Məqalədə IISS İnstitutunun ekspertlərinin rəyinə istinad edilib. Mütəxəssislər qeyd edirlər ki, bu istiqamətdə döyüş qrupları yaratmaq çox vaxt aparacaq. Bundan başqa, yalnız bəzi dövlətlər Ukraynanı Leopard 2 tankları ilə təmin etmək hüququna malikdirlər.
+++Qeyd olunur ki, hazırda 13 Avropa ölkəsində iki minə yaxın belə texnika var. Lakin bu dövlətlərin özlərinin müdafiə üçün müasir tanklara ehtiyacı var.
Mütəxəssislər belə hesab edirlər ki, döyüşlərə müsbət təsir göstərməsi üçün Kiyevə ən azı yüz tank lazımdır.
Lakin hazırda hətta yüz tankın tədarükü belə böyük problemə çevrilib, məqalədə yazılıb.
Tural Tağıyev
Xeberxetti.com