Xəbər Xətti

    Oxu.az – Arıqlamaq istəyənlərin nəzərinə: İştahı azaldan ədviyyatlar açıqlandı

    19 Avqust 2022

    Bakıda 32 yaşlı qadını avtomobil vurub

    19 Avqust 2022

    Çin Hind Okeanında möhkəmlənir – FOTO

    19 Avqust 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Oxu.az – Arıqlamaq istəyənlərin nəzərinə: İştahı azaldan ədviyyatlar açıqlandı

      19 Avqust 2022

      Bakıda 32 yaşlı qadını avtomobil vurub

      19 Avqust 2022

      Çin Hind Okeanında möhkəmlənir – FOTO

      19 Avqust 2022

      V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilir

      19 Avqust 2022

      Evdən qaçan qadın: Yoldaşım içib bizi döyürdü – VİDEO

      19 Avqust 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Sosial»Polkovnik: “Əməliyyat nəticələnəndən, hansısa nailiyyətlər əldə ediləndən sonra məlumat yayıla bilər”
    Sosial

    Polkovnik: “Əməliyyat nəticələnəndən, hansısa nailiyyətlər əldə ediləndən sonra məlumat yayıla bilər”

    04 Avqust 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov “Qisas” əməliyyatından danışıb.

    “Xəbər Xətti” Ramaldanovun APA-ya müsahibəsini təqdim edir:

    – Müdafiə Nazirliyinin dünən keçirdiyi “Qisas” əməliyyatını necə dəyərləndirirsiniz?

    – Azərbaycan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmri ilə təxribat törədənlərə qarşı əməliyyatlara başladı. Qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində Azərbaycan əsgərinin şəhid olması Azərbaycan Ordusunu “Qisas” əməliyyatına, antiterror əməliyyatlarına başlamağa məcbur etdi. Bundan əvvəl dəfələrlə atəşkəs pozulurdu və son zamanlar atəşkəsin pozulması intensivləşmişdi.

    Bu, təxminən 2020-ci il 27 sentyabra qədər olan dövrü xatırladırdı. Biz xəbərdarlıqlar etsək də, düşmən buna məhəl qoymurdu. Düşünürəm ki, qanunsuz erməni silahlı dəstələrinin həyata keçirdiyi təxribatlara cavab olaraq məhz Azərbaycan Ordusunun “Qisas” əməliyyatını keçirməsi, bizim şəhid əsgərimizin qisasının alınması düşmənə bir daha dərs olmalıdır. Prezident İlham Əliyevin dediyi kimi Azərbaycan Ordusunun düşmənin başını Dəmir Yumruqla əzməsi prosesi, demək olar ki, yekunlaşıb. Azərbaycan Ordusunun bölmələri alınan tapşırığı çox məharətlə yerinə yetiriblər, düşmənə sarsıdıcı zərbə endiriblər, böyük bir ərazini nəzarət altına alaraq həmin ərazilərə nəzarəti genişləndiriblər.

    Bu əməliyyat bir daha Azərbaycan Ordusunun peşəkarlığını, əzmini və Azərbaycan Ordusunun bundan sonra da belə təxribatları cavabsız qoymayacağını, təxribat törədən şəxslərə, düşmənə adekvat cavab verərək, qat-qat çox təsirli itkilərə məruz qoyacağından xəbər verir.

    – Dünən sosial şəbəkələrdə əməliyyat barədə məlumatların gec verilməsi haqda narazılıqlar var idi. Sizcə, belə əməliyyatlar barədə əvvəlcədən məlumatların yayılması nə dərəcədə doğru olar?

    – Əlbəttə, belə hallarda çoxları məlumat axtarışında olur. Ancaq əməliyyat aparan tərəf heç vaxt dərhal məlumatı yaymır. Bu, normal haldır. Çünki müəyyən gizlilik olmalıdır. Əməliyyat müəyyən mənada nəticələnəndən, hansısa nailiyyətlər əldə edəndən sonra məlumat yayıla bilər. Ona görə də düşünürəm ki, belə zamanlarda çox diqqətli olmaq lazımdır. Biz bunu Vətən müharibəsində də gördük. Artıq nəinki əməliyyatlar, informasiya müharibəsində də aktivlik çoxalıb.

    Bu da sosial şəbəkələrə, ümumiyyətlə, informasiya sahəsinə çoxlu feyklərin gəlməsi ilə müşahidə edilir. Köhnə videolar, köhnə fotoşəkillər yeni kimi təqdim edilir. Buna görə də informasiyanı yayan zaman çox diqqətli olmaq lazımdır. Hətta Azərbaycandan kənar olan döyüşlərdən bəzi məlumatlar da sızılır. Bu da müəyyən qarışıqlığa səbəb olur və cəmiyyəti çaşdırır. Bu barədə biz dəfələrlə demişik ki, hərblə, hərbi əməliyyatlarla bağlı məhz Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan məlumatdan başqasına etibar etmək olmaz. Bəzi məlumatları çatdırmaq olmaz. Bu da gedən əməliyyatlarla bağlıdır. Digər məlumatlara diqqətlə yanaşmaq lazımdır. Çünki MN-in mətbuat xidməti var, lazım olan formada, lazım olan həcmdə məhz peşəkarlıq tələblərinə cavab verən səviyyədə mütəmadi olaraq cəmiyyətə bu informasiya çatdırılır. Onlar çox aktiv və çevik işləyir.

    Vətən müharibəsi zamanı da bu cür hallar var idi, çoxlu doğru olmayan məlumatlar yayılırdı. Bəzi məlumatları erməni tərəfi də daxildə olan xaotik vəziyyətdən irəli gələrək yayır. Amma Ermənistan Müdafiə nazirliyinin mətbuat xidməti də sadəcə, vəziyyətin gərgin olması ilə bağlı məlumatı yaymaqla kifayətlənib. Ancaq istər erməni saytlarında, istərsə də sosial şəbəkələrdə müəyyən boşluqdan istifadə edərək bəzi materialları yerləşdirirlər.

    Çox vaxt bizim soyadlarımız olan profillərlə həmin materialları yayırlar. Bu isə düzgün olmayan məlumatların məhz Azərbaycan sosial şəbəkə seqmentində də yayılmasına səbəb olur. Ona görə də diqqətli olmaq lazımdır və MN-in yaydığı məlumatlardan qeyri məlumatlar yaxşı olar ki, yayılmasın. Çünki onların mənbəyi bilinmir.

    – Dünən şəhid olan əsgərimizlə bağlı da sosial şəbəkə istifadəçiləri öz narazılığını ifadə edirdi. 4 ayın əsgərinin təhlükəli bölgəyə göndərilməsinin doğru olmaması barədə fikirlər səsləndirilirdi. Əslində bu, necə olmalıdır? 4 ayın əsgəri gənc əsgər sayılırmı?

    – Təəssüflər olsun ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

    Ancaq sosial şəbəkələrdə bəzi fikirləri hər kəs öz bildiyi kimi təqdim etməyə cəhd göstərir. 4 ayın əsgəri artıq gənc əsgər deyil. Bizdə gənc əsgər kursu 3 ay davam edir. Orada əsgər müəyyən döyüş hazırlığı proqramına uyğun olaraq ilkin kursu keçir, ondan sonra andiçmə mərasimi baş tutur. Andiçmə mərasiminə qədər əsgərlər ixtisaslara bölünərək, həmin ixtisaslar üzrə xüsusi proqram üzrə kurs keçirlər. Kurs bitəndən sonra onlar gənc əsgərdən öz sahəsi üzrə peşəkar əsgərlər sırasına keçirlər.

    Çünki 3 aydan sonra əsgərlər öz sahəsi üzrə bütün bilgilərə yiyələnirlər. Orada da müəyyən təlimlər keçirlər. Yekun mərhələdə əsgərlərin bilgisi yoxlanılır. Digər tərəfdən, həmin əsgərin təhlükəli bölgəyə göndərildiyini iddia edənlər var idi. Amma bizdə artıq təhlükəli bölgə yoxdur, təmas xətti yoxdur, cəbhə bölgəsi ifadəsi yoxdur. Bizim əsgərlərimiz ya Ermənistanla dövlət sərhədində xidmət edirlər, ya da Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinin ətrafında. Peşəkar zabit kimi “təhlükəli bölgə” ifadəsi ilə də razılaşmıram.

    Çünki bizim hərbi hissələr ya dövlət sərhədindədir, ya da ki, Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə. Orada mühit tam başqadır. Sadəcə, erməni tərəfinin, qanunsuz erməni silahlı dəstələrinin, silahlı qüvvələrinin törətdiyi təxribatlar tam başqa istiqamətdə də ola bilərdi. Dəfələrlə bizim peşəkar sərhədçilərimizin İran sərhədində olan proseslərdə fəaliyyəti barədə məlumatları da görürük. Əli silahlı şəxs ona görə əli silahlıdır ki, o silahdan istifadə edə bilsin.

    – Dünəndən sosial şəbəkələrdə əsir götürülmə videoları da yayılır. Həm azərbaycanlıların, həm də ermənilərin əsir götürüldüyü tirajlanır. Bu videolar yenidirmi?

    – Müdafiə Nazirliyinin yaydığı bəyanatda bu cür məlumat yoxdur. Düşünürəm ki, yerlərdə vəziyyətlə bağlı ən çox məlumat məhz Müdafiə Nazirliyininin mətbuat xidmətindədir. Çünki qarşıya qoyulan “Qisas” əməliyyatı ilə bağlı tapşırığı Müdafiə Nazirliyinin hərbi hissələri yerinə yetirir. Orada olan məlumatlar da Müdafiə Nazirliyində toplanır. Sadəcə, bizim mətbuat xidmətimizdə çalışan peşəkarlar toplanan məlumatları hansı formada yaymaq lazımdırsa, o formada da yayırlar. Ona görə də sosial şəbəkədə yayılan videolara etibar etmək olmaz.

    window._ttzi = 168; var adv_168_iad = document.createElement(“script”);adv_168_iad.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);adv_168_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_168_iad);adv_168_iad.onload = function(){script.parentNode.removeChild(adv_168_iad);}

    “Xəbər Xətti”

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Valideynlərin DİQQƏTİNƏ: Məktəb ləvazimatları… – VİDEO

    18 Avqust 2022

    “WhatsApp”dan daha bir YENİLİK: Artıq “Windows” əməliyyat sistemi…

    18 Avqust 2022

    Günorta saatlarının günəşi xərçəng yaradır – Səhiyyə nazirliyi eksperti

    18 Avqust 2022

    Şəmkirdə itkin düşən qadın Bakıda kafedə işləyirmiş – VİDEO

    18 Avqust 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Oxu.az – Arıqlamaq istəyənlərin nəzərinə: İştahı azaldan ədviyyatlar açıqlandı

    19 Avqust 2022

    Bakıda 32 yaşlı qadını avtomobil vurub

    19 Avqust 2022

    Çin Hind Okeanında möhkəmlənir – FOTO

    19 Avqust 2022

    V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilir

    19 Avqust 2022

    Evdən qaçan qadın: Yoldaşım içib bizi döyürdü – VİDEO

    19 Avqust 2022

    Türkiyə ordusu 20-yə yaxın terrorçunu məhv edib

    19 Avqust 2022

    Oxu.az – Koronavirusdan sağalan aktrisa tətil fotoları ilə göz oxşadı

    19 Avqust 2022

    Məşhur rus futbolçu Türkiyə klubunda

    19 Avqust 2022

    Yanğınlara 800 şəxsi heyət, 2 helikopter və 1 təyyarə cəlb edilib – VİDEO

    19 Avqust 2022

    Oxu.az – Çində balıqlara da COVID-19 testi edilir

    19 Avqust 2022

    “Yelenovkaya missiya göndərməyi müzakirə etdik” – Zelenski

    19 Avqust 2022

    Rusiyadan AES hədəsi

    19 Avqust 2022

    Rusiyada silah-sursat anbarı yanıb – VİDEO

    18 Avqust 2022

    Payızda sərt karantin olacaq? – VİDEO

    18 Avqust 2022

    NASA Aya uçuş hazırılığına başladı – FOTOLAR

    18 Avqust 2022

    “WhatsApp”dan daha bir YENİLİK: Artıq “Windows” əməliyyat sistemi…

    18 Avqust 2022

    Zelenski Rusiya ilə dialoqun şərtini açıqladı

    18 Avqust 2022

    Günorta saatlarının günəşi xərçəng yaradır – Səhiyyə nazirliyi eksperti

    18 Avqust 2022

    Səudiyyə Ərəbistanı dünyanın ən böyük külək stansiyasını tikəcək

    18 Avqust 2022

    Oxu.az – Finlandiya baş naziri internetə sızdırılan videosu barədə: “Narkotik çəkməmişdim”

    18 Avqust 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.