Xəbər Xətti

    “Gözümün önündə on bina uçdu” – Türkiyəli aktyor

    08 Fevral 2023

    Naxçıvanda fevral ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

    08 Fevral 2023

    Xəbər Xətti – Universitetdə çıxış edən molla hökumətinin sözçüsü tələbələr tərəfindən boykot edildi

    08 Fevral 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      “Gözümün önündə on bina uçdu” – Türkiyəli aktyor

      08 Fevral 2023

      Naxçıvanda fevral ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

      08 Fevral 2023

      Xəbər Xətti – Universitetdə çıxış edən molla hökumətinin sözçüsü tələbələr tərəfindən boykot edildi

      08 Fevral 2023

      Ərdoğan zəlzələ bölgəsinə gedəcək

      08 Fevral 2023

      Qəbələdə çöl donuzu ovlayan şəxs saxlanıldı

      08 Fevral 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Təhlil-analitika»Azad olmayan İran qadını – 44 ildir İŞİD-çilik edən Tehran rejimi – ŞƏRH
    Təhlil-analitika

    Azad olmayan İran qadını – 44 ildir İŞİD-çilik edən Tehran rejimi – ŞƏRH

    23 Yanvar 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    İranda son 44 ildə qadınlara münasibət sərtləşib. Sanki 1979-cu ilin fevralında baş verən inqilabın əsas hədəfi cəmiyyətin bu zərif təbəqəsinin ictimai və məişət azadlıqlarını məhdudlaşdırmaqdan ibarət imiş. Çünki inqilabın şüar və hədəflərində qadınların indi düşdüyü vəziyyətlə bağlı tələblər olmayıb. Həmin dövrün əsas şüarları bunlar idi:
    “Azadlıq!”, “Ədalət!”, “Bərabərlik!”. Ancaq bu rejim hakimiyyətə gələndən sonra hicabla bağlı öz qaydalarını tətbiq etməyə başladı. Bu istiqamətdə xüsusi komitə fəaliyyət göstərdi. Yeni hakimiyyətin tətbiq etdiyi qaydalara əməl etməyənlər məhkəməsiz-vəkilsiz mühakimə olundu, onlara işgəncə verildi. Bir sıra hallarda isə qapalı məhkəmələrdə hökm çıxarıldı, edam olundular. İran hakimiyyəti bu qaydaları bütün ilahi, insani, beynəlxalq, daxili və s. qanunları, qaydaları pozaraq həyata keçirirdi. Daha aydın təsəvvür yaranması üçün Əfqanıstanda hakimiyyəti zorla iki dəfə ələ keçirən “Taliban” hərəkatının və Suriyada terrorçu İŞİD qruplaşmasının qadınlara tətbiq etdiyi zorakılığı yada salmaq kifayət edər.
    Əslində, Tehran rejiminin qadın vətəndaşlara qarşı zorakılığı sentyabrın 17-də başlayan etiraz aksiyalarında daha aydın görünüb. Yeri gəlmişkən, son aksiyalarda hakimiyyətin hərbi-polis qüvvələrinin zorakılığı nəticəsində 520-dən çox etirazçı ölüb. Onların 68-nin qadın, o cümlədən yeniyetmə qızlar olduğu bildirilib. Aksiyalar zamanı 20 mindən çox etirazçı tutulub. Onların da 7-10 faizdən çoxunun qadınlar olduğu iddia edilir. Son rəsmi göstəriciyə əsasən, İranda 189 min məhbus var. Onların 5 faizinin zərif cinsin nümayəndələri olduğu bildirilib. 2021-ci ilin məlumatına görə, ölkədə bir ildə 15 qadın barəsində çıxarılan edam hökmü icra olunub. Bu, İranda qadınlara edilən zülmlərə aid çoxsaylı faktların çox cüzi hissəsidir. Sadaladığımız faktlarla ölkədə zərif cinsə edilən işgəncəni göstərmək istədik.

    Deməli, yanvarın 20-də Tehranda Nüfuzlu Qadınların I Beynəlxalq Konqresi keçirilib. Tədbirdə 300 xarici qonaq, o cümlədən nazirlər, vitse-prezidentlər və millət vəkilləri də daxil olmaqla 70 qadın məmur iştirak edib. Tədbirdən dörd gün əvvəl isə İran həbsxanalarından 975 qadın azad edilib. Bu tədbir və minə yaxın qadının sərbəst buraxılması İranda qadın azadlığının göstəricisi deyil. Hər iki hadisə sentyabrın 17-də başlayan “Qadın, həyat, azadlıq!” şüarı əsasında keçirilən aksiyaların mahiyyətini beynəlxalq səviyyədə azaltmağa yersiz, əbəs cəhddir.
    Yeri gəlmişkən, hakimiyyət etiraz aksiyası keçirən qadınları təhqir edir. Rejim rəsmiləri və nümayəndələrinin qadınları aşağılayan çıxışlarına qarşı aksiyaçılar belə şüarlar irəli sürürlər: “Pozğun sənsən, əclaf sənsən, mən azad qadınam!”, “Nə yaylıq, nə təhqir, azadlıq və bərabərlik!”, “Qadın, həyat, azadlıq!” və s. Hakimiyyətin hərbi-polis qüvvələri aksiyaları zorakılıq, odlu silahdan atəş açaraq yatırmaqla ölkə konstitusiyasının 23-cü (“əqidələri təftiş etmək qadağandır və heç kəsi müəyyən əqidəyə malik olduğuna görə təqib etmək, sorğuya çəkmək və töhmətləndirmək olmaz”) və 27-ci maddələrini (“İslamın əsaslarına xələl gətirmədən silahsız yığıncaqlar və yürüşlər keçirmək azaddır”) pozur. Aylar Həqqinin, Məhsa Əminin qətlləri İran hakimiyyətinin qadınlara və Əsas Qanuna “hörmət”inin nümunəsidir. Aksiya iştirakçıları rejimin qəddarlıqla etirazları yatıracağını bilərək küçə, meydan və xiyabanlara çıxırlar. Bu, azadlıq, firavan həyat və ədalət uğrunda mübarizə aparan ölkə qadınlarının rejimin zülmündən cana doyduqlarına sübutdur. “Gender Gap Report 2022″nin hesabatına əsasən, İran 146 ölkə arasında gender bərabərliyi üzrə 143-cü yerdədir.

    Nəhayət, qadın ən başlıcası anadır. O, ailənin qorunmasında başlıca rollardan birini oynayır. Hakimiyyətin yürütdüyü siyasət nəticəsində İran əhalisinin qışda istiliklə təchiz olunmasında ciddi problemlər yaşanır. Dünyada neft və təbii qaz ehtiyatına görə aparıcı yerlərdən birini tutan ölkədə “mavi yanacaq” qıtlığı yaşanır. Yaranan vəziyyət insanların balonla qaz almaq üçün uzun növbələrdə gözləməsinə səbəb olur.

    Qadın hüquqları, özünüifadə azadlığı, onların cəmiyyət üçün yararlılığı təmin olunanda ölkə humanist sayılır. Tehran hakimiyyəti konqres keçirməklə özünü belə təqdim etməyə çalışır. Qadın vətəndaşını edam edən, onların hüquq və azadlığını tapdalayan bir rejim bu beynəlxalq konqreslə dünya ictimaiyyətinin gözünə kül üfürməyə cəhd göstərir. İran qadınının vəziyyətinin ağır olduğunu zəlzələdən zərərçəkən bölgələrdə, təbii qaz ehtiyacı olan kəndlərdə, öz ana dilində danışmaqdan, təhsildən məhrum olunan məktəblərdə, addımbaşı zorakılığa, qısnamaya məruz qaldıqları dövlət müəssisələrində görmək olar. Bu səbəbdən İran qadınları “Qadın, həyat, azadlıq!” deməklə rejimin qoyduğu qaydalara, qadağalara qarşı çıxır. Onların haqlı tələbləri parlamentdə müzakirə olunmur. Müzakirələr isə qarayaxmalarla müşayiət olunur. Bu, İran rejiminin, panfarsçı düşüncə sisteminin qadına münasibətinin din pərdəsi altında yanaşmasıdır. Konqres də bu maskalardandır. Son olaraq, 2022-ci il dekabrın 31-nə olan məlumata əsasən, İran əhalisinin 43 mln. 951 min 258 kişi, 42 mln. 715 min 084 nəfərini qadınlar təşkil edir. Bu baxımdan da azlığın hüququ tapdalanır.


    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Hay-hayla gəlib, vay-vayla qaçan Ruben, yaxud “nə oldu Vardanyan?” – ŞƏRH

    07 Fevral 2023

    Qərbin qiymət “tavanı” mexanizmi Rusiyanın neft-qaz gəlirlərinə necə təsir edib?

    06 Fevral 2023

    Avropa parlamentarilərinin erməni xorası: korrupsiyanın təzahürü, “ultrasağçılar”la əməkdaşlıq

    04 Fevral 2023

    Avro dəyər qazanmağa davam edəcəkmi?

    02 Fevral 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Naxçıvanda fevral ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

    08 Fevral 2023

    Xəbər Xətti – Universitetdə çıxış edən molla hökumətinin sözçüsü tələbələr tərəfindən boykot edildi

    08 Fevral 2023

    Ərdoğan zəlzələ bölgəsinə gedəcək

    08 Fevral 2023

    Rusiya xilasediciləri Türkiyədə 10 gün qalacaq

    08 Fevral 2023

    Mer seçkilərində qalib gəldi: GÜLLƏLƏNDİ

    08 Fevral 2023

    Serbiyanın axtarış-xilasetmə briqadası da Türkiyəyə gəlib

    08 Fevral 2023

    Vanda da zəlzələ oldu

    08 Fevral 2023

    Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub –

    07 Fevral 2023

    Hərbi aviasiya İskəndərun limanındakı yanğının söndürülməsinə cəlb edilib

    07 Fevral 2023

    FHN-in növbəti yardımları və xilasetmə qrupu Türkiyəyə yola salınacaq

    07 Fevral 2023

    TYH və “Pegasus” zəlzələ zonasından bütün uçuşları pulsuz etdi

    07 Fevral 2023

    Bakıda beş ailənin yaşadığı birmərtəbəli evlərdə yanğın olub

    07 Fevral 2023

    “SOCAR Türkiyə” zəlzələ bölgəsindəki xilasetmə avtomobillərini pulsuz benzinlə təmin edir

    07 Fevral 2023

    New York Times: “Morqlar dolub-daşır, yaralı axını dayanmır”

    07 Fevral 2023

    Türkiyədə zəlzələdə ölənlərin sayı 5000-i ötdü

    07 Fevral 2023

    Media Reyestrinin tətbiqinin ÖNƏMİ: “Bu, jurnalistikanın inkişafında mənfi tendensiyaya səbəb ola bilməz”

    07 Fevral 2023

    Xocalıda yük avtomobili su kanalına düşüb

    07 Fevral 2023

    Mövlud Çavuşoğlu Azərbaycana təşəkkür edib

    07 Fevral 2023

    Çavuşoğlu: “İlk olaraq can Azərbaycandan kömək gəldi”

    07 Fevral 2023

    Məktəblər akkreditasiyadan keçəcək

    07 Fevral 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.