus diplomatı ölkədən qovmaq istəyir

    25 Mart 2023

    Türkiyəli prezidentliyə namizəddən şok açıqlama: “İki tələbəm Azərbaycanda nazirdir” – VİDEO

    25 Mart 2023

    “Erməni tanışıma yazmışam, amma ondan səs çıxmır” – Zərdüşt Əlizadə

    25 Mart 2023

    Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

    25 Mart 2023

    Türkiyəli nazir 15 ildən sonra Ermənistana getdi

    25 Mart 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.