Xəbər Xətti

    Xəbər Xətti – Ərdoğan Türkiyədə baş verən güclü zəlzələdən sonra ilk açıqlamasını verdi

    06 Fevral 2023

    İstanbulda motosiklet, moped və skuterlərə qadağa qoyuldu – FOTO

    06 Fevral 2023

    Göyçayda avtomobil yoldan çıxaraq aşıb, yaralılar var

    06 Fevral 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Xəbər Xətti – Ərdoğan Türkiyədə baş verən güclü zəlzələdən sonra ilk açıqlamasını verdi

      06 Fevral 2023

      İstanbulda motosiklet, moped və skuterlərə qadağa qoyuldu – FOTO

      06 Fevral 2023

      Göyçayda avtomobil yoldan çıxaraq aşıb, yaralılar var

      06 Fevral 2023

      Cüdoçumuz qızıl medal qazandı – YENİLƏNİB

      06 Fevral 2023

      Xəbər Xətti – Batareyaları dəyişdirilə bilən elektromobilin satışına başlanıldı

      06 Fevral 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Manşet»Azərbaycanda Media Reyestrinin ƏHƏMİYYƏTİ: Mətbuatda xaotik vəziyyətin qalmasında kimlər maraqlıdır? – MÖVQELƏR
    Manşet

    Azərbaycanda Media Reyestrinin ƏHƏMİYYƏTİ: Mətbuatda xaotik vəziyyətin qalmasında kimlər maraqlıdır? – MÖVQELƏR

    25 Yanvar 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Azərbaycanda Media Reyestrinin ƏHƏMİYYƏTİ: Mətbuatda xaotik vəziyyətin qalmasında kimlər maraqlıdır? – MÖVQELƏR
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    /* Desktop */

    .ads-ain.single-ads-desktop ins:before{content:”;padding:0 0 12.5%;display:block;}

    /* Mobile */

    .ads-ain.single-ads-mobile ins:before{content:”;padding:0 0 31.5%;display:block;}

    Son vaxtlar Media Reyestrinin tətbiqi ətrafında davam edən narazılıqlar yenidən aktuallaşıb. Belə ki, media sahəsində çalışan bəzi şəxslər Reyestrin tətbiqinə ehtiyac olmadığını düşünürlər və jurnalistlərin qarşısını kəsən bir əngəl kimi qəbul edirlər. Bu narazılığa yanaşma isə birmənalı deyil.

    Mövzu ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli “Xəbər Xətti”-a açıqlamasında bildirib ki, Media Reyestrinin tətbiq olunması həm jurnalistlərin, həm də cəmiyyətimizin marağındadır:
    “Bu Reyestrin tətbiqi media sahəsindəki xaotik vəziyyəti aradan qaldırır və peşəkar Kütləvi İnformasiya Vasitələrinin (KİV) hüququnu, statusunu tanıyır. Son dövrlər yeni media dövrü adlandırılır və bu fonda sosial media ilə peşəkar medianın sərhədləri qarışıb. Media Reyestrinin tətbiqi peşəkar medianın hüquqlarının və səlahiyyətlərinin tanınması üçün mühümdür. Media Reyestrinin tətbiqinə qarşı çıxanların sayı azdır. Onlar ümumi media camiəsinin heç 1 faizini də təşkil etmirlər. Lakin onların yanaşması təəssüf doğurur. Maraqlıdır ki, onlar öz mövqelərini tam əsaslandıra bilmirlər. Media Reyestrinin tətbiqi media mühitinin şəffaflaşdırılmasına xidmət edir. Bu isə hər kəsin xeyrinədir. Kimlərsə bu şəffaflaşmanı istəmirlər və əvvəlki xaotik mühitin davam etməsini istəyirlərsə, deməli, onların fərqli maraqları var. Hesab edirəm ki, Media Reyestri ilə bağlı proses tam bitəndən sonra onlar da faydaları görəcəklər və simvolik narazılıqları aradan qalxacaq”.

    Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyevanın sözlərinə görə, Media Reyestri hər bir media təchizatının kimliyini müəyyən edən bir sənəddir:
    “Bəzi media nümayəndələri Media Reyestrinin fəaliyyətini bir təzyiq metodu kimi qəbul edirlər. Lakin məsələ bundadır ki, hər kəs kimi saytların da bir pasportu olmalıdır. Media Reyestrində saytın fəaliyyətinin izlənilməsi məntiqli addımdır. Ümumilikdə bu prosesi hamı keçməlidir. Hər bir ölkənin özünəməxsus Media Reyestri mövcuddur. Əldə etdiyi informasiyanı sızdırmaq istəməyən və kimliyini gizlətməyə çalışan saytlar bu reyestrin fəaliyyətinə qarşı çıxırlar. Azərbaycanda Medianın İnkişafı Agentliyinin öz üzərinə götürdüyü bir öhdəlik var. Bu proses sadəcə media sahəsində qayda-qanun yaratmaqdan ibarət deyil. Yəni Media Reyestri media sahəsinin fəaliyyətində şəffaflığın təmin edilməsinə xidmət edir. Media Reyestri öz fəaliyyətinin səbəblərini açıq şəkildə paylaşır. Qarşı tərəf isə düşünür ki, bu Reyestrə ehtiyac yoxdur.
    Əgər hansısa sayt gün ərzində 20 özəl materialı hazırlamağa çətinlik çəkirsə, bu halda sayt rəhbəri bir bloq şəklində öz yazılarını paylaşa bilər.
    Media sahəsində təcrübəsi olmayan və cəmiyyətə faydalı yazılar verə bilməyənlər üçün Media Reyestrinin fəaliyyəti arzuolunan deyil. Onlar saytlarının kimə bağlı olduğunu bilinməsini istəmirlər. Ərsəyə gətirdiyi yazılarla cəmiyyətə fayda verən şəxslər Media Reyestrini bir problem kimi görmürlər. Media Reyestri Azərbaycan mətbuatında rəqabətlilik yaradır. Bu isə müsbət haldır. Əvvəllər bütün saytlar eyni məlumatları paylaşırdı, indi isə saytların özünəməxsus informasiya bazası var. Bu, Azərbaycan mediasının daha professional olmasına şərait yaradır.
    Media cəmiyyətin həyatında mühüm hadisələr haqqında müxtəlif və etibarlı məlumatların əldə olunması, tirajlanması və s. funksiyası ilə eyni zamanda hakimiyyətlə cəmiyyət arasında dialoq üçün platforma rolunu oynayır. Həmçinin azad və müstəqil media təkcə siyasi inkişafa deyil, həm də iqtisadi inkişafa töhfə verir. Yeni media qanunu müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və institusional inkşafı ilə paralel, ölkədə kütləvi informasiya vasitələri sistemini yenidən qurulması prosesini təşviq edir. Yeni media sistemində islahatların aparılması üçün strategiyanın formalaşdırılması istiqamətində ilk addımdır, onsuz tam demokratik keçid mümkün deyil. Media islahatlarının əsas vəzifələri rəqabətqabiliyyətli və vətəndaşların iştirakına açıq siyasi sistemin qurulması və cəmiyyət quruculuğunun inkişafına yardım edəcək azad, müstəqil medianın yaradılması və inkişaf etdirilməsidir. Məhz azad və müstəqil media mühüm hadisələr haqqında qərəzsiz və etibarlı məlumat paylaşmaqla hakimiyyətlə cəmiyyət arasında dialoq platforması rolunu oynayır”.

    Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər isə öz növbəsində qeyd edib ki, mətbuat sahəsində istədiyi cür davrana bilməyən qeyri-jurnalistlər Media Reyestrinin mövcudluğunu həzm edə bilmirlər:
    “Reyestr məsələsi həm Sovet dövründə, həm də postsovet dövründən sonrakı müstəqillik dönəmində də mövcud olub.
    Belə ki, qəzetlər və agentliklər Ədliyyə Nazirliyindən reyestrdən keçib. Sadəcə olaraq bir müddət onlayn media ilə bağlı “KİV haqqında” Qanundakı boşluqlar xoatik vəziyyət yaratmışdı. Bu vəziyyət bəzi şəxslərin işinə yarayırdı. Onlar qeydiyyatsız və ünvansız şəkildə tanınmayan bir domen alaraq istədiklərini yazırdılar. Artıq Azərbaycanda hüquqi qanunvericilik tənzimlənməkdədir. Nəticədə media sektorundakı xaotik vəziyyətin önünə keçilib, xəbər istehsalı məsələsinin üzərinə çox ciddi şəkildə düşülüb. Deyilənə görə, Azərbaycanda 5 min media qurumu var. Bu qədər qurum haradadır?! Ölkədə təxmini 10 jurnalist tapanda adam şükür edir. Bulanıq suda balıq tutmaq istəyənlər Media Reyestri ilə bağlı boşluğun yaranmasını istəyirlər. Ona görə də dövlət qeyri-ciddi jurnalistlərin meydana çıxmaması üçün ciddi addımlar atmaqdadır”.
    Gülşən Şərif

    /* Desktop */

    .ads-ain.single-ads-desktop-x ins:before{content:”;padding:0 0 12.5%;display:block;}

    /* Mobile */

    .ads-ain.single-ads-mobile-x ins:before{content:”;padding:0 0 31.5%;display:block;}

    www.Xeberxetti.com

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    BNA rəhbərinin müəmmalı fəaliyyəti: “Vüsal Kərimlinin şirkətinin tenderdə qalib olması…”

    04 Fevral 2023

    Media ekspertinin anlaşılmaz tələbinə siyasi şərhçidən reaksiya: “Buna görə məhkəmə ilə hədələyirsə…” –

    04 Fevral 2023

    Mərkəzdə yerləşən şəhər xəstəxanasında YEYİNTİ?: “Uzi” üçün kilometrlərlə yol qət edilir… – ŞİKAYƏT

    03 Fevral 2023

    Dünya iqtisadiyyatının Azərbaycana təsiri: Bu rüsumu gəlir mənbəyi kimi göstərmək…” – İqtisadçı

    03 Fevral 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Xəbər Xətti – Ərdoğan Türkiyədə baş verən güclü zəlzələdən sonra ilk açıqlamasını verdi

    06 Fevral 2023

    İstanbulda motosiklet, moped və skuterlərə qadağa qoyuldu – FOTO

    06 Fevral 2023

    Göyçayda avtomobil yoldan çıxaraq aşıb, yaralılar var

    06 Fevral 2023

    Xəbər Xətti – Batareyaları dəyişdirilə bilən elektromobilin satışına başlanıldı

    06 Fevral 2023

    Güneyli ata və qızının təsirli söhbəti – Video

    06 Fevral 2023

    Zeynəb Dostəliyeva vəfat edib

    06 Fevral 2023

    Xəbər Xətti – “İnter” “Milan” derbisinin qalibi məlum oldu

    06 Fevral 2023

    Xalq rəssamının oğlu dünyasını dəyişdi

    06 Fevral 2023

    Vilayət Eyvazovdan yeni təyinat

    06 Fevral 2023

    Azərbaycanda kərə yağı bahalaşdı – Video

    06 Fevral 2023

    İranda Azərbaycan şairinin məzarı dağıdıldı – FOTO

    06 Fevral 2023

    Gəncədə 52 yaşlı piyadanı avtomobil vuraraq öldürüb 

    06 Fevral 2023

    Zakir Həsənov Hulusi Akarla nələri müzakirə edib?

    06 Fevral 2023

    “Bu, əxlaqsız müxbirin cəfəngiyyatıdır”

    05 Fevral 2023

    Xəbər Xətti – Marketlərdə kərə yağının qiyməti nə qədər artıb?

    05 Fevral 2023

    Polşa Rusiya ilə sərhəddə elektron hasar çəkir: Kameralar izləyəcək

    05 Fevral 2023

    Gədəbəydə ata oğlanlarını bıçaqladı

    05 Fevral 2023

    Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli olub

    05 Fevral 2023

    Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli olub

    05 Fevral 2023

    Bəzi ölkələr Kabildəki səfirliklərini bağlamaq qərarına gəliblər

    05 Fevral 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.