Türkiyə Ukrayna taxılının daşındığı iddia edilən Rusiya yük gəmisini saxlayıb.
Xeberxetti.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar məlumat yayıb. “Biz Türkiyə ilə tam əməkdaşlıq edirik. Hazırda gəmi limanın girişində dayanır. O, Türkiyə gömrük orqanları tərəfindən saxlanılıb. Rusiya gəmisinin taleyi müstəntiqlərin bazar ertəsi, iyulun 4-də keçiriləcək iclasında həll olunacaq”, – səfir bildirib. Xeberxetti.com
Teqlər: