Füzulidə ötən gün kanaldan tapılan şəxsin kimliyi məlum olub.
Xeberxetti.com xəbər verir ki, həmin şəxs 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğludur.Ötən gün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Baş Mil kanalında axtarışlar zamanı onun meyiti tapılaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Qeyd edək ki, Zaur Süleymanov 11-ci sinifi bu il bitirib. O, “Son zəng”i tədbirindən bir müddət əvvəl itkin düşmüşdü.*** Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında naməlum kişi meyiti aşkarlanıb .Bu barədə Xeberxetti.com -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Meyitin kanaldan çıxarılmasına kömək məqsədilə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xeberxetti.com
Teqlər:
FHN