Xəbər Xətti

    İstanbulda motosiklet, moped və skuterlərə qadağa qoyuldu – FOTO

    06 Fevral 2023

    Göyçayda avtomobil yoldan çıxaraq aşıb, yaralılar var

    06 Fevral 2023

    Cüdoçumuz qızıl medal qazandı – YENİLƏNİB

    06 Fevral 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      İstanbulda motosiklet, moped və skuterlərə qadağa qoyuldu – FOTO

      06 Fevral 2023

      Göyçayda avtomobil yoldan çıxaraq aşıb, yaralılar var

      06 Fevral 2023

      Cüdoçumuz qızıl medal qazandı – YENİLƏNİB

      06 Fevral 2023

      Xəbər Xətti – Batareyaları dəyişdirilə bilən elektromobilin satışına başlanıldı

      06 Fevral 2023

      Ötən il itkin düşən şəxsin Kürdən meyiti tapıldı – YENİLƏNİB

      06 Fevral 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Sosial»Vidadi Muradovun əmlakları ilə bağlı yenidən məhkəmə başladı
    Sosial

    Vidadi Muradovun əmlakları ilə bağlı yenidən məhkəmə başladı

    24 Yanvar 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp
    12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

    Bakı Apellyasiya Məhkəməsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, məhkəmə istintaqı dövründə vəfat etmiş Vidadi Muradovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

    “Xəbər Xətti” pravda.az-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, Vidadi Muradovun ailə üzvləri tərəfindən verilən şikayətdə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və əmlaklarının müsadirədən azad olunması istənilib.

    Prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.

    Növbəti iclas yanvarın 27-nə təyin edilib.

    Xatırladaq ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Muradov Vidadi Aydın oğlu Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub. Ona Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

    Onkoloji xəstəliyi ilə bağlı ev dustaqlığına buraxılan Vidadi Muradov 2021-ci ilin noyabrın 5-də ev dustaqlığında vəfat edib. Bundan sonra məhkəmə onun həyat yoldaşını hüquqi varis kimi tanıyıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Muradov barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Bundan başqa, onun özünə və yaxınlarına məxsus 30 milyonluq əmlakı dövlət nəfinə müsadirə olunub.

    Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişmədən qüvvədə saxlayıb.

    Daha sonra Vidadi Muradovun ailə üzvləri məhkəməyə müraciət edib. Ali Məhkəmədə onun cinayət işi ilə bağlı banka girov qoyulmuş əmlaklar hissəsində qərar ləğv edilərək yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Qərarın qalan hissələri isə qüvvədə saxlanılıb.

    “Xəbər Xətti”

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Zaqatalanın qazsız kəndlərinin çətinlikləri – VİDEO

    05 Fevral 2023

    Kərə yağının qiyməti kəskin bahalaşdı – VİDEO

    05 Fevral 2023

    “Kupça”larla VACİB AÇIQLAMA – Bir günə…

    05 Fevral 2023

    Məntəqə üzrə seçici siyahılarının DSK-lara təqdim edilməsi üçün müddət başa çatır

    05 Fevral 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    İstanbulda motosiklet, moped və skuterlərə qadağa qoyuldu – FOTO

    06 Fevral 2023

    Göyçayda avtomobil yoldan çıxaraq aşıb, yaralılar var

    06 Fevral 2023

    Xəbər Xətti – Batareyaları dəyişdirilə bilən elektromobilin satışına başlanıldı

    06 Fevral 2023

    Güneyli ata və qızının təsirli söhbəti – Video

    06 Fevral 2023

    Zeynəb Dostəliyeva vəfat edib

    06 Fevral 2023

    Xəbər Xətti – “İnter” “Milan” derbisinin qalibi məlum oldu

    06 Fevral 2023

    Xalq rəssamının oğlu dünyasını dəyişdi

    06 Fevral 2023

    Vilayət Eyvazovdan yeni təyinat

    06 Fevral 2023

    Azərbaycanda kərə yağı bahalaşdı – Video

    06 Fevral 2023

    İranda Azərbaycan şairinin məzarı dağıdıldı – FOTO

    06 Fevral 2023

    Gəncədə 52 yaşlı piyadanı avtomobil vuraraq öldürüb 

    06 Fevral 2023

    Zakir Həsənov Hulusi Akarla nələri müzakirə edib?

    06 Fevral 2023

    “Bu, əxlaqsız müxbirin cəfəngiyyatıdır”

    05 Fevral 2023

    Xəbər Xətti – Marketlərdə kərə yağının qiyməti nə qədər artıb?

    05 Fevral 2023

    Polşa Rusiya ilə sərhəddə elektron hasar çəkir: Kameralar izləyəcək

    05 Fevral 2023

    Gədəbəydə ata oğlanlarını bıçaqladı

    05 Fevral 2023

    Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli olub

    05 Fevral 2023

    Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli olub

    05 Fevral 2023

    Bəzi ölkələr Kabildəki səfirliklərini bağlamaq qərarına gəliblər

    05 Fevral 2023

    Şəmkirdə toyda mübahisə düşüb, 2 nəfər bıçaqlanıb 

    05 Fevral 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.