Xəbər Xətti

    Səfər Mehdiyev həbs olunur? – Sabiq “gömrük şefi” çətin durumda

    09 Avqust 2022

    TƏBİB Ağdam xəstəxanasında zəhərlənən tibb işçilərinin durumunu açıqlayıb – YENİLƏNİB

    09 Avqust 2022

    Daha 700 şəxsə birdəfəlik ödəmə təyin edilib

    09 Avqust 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Səfər Mehdiyev həbs olunur? – Sabiq “gömrük şefi” çətin durumda

      09 Avqust 2022

      TƏBİB Ağdam xəstəxanasında zəhərlənən tibb işçilərinin durumunu açıqlayıb – YENİLƏNİB

      09 Avqust 2022

      Daha 700 şəxsə birdəfəlik ödəmə təyin edilib

      09 Avqust 2022

      Britaniya XİN: Azərbaycan səfirliyinə hücuma dair təhqiqata dəstək vermək üçün polislə işləyirik

      09 Avqust 2022

      Ermənistandan Qarabağ ermənilərinə AĞIR ZƏRBƏ – DAYANDIRILDI

      09 Avqust 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Ordan-Burdan»İlham Əliyev iki səfirin etimadnaməsini qəbul etdi – FOTOLAR (YENİLƏNİB)
    Ordan-Burdan

    İlham Əliyev iki səfirin etimadnaməsini qəbul etdi – FOTOLAR (YENİLƏNİB)

    05 Avqust 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    İlham Əliyev iki səfirin etimadnaməsini qəbul etdi - FOTOLAR (YENİLƏNİB)
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Layçakın etimadnaməsini qəbul edib.Səfir Milan Layçak etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında əlaqələrin uğurlu inkişafını qeyd edərək qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi işinə verdiyi töhfəni vurğuladı.Dövlətimizin başçısı əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd etdi, əvvəllər müzakirə edilən məsələlərin həyata keçiriləcəyinə ümidvar olduğunu dedi. İqtisadi əlaqələrə toxunan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın və qarşılıqlı ticarətin dərinləşdirilməsi, həmçinin Azərbaycan və Slovakiya şirkətlərinin ölkələrimizdə fəaliyyətinin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, Slovakiya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində iştirakda marağını da qeyd etdi.Prezident İlham Əliyev Slovakiyanın Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığına verdiyi dəstəyi də vurğuladı.Səfir Milan Layçak ölkələrimiz arasında siyasi əlaqələrin kifayət qədər fəal olduğunu qeyd edərək iqtisadi münasibətlərin genişləndiyini dedi və əlaqələrimizin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edib.Səfir Tomas Şuller-Qötzburq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək özünün Avstriyaya səfərini və orada keçirdiyi görüşləri məmnunluqla xatırladı. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığa toxunaraq Avstriya şirkətlərinin Azərbaycanda uzun illər uğurla fəaliyyət göstərdiyini qeyd etdi. Dövlətimizin başçısı bir çox Avropa şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərinə böyük maraq göstərdiklərini deyərək Avstriya şirkətlərinin də həmin ərazilərdə tikinti, infrastruktur və digər sahələrdə fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirdi. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına toxunan Prezident İlham Əliyev Avstriyanın bu əməkdaşlığı daim dəstəklədiyini məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı Avropa İttifaqı ilə əlaqələrimizin genişləndirilməsində Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin səfərinin önəmini qeyd etdi və səfər çərçivəsində imzalanan Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətinə toxundu. Dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında eyni zamanda nəqliyyat, ticarət, yüksək texnologiyalar, turizm, kənd təsərrüfatı, tikinti sahələrini də qeyd etdi.Azərbaycana səfir təyin olunmasından məmnunluğunu bildirən Tomas Şuller-Qötzburq ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının bu il 30 illiyinin qeyd edildiyini vurğuladı. İkitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsinin vacibliyinə toxunan səfir bunun üçün səylərini əsirgəməyəcini dedi. Tomas Şuller-Qötzburq vurğuladı ki, dövlətimizin başçısı tərəfindən əməkdaşlığımızın qeyd olunan əsas istiqamətləri hər iki ölkə üçün çox vacibdir. Səfir, eyni zamanda, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində də Avstriyanın ikitərəfli əlaqələri bundan sonra da dəstəkləyəcini bildirdi. O, ölkəmizin tolerantlıq nümunəsi olduğunu vurğulayaraq Azərbaycanın bu sahədə beynəlxalq tədbirlərə verdiyi töhfəni xüsusi olaraq qeyd etdi.***10:07Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edib.”Unikal” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Layçakın etimadnaməsini qəbul edib.

    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Səfər Mehdiyev həbs olunur? – Sabiq “gömrük şefi” çətin durumda

    09 Avqust 2022

    Ermənistandan Qarabağ ermənilərinə AĞIR ZƏRBƏ – DAYANDIRILDI

    09 Avqust 2022

    Məşhur yapon modelyer vəfat etdi

    09 Avqust 2022

    TƏBİB-dən körpənin doğuş zamanı ölməsinə REAKSİYA (YENİLƏNİB)

    09 Avqust 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    TƏBİB Ağdam xəstəxanasında zəhərlənən tibb işçilərinin durumunu açıqlayıb – YENİLƏNİB

    09 Avqust 2022

    Daha 700 şəxsə birdəfəlik ödəmə təyin edilib

    09 Avqust 2022

    Britaniya XİN: Azərbaycan səfirliyinə hücuma dair təhqiqata dəstək vermək üçün polislə işləyirik

    09 Avqust 2022

    Şirvanda doğuş zamanı körpə ölüb

    09 Avqust 2022

    Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması protokollarını imzalayacaq

    09 Avqust 2022

    Payızda karantin tətbiq olunacaq? – TƏBİB rəsmisi “hə” dedi

    09 Avqust 2022

    DİN-də kadr dəyişikliyi

    09 Avqust 2022

    “Paşinyan Laçın və dəhlizlə bağlı müsbət açıqlama verdi, lakin…” – ŞƏRH

    09 Avqust 2022

    Sabah rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

    09 Avqust 2022

    Rusiya “Bayraktar” zavodunu vuracağı ilə təhdid etdi

    09 Avqust 2022

    Ceyhun Bayramov Türkiyənin tanınmış KİV-nə müsahibə verib – FOTO

    09 Avqust 2022

    Polis 27 nəfəri saxladı – KRİMİNAL XRONİKA

    09 Avqust 2022

    Bakıda 2 nəfərin ölümünə səbəb olan sərxoş sürücüyə hökm oxunub

    09 Avqust 2022

    Talibanın təhlükəli lideri PUA ilə öldürüldü

    09 Avqust 2022

    Sosial şəbəkələrdə hərbçi adından paylaşımlar edən qadın saxlanılıb

    09 Avqust 2022

    Qarabağdakı qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralanıb

    09 Avqust 2022

    Oxu.az – İki vəzifəli şəxs işdən çıxarıldı

    09 Avqust 2022

    Səyyar ASAN xidmət Zəngilanda vətəndaşlara xidmət göstərib

    09 Avqust 2022

    Bakıdakı qəzalı binalar: “Həmin mənzillərin qiyməti yüksəkdir” – SƏBƏB

    09 Avqust 2022

    İlham Əliyev və Mehriban Əliyeva Konyada azərbaycanlı idmançılarla görüşüb

    09 Avqust 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.