“Sübh” əməliyyatının ilk günündə hava hücumlarına cavab olaraq Qəzza zolağından İsrailə 350-yə yaxın raket atılıb.
Xeberxetti.com İsrail mediasına istinadən xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb. Hesablamalara görə, “İslami Cihad” terrorçuları cümə günündən bu günə kimi 350-yə yaxın raket atıblar. Bunlardan 94-ü Qəzza zolağında, 29-u Aralıq dənizində, o cümlədən ikisi Təl-Əviv yaxınlığına düşüb. Həmçinin “Dəmir günbəz” hava hücumundan müdafiə sisteminin 162 raketin qarşısını aldığı bildirilir. Hərbçilər əhalinin məskunlaşdığı ərazilərə atılan raketlərin zərərsizləşdirilməsində 95,9 % səmərəlilik nümayiş etdirdiklərini bildiriblər. Hazırda raket hücumları davam edir. Xüsusən, Sderot və Eşkol şəhərləri atəş altındadır, Aşdodda sirenlər işə salındıqdan sonra bir neçə raketin qarşısı alınıb. Xeberxetti.com Teqlər:
Qəzza
İsrail
Bənzər yazılar
Add A Comment