Türkiyənin “Baykar” şirkəti Ukraynaya iki “Bayraktar TB2” PUA-sı verib.
“Xəbər Xətti” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, PUA-lar üçün şirkət ödəniş almayıb.
“Dövlətimizin ən çətin anlarında barışmaz və daimi dəstəyinə görə “Baykar”a sonsuz minnətdarıq”, – deyə qurumun açıqlamasında qeyd olunur.
Mənbə
Xeberxetti.com