Xəbər Xətti

    Bakıda yol qəzası olub, xəsarət alanlar var

    19 Avqust 2022

    Oxu.az – Arıqlamaq istəyənlərin nəzərinə: İştahı azaldan ədviyyatlar açıqlandı

    19 Avqust 2022

    Bakıda 32 yaşlı qadını avtomobil vurub

    19 Avqust 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Bakıda yol qəzası olub, xəsarət alanlar var

      19 Avqust 2022

      Oxu.az – Arıqlamaq istəyənlərin nəzərinə: İştahı azaldan ədviyyatlar açıqlandı

      19 Avqust 2022

      Bakıda 32 yaşlı qadını avtomobil vurub

      19 Avqust 2022

      Çin Hind Okeanında möhkəmlənir – FOTO

      19 Avqust 2022

      V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilir

      19 Avqust 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Sosial»Sədərəyə gedən avtobus marşrutları ləğv edilib? – AÇIQLAMA
    Sosial

    Sədərəyə gedən avtobus marşrutları ləğv edilib? – AÇIQLAMA

    05 Avqust 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Sədərək Ticarət Mərkəzinə hərəkət edən marşrut avtobuslarının sayının azaldılması ticarət mərkəzinin sahibkarlarının narazılığına səbəb olub.

    “Xəbər Xətti”-in məlumatına görə, bu barədə ticarət mərkəzinin sahibkarları “trend”ə xəbər verib.

    Sahibkar Allahyar Musayev bildirir ki, ticarət mərkəzinə müştəri axını çox olsa da, bu istiqamətdə hərəkət edən marşrut avtobuslarının sayı kəskin azaldılıb.

    “Ticarət Mərkəzinə cəmi bir marşrut işləyir. 211 saylı marşrut xətti əvvəllər normal işləsə də, son vaxtlar həmin marşrutdakı avtobusların sayı azaldılıb. Əgər əvvəllər buradan marşrut avtobusu 5-10 dəqiqədən bir çıxırdısa, indi yarım saatlarla avtobus gözləyirik. Elə olur ki, avtobus bir saatdan bir gəlir. Ticarət mərkəzinə gəlib-getmək mümkün olmur. Avtobusda və dayanacaqlarda sıxlıq yaranır. Dəfələrlə bu barədə aidiyyəti qurumlara müraciət etsək də, problemin həllinə çalışan yoxdur. Nəticədə sahibkarlar da əziyyət çəkir, müştərilər də”, – sahibkar bildirib.

    Digər sahibkar Namiq Həsənov isə bildirir ki, əvvəllər şəhərin mərkəzi hissələrindən Sədərək Ticarət Mərkəzinə 10-a yaxın marşrut xətti işləsə də, son vaxtlar həmin marşrutların fəaliyyəti qəfil dayandırılıb: “Əvvəllər Bakının Nizami rayonu, Yasamal rayonu, Xətai rayonu istiqamətindən, metronun “Xalqlar Dostluğu”, “Gənclik”, “28 may”, “20 yanvar” stansiyalarının qarşısından bu istiqamətə ayrıca marşrut xətləri işləyirdi. Hər marşrut xətti üzrə 20-dən çox avtobus fəaliyyət göstərirdi. Amma bir ildən artıqdır ki, həmin marşrutların fəaliyyəti tam dayandırılıb. İndi yalnız “Memar Əcəmi” metrostansiyasından 211 saylı marşrut xətti gəlir, digər marşrut xətləri isə ləğv edilib. Mən hər gün “Xalqlar dostluğu”stansiyasından işə gəlmək üçün saatlarla yollarda qalıram”.

    Sahibkar bildirir ki, son vaxtlar Sədərək Ticarət Mərkəzi istiqamətində hərəkət edən yeganə marşrut xətti olan 211 saylı marşrut xəttində də avtobusların sayı azaldılıb: “Əvvəllər 211 saylı marşrut xəttində 15-17 avtobus işləyirdi. İndi həmin avtobusların sayı 7-yə endirilib. Nəticədə 1 saat, saat yarım avtobus gözləyirik. Artıq dözülməz həddəyik. İş yerindən evə, evdən iş yerinə 3 saata çata bilmirik”.

    Bakı Nəqliyyat Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Sədərək Ticarət Mərkəzi istiqamətində 8 müntəzəm marşrut xətti üzrə (120, 126, 130, 174, 176, 164, 206 və 211) 70-dən artıq orta və iritutumlu avtobuslar fəaliyyət göstərir. Bu marşrut xətləri üzrə avtobuslar Sədərək Ticarət Mərkəzini Bayıl qəsəbəsi 20-ci sahə, Lökbatan, Biləcəri, Binəqədi, Xırdalan, Yasamal yaşayış sahələri, eləcə də metronun “20 Yanvar”, “Elmlər Akademiyası”, “Avtovağzal” və “Gənclik” stansiyaları ilə birbaşa əlaqələndirir.

    “Vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə ticarət mərkəzi istiqamətində sərnişindaşımaların yaxşılaşdırılması daim diqqətdə saxlanılır. Agentlik tərəfindən Sədərək ticarət mərkəzinə yeni 194 nömrəli marşrut təşkil edilib, 211 nömrəli marşrut “BakuBus” MMC-yə həvalə edilərək, avtobuslar müasir iritutumlu avtobuslarla əvəzlənib. Hazırda isə Sədərək Ticarət Mərkəzini “Xalqlar Dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “Koroğlu” və “Sahil” metro stansiyaları ilə əlaqələndirən ekspres xəttin təşkil edilməsi istiqamətində təhlil işləri aparılır.

    Bütün digər, o cümlədən Sədərək Ticarət Mərkəzi istiqamətində də müntəzəm marşrut xətləri üzrə gündəlik reysə çıxan avtobus sayı sərnişin tələbatına uyğun tənzimlənir. “BakuBus” MMC-nin istismarında olan 211 nömrəli müntəzəm marşrut xətti üzrə adi rejimdə 15-16 avtobus fəaliyyət göstərirdisə, hazırda sərnişin tələbatının azaldığı nəzərə alınmaqla daşımalara 10-11 avtobus cəlb edilir”, – deyə məlumatda qeyd olunub.

    window._ttzi = 168; var adv_168_iad = document.createElement(“script”);adv_168_iad.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);adv_168_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_168_iad);adv_168_iad.onload = function(){script.parentNode.removeChild(adv_168_iad);}

    “Xəbər Xətti”

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Valideynlərin DİQQƏTİNƏ: Məktəb ləvazimatları… – VİDEO

    18 Avqust 2022

    “WhatsApp”dan daha bir YENİLİK: Artıq “Windows” əməliyyat sistemi…

    18 Avqust 2022

    Günorta saatlarının günəşi xərçəng yaradır – Səhiyyə nazirliyi eksperti

    18 Avqust 2022

    Şəmkirdə itkin düşən qadın Bakıda kafedə işləyirmiş – VİDEO

    18 Avqust 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Bakıda yol qəzası olub, xəsarət alanlar var

    19 Avqust 2022

    Oxu.az – Arıqlamaq istəyənlərin nəzərinə: İştahı azaldan ədviyyatlar açıqlandı

    19 Avqust 2022

    Bakıda 32 yaşlı qadını avtomobil vurub

    19 Avqust 2022

    Çin Hind Okeanında möhkəmlənir – FOTO

    19 Avqust 2022

    V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilir

    19 Avqust 2022

    Evdən qaçan qadın: Yoldaşım içib bizi döyürdü – VİDEO

    19 Avqust 2022

    Türkiyə ordusu 20-yə yaxın terrorçunu məhv edib

    19 Avqust 2022

    Ərdoğan: “Müharibənin danışıqlar masası arxasında bitəcəyinə inanıram”

    19 Avqust 2022

    Oxu.az – Koronavirusdan sağalan aktrisa tətil fotoları ilə göz oxşadı

    19 Avqust 2022

    Azercell-dən abunəçilərə xəbərdarlıq

    19 Avqust 2022

    Məşhur rus futbolçu Türkiyə klubunda

    19 Avqust 2022

    Yanğınlara 800 şəxsi heyət, 2 helikopter və 1 təyyarə cəlb edilib – VİDEO

    19 Avqust 2022

    Oxu.az – Çində balıqlara da COVID-19 testi edilir

    19 Avqust 2022

    “Yelenovkaya missiya göndərməyi müzakirə etdik” – Zelenski

    19 Avqust 2022

    Rusiyadan AES hədəsi

    19 Avqust 2022

    Rusiyada silah-sursat anbarı yanıb – VİDEO

    18 Avqust 2022

    Payızda sərt karantin olacaq? – VİDEO

    18 Avqust 2022

    NASA Aya uçuş hazırılığına başladı – FOTOLAR

    18 Avqust 2022

    “WhatsApp”dan daha bir YENİLİK: Artıq “Windows” əməliyyat sistemi…

    18 Avqust 2022

    Zelenski Rusiya ilə dialoqun şərtini açıqladı

    18 Avqust 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.