Belaruslu kikboksçu İvan Qanin medalını hərraca çıxarıb.Bu barədə “Naşa Niva” məlumat yayıb. Bildirilir ki, o hərracdan qazandığı pulu Ukraynaya kömək üçün verəcək. “Dünya çempionatından ilk medalımı hərraca çıxardım. 2017-ci ilin gümüşü, WAKO Dünya Çempionatı… O, mənim üçün bir xatirə kimi çox əzizdir. Amma indi idman həyatda birinci yerdə deyil”, – deyə İvan Qanin yazıb.
Mənbə
Xeberxetti.com