Xəbər Xətti

    “Kardaşyana Zabuxdan çox diqqət ayırdıq” – Erməni rejissor

    12 Avqust 2022

    Bakıda ƏDV fırıldağı: Satıcı qızın əri aptek müdirini bıçaqladı

    12 Avqust 2022

    Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlanıb

    12 Avqust 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      “Kardaşyana Zabuxdan çox diqqət ayırdıq” – Erməni rejissor

      12 Avqust 2022

      Bakıda ƏDV fırıldağı: Satıcı qızın əri aptek müdirini bıçaqladı

      12 Avqust 2022

      Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlanıb

      12 Avqust 2022

      Prezident: “Azərbaycanda taxılla təminat sahəsində heç bir problem yoxdur”

      12 Avqust 2022

      İstanbuldan Bakıya uçan təyyarədə İNSİDENT

      12 Avqust 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Kriminal»Hamilə arvadını bıçaqladı: “Öldürməyən kişi deyil”
    Kriminal

    Hamilə arvadını bıçaqladı: “Öldürməyən kişi deyil”

    06 İyul 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Hamilə arvadını bıçaqladı: “Öldürməyən kişi deyil” - Dəhşətli cinayətin TƏFƏRRÜATLARI
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Bakıda Pərvin Ağayevin 23 həftəlik hamilə arvadını hansı səbəbdən bıçaqlaması ictimaiyyətə qaranlıq qalıb.
    “Xəbər Xətti” həmin cinayət işi üzrə materialları əldə edib. 
    İstintaqla müəyyən edilib ki, hadisə ötən il aprelində Bakının Nizami rayonu, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.
    Pərvin Ağayev ilə arvadı Şəbnəm İsmayılova arasında dava düşüb.
    Dava zamanı Şəbnəm İsmayılova boğaz və döş qəfəsi nahiyələrindən 3 bıçaq xəsarətləri alıb.
    Qadın xəstəxanaya yerləşdirilib və onun hamilə olduğu məlum olub. Hüquq-mühafizə orqanları tərəfindən Pərvin Ağayev tutulub. 
    Məhkəmədə danışan Pərvin Ağayev deyib ki, Şəbnəmlə təxminən 2019-cu ildə təsadüf nəticəsində tanış olub:
    “Sonradan aramızda isti münasibət yarandı. 2021-ci ilin aprel ayının 29-dan oktyabr ayının 18-dək qeyri-rəsmi olaraq birlikdə yaşamışıq. Həmin dövrdə şəxsiyyət vəsiqəmi itirdiyimdən Şəbnəmlə rəsmi nikaha daxil ola bilməmişdim. Amma sənədlərimi qaydasına qoydum və oktyabr ayında rəsmi nikaha düşdük. Münasibətlərimiz qaydasında olub. Mən avtoyuma məntəqəsində işləyirdim, Şəbnəm isə çalışmırdı. Birtəhər dolanırdıq”.
    Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, bir dəfə evdə olarkən özünə məxsus mobil telefonda “Domino” oyunu oynayarkən tanımadığı qızla oyunda mesajlaşıb:
    “Şəbnəm həmin mesajları gördü. Bundan sonra aramızda mübahisələr yarandı. Məni evdən qovdu, dedi birdə üzümü görmək istəmir. Bu sözlərin qarşılığında Şəbnəmdən mənə bir həftə vaxt verməyini, ondan sonra evdən çıxıb gedəcəyimi və ayrılacağımı bildirdim. Bu söhbətlərdən sonra aramız konkret dəymişdi. Həmin vaxt Şəbnəmin anası bizə baş çəkməyə gəldi. O, bizə 80 manat pul verdi ki, qarşıdan yeni il gəlir evə yolka alaq. Sabahı gün qayınanam Şəbnəmlə birlikdə özü bazara gedib yolka aldılar. Lakin Şəbnəm telefonundan zəng edərək “nə üçün mənimlə birlikdə mağazaya gedib yolka seçimində mənə köməklik göstərmədin, pozğun qadınlara vaxt ayıra bilirsən, lakin mənə vaxt ayırmırsan, kişi ol, ə” sözlərini dedi. Dalınca qışqıra-qışqıra nalayiq ifadələr işlətdi. Mən də ona cavabımda söyüşlər söydüm və axşam evə gələndə danışacağıq dedim. Həmin gün, yəni 2021-ci il dekabrın 10-da axşam saat 22 radələrində dostum Orxanla birlikdə evə getdim. Orxanla evə getməkdə məqsədim istilik sisteminin suyunda 1 gün əvvəl yaranmış nasazlıq idi. Həm Orxan istilik sisteminə baxacaqdı, həm biz evdə su olmuş xalçanı avtoyuma məntəqəsinə aparacaqdıq. İşimizi bitirib, xalçanı da götürüb getdik. Sonra avtoyuma məntəqəsinin yaxınlığında oturub çay içməyə başladıq. Həmin vaxt Şəbnəm yenə mənə təhqiredici mesajlar yazmağa başladı. Dalınca mən zəng elədim, telefonda mübahisəmiz yarandı. Şəbnəmə boşanmaq istəyirsə, mən də bu fikri dəstəkləyəcəyimi dedim”.
    Pərvin Ağayev deyib ki, həmin gün evə gedəndə qaynanası da onlarda olub: 
    “Şəbnəmin anası Nazilə məni mənzilin digər otağına çəkərək barışmağımı xahiş etdi. Ailəmizin dağılmasını istəmədiyini, mənim getməyimə razı olmadığını dedi. Həmin vaxt Şəbnəm mənzilin qonaq otağından mənə qarşı nalayiq ifadələr işlədirdi və boşanmaq istədiyini bildirirdi. Mən hər dəfə Şəbnəmə söyüş söyməməsini deyirdim. Həmin vaxt əşyalarımı yığıb evdən getmək niyyətində olduğumu bildirdim. Buna baxmayaraq, Şəbnəm mənə söyüş söyməkdə davam etdi. Şəbnəmin sözlərindən əsəbiləşib qonaq otağına keçərək onun yaxasından tutub sakitləşməsini və söyüş söyməməsini tələb etdim. Əks təqdirdə öldürəcəyimi bildirdim. Şəbnəm isə mənə “öldürməyən kişi deyil” deyəndə, otaqda stolun üzərində olan mətbəx bıçağını götürdüm. Şəbnəmə təkrarən əgər səsini kəsməsə, söyüş söyməyə davam etsə, bıçaqla vuracağımla bağlı xəbərdarlıq elədim. Şəbnəm yenə də  “vurmayan kişi deyil” deyəndə bıçaqla onun boyun nahiyəsindən vurdum. Bu vaxt Şəbnəm qaçmaq istədi, əl-qol atmağa başladı. Əlimdən qaçmaq istəyəndə saçından tutub, dala çəkərək bir bıçaq zərbəsi də vurdum. Bu zaman Şəbnəm qapıdan çıxıb qonşunun qapısını döydü. Qonşudan iki nəfər oğlan çıxaraq, Şəbnəmi əlimdən aldı, bıçağı da götürdülər. Qonşular Şəbnəmi üzbəüz qonşunun evinə saldı. Mən isə binanın həyətinə düşüb siqaret çəkməyə başladım. Həmin vaxt yaxın ünvanda yaşayan bacanağım Şəhriyar da ora gəldi və mənə Şəbnəmin qanının dayanmadığını  bildirdi. Mən evə qayıdanda polis tərəfindən saxlanıldım”.
    Təqsirləndirilən şəxs qeyd edib ki, onun Şəbnəmi öldürmək niyyəti olmayıb:
    “Hadisə zamanı Şəbnəmi otaqda stolun üzərində olan böyük bıçaqla yox, kiçik bıçaqla vurmuşam. Onun hadisə zamanı mənə qarşı işlətdiyi nalayiq ifadələrin təsirindən əsəbiləşmişəm. Bu səbəbdən belə bir hal baş verib. Hadisənin belə bir vəziyyətə çatmasına səbəb Şəbnəmin mənə, valideynlərimə, ailə üzvlərimə söyməsi olub. Bir anlıq özünü idarə edə bilməmişəm. Hamilə olduğundan xəbərdar idim. Törətdiyim əmələ görə peşmanam”. 
    Məhkəmədə zərərçəkən şəxs qismində dindirilən Şəbnəm İsmayılova ifadə verib. O, sonda bildirib ki, hadisədən sonra onların uşaqları dünyaya gəlib:
    “Pərvini uşağımın atası kimi bağışlamışam, onunla barışmışam. Bu səbəbdən şikayətimdən imtina edirəm. Xahiş edirəm ki, bunu nəzərə alın”.
    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərvin Ağayev 11 il 3 ay azadlıqdan məhrum edilib.

    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Bakıda həbsxanada 5 məhkum ÖLDÜ

    11 Avqust 2022

    Azərbaycanda borca görə axtarılan 46 nəfər saxlanıldı

    11 Avqust 2022

    Axtarışda olan 45 nəfər tutulub

    10 Avqust 2022

    Bakıda XÜSUSİ ƏMƏLİYYAT: saxta pul, silsilə oğurluqlar…

    10 Avqust 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    “Kardaşyana Zabuxdan çox diqqət ayırdıq” – Erməni rejissor

    12 Avqust 2022

    Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlanıb

    12 Avqust 2022

    Prezident: “Azərbaycanda taxılla təminat sahəsində heç bir problem yoxdur”

    12 Avqust 2022

    İlham Əliyev: “Azərbaycanda iş yerlərinin açılması prosesi daim aparılmalıdır”

    12 Avqust 2022

    Bu il Azərbaycanda 1 726 əkiz, 87 üçəm doğulub

    12 Avqust 2022

    Oxu.az – Rusiya-Ukrayna müharibəsi niyə bitmir? – “Gizli razılaşma istisna deyil”

    12 Avqust 2022

    Prezident Dövlət Agentliyinə 3,2 milyon manat ayırıb – SƏRƏNCAM

    12 Avqust 2022

    Çindən gətirilən pestisidin istifadəsinə icazə verilməyib

    12 Avqust 2022

    Prezident: “Ağsu və İsmayıllıda böyük infrastruktur layihələri icra edilib”

    12 Avqust 2022

    Prezident İlham Əliyev “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış olub

    12 Avqust 2022

    Azərbaycanın 6 milyondan çox maska ehtiyatı var

    12 Avqust 2022

    “Artilleriya atəşinin ustaları”nın sınaq atışları – FOTOLAR

    12 Avqust 2022

    Bu il Azərbaycanda törədilən cinayətlərin sayı açıqlanıb

    12 Avqust 2022

    Rusiya sülhməramlılarının maşını erməni sürücünün avtomobili ilə toqquşub, 4 qadın ölüb

    12 Avqust 2022

    İlham Əliyev Ağsuda ulu öndərin abidəsini ziyarət edib

    12 Avqust 2022

    İlham Əliyev Ağsuya getdi

    12 Avqust 2022

    Oxu.az – İlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda hotelin açılışında iştirak ediblər

    12 Avqust 2022

    Qəbələdə qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb

    12 Avqust 2022

    Azərbaycan ciddi su qıtlığı ilə üz-üzə qala bilər

    12 Avqust 2022

    Sülhməramlılar Xocalıda erməni avtomobili ilə toqquşdu – 4 ÖLÜ (FOTO)

    12 Avqust 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.