Xəbər Xətti

    Türkiyədə deputat ailəsi ilə birgə dağıntılar altında qalıb

    06 Fevral 2023

    Bakıya qar yağacaq – XƏBƏRDARLIQ

    06 Fevral 2023

    Türkiyə baş verən güclü zəlzələdən sonra 62 afterşok qeydə alınıb

    06 Fevral 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Türkiyədə deputat ailəsi ilə birgə dağıntılar altında qalıb

      06 Fevral 2023

      Bakıya qar yağacaq – XƏBƏRDARLIQ

      06 Fevral 2023

      Türkiyə baş verən güclü zəlzələdən sonra 62 afterşok qeydə alınıb

      06 Fevral 2023

      Türkiyəli qapıçı dağıntılar altında qaldı

      06 Fevral 2023

      Azərbaycanın Türkiyədəki səfirliyində və Baş Konsulluqlarında Operativ Qərargahlar yaradılıb

      06 Fevral 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Kriminal»Cəbinin qorxulu bandası, Lənkəranski sağ olsaydı…
    Kriminal

    Cəbinin qorxulu bandası, Lənkəranski sağ olsaydı…

    23 Yanvar 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Türmədən ölüm zəngləri: Cəbinin qorxulu bandası, Lənkəranski sağ olsaydı...
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    2018-ci ilin mayında Moskva vilayətinin Vidnoe şəhərində azərbaycanlı iş adamı Toğrul Tağıyev öz maşınında qətlə yetirildi. Əslində, bu Tağıyevə qarşı ikinci sui-qəsd idi. Bir il əvvəl o, Moskva dairəvi yolu kənarında hücuma məruz qalmışdı. Onun maşınını güllə-baran etmişdilər. Amma o, yüngül xəsarət almışdı.
    Bəs, görəsən, Toğrul Tağıyev kimlərə mane olub?

    Toğrul Tağıyev
    Axı o, Moskvada böyük bizneslə məşğul olmurdu, kimlərinsə marağına toxunmurdu. O, “Fud-siti” topdan satış meyvə-tərəvəz bazarında bir-iki  mağazası olan kiçik bir sahibkar idi. İllər öncə Azərbaycandan Moskvaya gəlmiş, elə burada meyvə-tərəvəz alveri ilə məşğul olmuş, evlənmiş, ailə qurmuş, ev-eşik sahibi olmuşdu. Bəs, Toğrul kimlərə mane ola bilərdi? Onu niyə qətlə yetirməli idilər?
    Bu sıradan bir qətl deyildi. Toğrul “Cəbi” ləqəbli Cəbrayıl Heydərovun cinayətkar dəstəsinin qurbanı olmuşdu. Cəbi və tərəfdarları 2016-cı ildən başlayaraq “Fud-siti”də azərbaycanlı meyvə-tərəvəz satıcılarına haqq qoymuşdular. Hər bir dükan və konteyner sahibindən onlar ayda 80-100 min rubl arası pul tələb edirdilər. Azərbaycanlılar Cəbinin qorxusundan bu pulu verməyə məcbur idilər. Onlara bircə Toğrul pul ödəmirdi. Məhz buna görə itaətsizliyin qarşısını almaq üçün onu güllələmişdilər.

    Toğrul Tağıyevin avtomobili
    Cəbi və dəstəsi təxminən iki il müddətində “Fud-siti”ni qorxu altında saxlamışdılar. Onlar heç bir qanuni oğrunun belə mövqeyini nəzərə almırdılar. Aylıq pulu verməyənləri isə ciddi şəkildə cəzalandırılır, bəzən girov götürülürdü.
    Bu yerdə inanılmaz bir faktı nəzərinizə çatdıraq. Əslində Cəbi neçə ildir ki, həbsdə idi. Onun vur-tut 32 yaşı var idi və bu yaşa qədər artıq bir sıra ağır cinayətlər törətmişdi. Sonuncu əməlinə görə isə 11 il iş almışdı. O, Stavropol diyarındakı həbsxanaların birində cəza çəkirdi. Cəbi bandasını elə türmədən idarə edirdi. Onun kamerasında 10-dan çox mobil telefon, onlarla sim kart vardı. Hər bir dəstə üzvünə ayrı-ayrılıqda tapşırıqlar verilirdi. Aylıq yığılan pul isə təbii ki, Stavropoldakı həbsxanaya göndərilir, oradan isə dəstə üzvlərinə pay ayrılırdı.

    “Cəbi” ləqəbli Cəbrayıl Heydərov
    Tağıyevin öldürülməsindən sonra Moskva polisi onun qətlinin izinə düşə bildi. Söhbət ondan gedir ki, hadisə yerində Aqşin Nurəddinli adlı şəxsə məxsus pasport və onun adına olan telefon tapılmışdı. Həmin telefondan isə sonuncu dəfə elə Toğrula zəng vurmuşdu. Hüquq-mühafizə orqanları əvvəlcə Toğrulun Şəmkir qruplaşması tərəfindən öldürülməsi versiyasını araşdırırdılar. Amma bu faktdan sonra istintaq fikrini dəyişdi. Tezliklə Aqşin Nurəddinli həbs edildi. Cinayətin məhz Cəbi tərəfindən planlaşdırıldığı üzə çıxdı. Məhkəmə Cəbrayıl Heydərova 25 il həbs cəzası kəsdi. Dəstənin digər üzvləri – Nurəddinli, Ələkbərov, Cəfərov, Məmmədov və Rəhimov isə 14 ildən 21 ilə qədər azadlıqdan məhrum edildilər.

    Aqşin Nuraddinli
    “Cəbi və dəstəsi sözün həqiqi mənasında təxminən iki il ərzində azərbaycanlı ticarətçilərə qan uddurmuşdular. 2016-cı il avqustun 18-də Rövşən Lənkəranski Türkiyədə öldürülmüşdür. Onun ölümündən sonra bir çox Moskva bazarlarında belə xırda cinayətkar dəstələr peyda olmuşdur. Lənkəranski heç vaxt bazarlardakı xırda ticarətçilərdən haqq-filan alınmasına qəti razı olmazdı. Amma onun ölümündən sonrakı boşluqdan istifadə edən cəbi kimilər hərəkətə keçdilər. Amma onların cinayətkar fəaliyyəti uzun çəkmədi. Bu sözləri “Xəbər Xətti” “Fud-siti”də ticarətlə məşğul olan soydaşlarımızdan biri deyib.
    Onun dediyinə görə, hazırda “Fud-siti”yə nəinki bandit və ya rekert, heç polis belə daxil olmur. Çünki hərə öz işi ilə məşğuldur.
     
     
     
     

    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Bakıda ŞOK OLAY: sevgilisini döyə-döyə ZORLADI

    06 Fevral 2023

    həbsxanada görüşünə gəlməyənləri küçədə GÜLLƏLƏDİ

    04 Fevral 2023

    Azərbaycanda FACİƏ: qardaş bacısını öldürdü

    04 Fevral 2023

    Abşeronda silahlı narkotacir saxlanıldı – VİDEO

    04 Fevral 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Türkiyədə deputat ailəsi ilə birgə dağıntılar altında qalıb

    06 Fevral 2023

    Türkiyə baş verən güclü zəlzələdən sonra 62 afterşok qeydə alınıb

    06 Fevral 2023

    Türkiyəli qapıçı dağıntılar altında qaldı

    06 Fevral 2023

    Türkiyədə zəlzələ bölgəsində 3 hərbçi şəhid oldu

    06 Fevral 2023

    Dünya ondan danışır: Türkiyədəki dağıdıcı zəlzələni 2 gün öncə xəbər vermişdi + FOTOFAKT

    06 Fevral 2023

    Azad edilən ərazilərdə daha 7 mina aşkarlanıb

    06 Fevral 2023

    “Kəpəz” radiosunun 10 yaşı tamam olub

    06 Fevral 2023

    Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 427-yə çatıb – YENİLƏNİB 2

    06 Fevral 2023

    Dünya bazarında neft qiymətləri necə dəyişib?

    06 Fevral 2023

    Türkiyədə güclü zəlzələ, 76 ölü – Video – Fotolar

    06 Fevral 2023

    Kəmaləddin Heydərov türk həmkarlarına başsağlığı verib

    06 Fevral 2023

    Mehriban Əliyeva Türkiyədəki zəlzələ ilə bağlı paylaşım edib – FOTO

    06 Fevral 2023

    Salyanda gənc qızı qaçıran şəxslər saxlanılıb – YENİLƏNİB

    06 Fevral 2023

    Türkiyədəki zəlzələ bu ölkələrdə hiss olundu – Fotolar

    06 Fevral 2023

    Prezidentin tapşırığı ilə 370 nəfərlik çevik xilasetmə qüvvələri Türkiyəyə göndərilir – VİDEO

    06 Fevral 2023

    NATO ölkələri Türkiyədəki zəlzələ ilə bağlı səfərbər olub

    06 Fevral 2023

    Bakıda 4 nəfərin pulunu dələduzluqla ələ keçirən şəxs saxlanılıb

    06 Fevral 2023

    Prezident İlham Əliyevdən təcili TAPŞIRIQ: Türkiyəyə ikinci yardım təyyarəsi yola düşür – YENİLƏNİB

    06 Fevral 2023

    Ruminiya ilə Azərbaycan arasında mühüm iqtisadi tərəfdaşlıq var

    06 Fevral 2023

    “Azərbaycan hər zaman Türkiyənin yanındadır”

    06 Fevral 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.