Azərbaycanda 2023-cü ilin sonuna orta aylıq əməkhaqqının 900 manata çatacağı gözlənilir.
“Xəbər Xətti” oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev deyib.
“Əgər proqnoz özünü doğrultsa, bu, o deməkdir ki, həmin rəqəm ötən illə müqayisədə təqribən 100 manat çox olacaq”, – deyə o, əlavə edib.
“Xəbər Xətti”