Xəbər Xətti

    Şabranda ağır yol qəzası – 3 ölü

    06 İyul 2022

    “CNN”: Norveç Avropanı xilas etmək qərarına gəlib

    06 İyul 2022

    Azərbaycan nümunəsi: dindarlar azad, ibadətgahlar toxunulmazdır – ARAŞDIRMA

    06 İyul 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Şabranda ağır yol qəzası – 3 ölü

      06 İyul 2022

      “CNN”: Norveç Avropanı xilas etmək qərarına gəlib

      06 İyul 2022

      Azərbaycan nümunəsi: dindarlar azad, ibadətgahlar toxunulmazdır – ARAŞDIRMA

      06 İyul 2022

      İrəvanda Baş prokuror müharibə qurbanlarının yaxınlarını qəbul etmədi – VİDEO (YENİLƏNİB)

      06 İyul 2022

      Peyvənd olunanların sayı açıqlanıb

      06 İyul 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Siyasət»SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Kapital Bank arasında əməkdaşlıq memorandumu imzalanıb – FOTO
    Siyasət

    SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Kapital Bank arasında əməkdaşlıq memorandumu imzalanıb – FOTO

    24 İyun 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan Kapital Bank arasında əməkdaşlıq memorandumu imzalanıb. Mərasimdə BANM-in rektoru Elmar Qasımov, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və hər iki qurumdan nümayəndələr iştirak ediblər. Yeni memorandum çərçivəsində BANM və Kapital Bank arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq fəaliyyətləri nəzərdə
    tutulub.

    Belə ki, tələbələr üçün təqaüd proqramlarının təsis edilməsi, müxtəlif konfransların təşkili, “Karyera günləri”nin keçirilməsi, məzunların işlə təmin olunması kimi səmərəli fəaliyyətlərin həyata keçirilməsi gözlənilir. Memorandumdan faydalanan tərəf yalnız tələbələr olmayacaq. Eyni zamanda, Kapital Bank-ın əməkdaşları da müxtəlif təlimlərdə və təhsil proqramlarında iştirak etmək imkanı əldə edəcəklər.

    Bu memorandum ilə Kapital Bank-la faydalı əməkdaşlığın təməlinin qoyulduğunu vurğulayan rektor Elmar Qasımov bildirib ki, ölkənin birinci bankı ilə əməkdaşlıq tələbələr üçün böyük imkanlar və fürsətlər yaradır: “İmzaladığımız əməkdaşlıq memorandumu Ali Məktəbimizin Biznesin idarə edilməsi, Kompüter mühəndisliyi və İnformasiya təhlükəsizliyi ixtisaslarının tələbələri üçün böyük iş imkanları deməkdir. Tələbəmiz Hüseyn Qəmbərov artıq Kapital Bank-da işləyir və 4 tələbəmiz təcrübə keçir. Gələn il bu sayların artacağına inanırıq. Ümid edirik ki, Kapital Bank-la olan əməkdaşlığımız hər iki tərəf və cəmiyyətimiz üçün faydalı olacaq”.

    Təhsil ocaqları ilə əməkdaşlığa hər zaman önəm verdiklərini vurğulayan Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bunun sayəsində çox sayda mütəxəssislər yetişdirdiklərini qeyd edib: “Kapital Bank-la tərəfdaşlığa maraq göstərdiyiniz üçün təşəkkür edirəm. Bu cür layihələr sayəsində bankımızda çox sayda tələbə işləyir və təcrübə keçir. Bakı Ali Neft Məktəbi yüksək keyfiyyətli təhsil verən ali məktəbdir. Keyfiyyətli təhsil isə keyfiyyətli mütəxəssislər deməkdir. Maliyyə bazarında ən çox mütəxəssis yetişdirən bank olaraq BANM-lə əməkdaşlığın bu sahəyə böyük töhfələr verəcəyinə inanırıq”.

    Yeri gəlmişkən, Kapital Bank mütəmadi olaraq təhsil layihələrinə diqqət ayırır. Bankın Beynəlxalq Təhsil Sərgisində, Respublika Fənn Olimpiadasında, Azərbaycan üçün öyrət, “Təhsil Avtobusu”, “Bir ideyam var”, Sabah qrupları kimi müxtəlif layihələrdə iştirakı, habelə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti və digər təhsil müəssisələri ilə birgə
    fəaliyyəti buna əyani sübutdur. Yaxın gələcəkdə də təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.

    Sonda Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevə “Fəxri qonaq” diplomu təqdim edilib.

    Ölkənin birinci bankı olan Kapital Bank “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir.

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Azərbaycanlı zəvvarların böyük Həcc ayinlərinə başlayacağı tarix açıqlandı

    06 İyul 2022

    Bakıda ayağını pəncərədən çıxaran “Prius” sürücü həbs edildi – VİDEO

    06 İyul 2022

    Azərbaycanda 3 helikopter 2 milyona hərraca çıxarılır

    06 İyul 2022

    “Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun ilk buraxılışı olub – VİDEO

    06 İyul 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    “CNN”: Norveç Avropanı xilas etmək qərarına gəlib

    06 İyul 2022

    Azərbaycan nümunəsi: dindarlar azad, ibadətgahlar toxunulmazdır – ARAŞDIRMA

    06 İyul 2022

    Peyvənd olunanların sayı açıqlanıb

    06 İyul 2022

    Azərbaycanlı zəvvarların böyük Həcc ayinlərinə başlayacağı tarix açıqlandı

    06 İyul 2022

    Bakıda yolun satılması iddialarına aydınlıq gətirildi

    06 İyul 2022

    Azərbaycan Ordusunun əsgəri intihar edib

    06 İyul 2022

    Paytaxtda köhnə binaların söküntüsü hansı formada həyata keçirilməlidir?

    06 İyul 2022

    Braziliyada ər-arvad silahlı qulduru döydü

    06 İyul 2022

    “1 dəqiqədə Xəbər Çağı” – Günün əsas xəbərləri 60 saniyədə – VİDEO

    06 İyul 2022

    Dövlət Agentliyi: “600-dan çox internat məzununa mənzillər verilib”

    06 İyul 2022

    Şəkidə işçi çalışdığı şirkətin 111 min manata yaxın pulunu mənimsəyib

    06 İyul 2022

    “Toronto Star”: “Rusiya NATO-nun maliyyə sistemini sıradan çıxarır”

    06 İyul 2022

    Şabranda iki avtomobil toqquşub, ölənlər var

    06 İyul 2022

    69 nəfər virusa yoluxub

    06 İyul 2022

    Ermənistanda “qanuni oğrular” saxlanıldı

    06 İyul 2022

    “Son illər yay depressiyası geniş yayılıb” – AÇIQLAMA

    06 İyul 2022

    Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib

    06 İyul 2022

    Şahin Mustafayev iranlı nazirlə görüşdü

    06 İyul 2022

    Oxu.az – Boris Conson istefa verməyəcək: Nazirlərsə bir-bir ərizə yazırlar

    06 İyul 2022

    Üçü 9 manata satılan toyuqlar haradan gətirilir? – Qurumlar məsuliyyəti bir-birinin üzərinə atdı

    06 İyul 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.