Xəbər Xətti

    Ceyhun Bayramov Tehranda: Azərbaycan-İran-Türkiyə münasibətlərində yeni era

    05 İyul 2022

    Baş Prokurorluq: “161-Qaynar xətt” mərkəzi ödənişsizdir”

    05 İyul 2022

    Əli Həsənova bağlı olan daha 2 şirkət ləğv olunur – Rəsmi

    05 İyul 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Ceyhun Bayramov Tehranda: Azərbaycan-İran-Türkiyə münasibətlərində yeni era

      05 İyul 2022

      Baş Prokurorluq: “161-Qaynar xətt” mərkəzi ödənişsizdir”

      05 İyul 2022

      Əli Həsənova bağlı olan daha 2 şirkət ləğv olunur – Rəsmi

      05 İyul 2022

      Zaqatalada itən turistlə bağlı YENİ FAKT: bundan əvvəl də yoxa çıxıbmış…

      05 İyul 2022

      Yeddi il əvvəl ölən adam “radara düşdü” – VİDEO

      05 İyul 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Siyasət»Bayramov-Lavrov görüşü bitdi: Müzakirə olunan məsələlər – FOTO
    Siyasət

    Bayramov-Lavrov görüşü bitdi: Müzakirə olunan məsələlər – FOTO

    24 İyun 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında müzakirə etdikləri məsələlər açıqlanıb.

    Azərbaycan XİN-dən “Xəbər Xətti”-ə bildirilib ki, təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

    Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın bir çox istiqamətlərdə inkişaf etdiyini, ikitərəfli əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulayıb. O, cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğuna istinad edərək, il ərzində bu münasibətlə bir sıra tədbirlərin həyata keçirildiyini məmnunluqla söyləyib.

    Nazir Sergey Lavrov qonaqpərvərliyə görə təşəkkür edib. O, Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə və aparılmış müzakirələrə istinad edib. Cari il ərzində Azərbaycanlı həmkarı ilə indiyədək 4 görüşün keçirildiyini bildirən S.Lavrov bunun münasibətlərin intensivliyinin göstəricisi olduğunu bildirib. Cari ildə qeyd edilən 30 illiyin əlaqələrin bütün istiqamətlər üzrə icmalı üçün yaxşı fürsət yaratdığı və bu xüsusda keçirilən tədbirlərin təqdirəlayiq olduğunu söyləyib.

    Tərəflər, ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində, əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini, habelə ikitərəfli müqavilə hüquqi bazasının möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

    Nazir Ceyhun Bayramov Azərbaycan üçün hazırda prioritet məsələ olan azad olunmuş ərazilərin bərpa və quruculuğu işləri barədə məlumat verib. Bu xüsusda Rusiya şirkətlərinin bu prosesdə iştirak marağı yüksək qiymətləndirilib.

    Görüş zamanı tərəflər, bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə münasibətlərin normallaşdırılması və sülhün təmin olunması istiqamətində addımların atılması, o cümlədən sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti, bütün kommunikasiyaların açılması, gələcək sülh sazişinin imzalanması məsələləri ətrafında geniş müzakirələr aparıblar.

    Görüşün sonunda xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Zaqatalada itən turistlə bağlı YENİ FAKT: bundan əvvəl də yoxa çıxıbmış…

    05 İyul 2022

    Azərbaycanda İrəvandakı Göy məscidlə bağlı araşdırma aparılıb

    05 İyul 2022

    İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlandı

    05 İyul 2022

    “Azəripək” MMC-nin direktoru dəyişib

    05 İyul 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Baş Prokurorluq: “161-Qaynar xətt” mərkəzi ödənişsizdir”

    05 İyul 2022

    Zaqatalada itən turistlə bağlı YENİ FAKT: bundan əvvəl də yoxa çıxıbmış…

    05 İyul 2022

    Yeddi il əvvəl ölən adam “radara düşdü” – VİDEO

    05 İyul 2022

    Dünənki qəzalarda 5 nəfər ölüb

    05 İyul 2022

    Ukraynada raket zərbələri nəticəsində azərbaycanlı ailə həlak olub

    05 İyul 2022

    İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlandı

    05 İyul 2022

    Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlandı

    05 İyul 2022

    Bakıda stilisti öldürən HAKİM QARŞISINDA

    05 İyul 2022

    Ağcabədi sakini tüfənglə atı vuraraq öldürüb

    05 İyul 2022

    Bakıda İrəvanla bağlı kitabın təqdimatı keçirilir

    05 İyul 2022

    Nazir: “Xəzər regionunda həll olunmamış ekoloji problemlər bir sıra çətinliklər yaradır”

    05 İyul 2022

    Azərbaycan neftinin qiyməti 128 dolları ötdü

    05 İyul 2022

    Baş Prokurorluq: “”161-Qaynar xətt” mərkəzi ödənişsizdir”

    05 İyul 2022

    SN: “Azərbaycanda meymunçiçəyinin diaqnostikası üçün bütün imkanlar mövcuddur”

    05 İyul 2022

    “Qərb Ukrayna haqqında obyektiv məlumat verən medianın işini əngəlləyir”

    05 İyul 2022

    Akademik: “Xəzərdə suyun azalması davam etsə, Aral dənizinin aqibəti ilə rastlaşa bilər”

    05 İyul 2022

    Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçirilir

    05 İyul 2022

    Füzulidə kanalda batan 11-ci sinif şagirdi olub – YENİLƏNİB

    05 İyul 2022

    Səfir: “Azərbaycan indiyədək Ukraynaya 20 milyon dollarlıq humanitar yardım göndərib”

    05 İyul 2022

    “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq

    05 İyul 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.