Xəbər Xətti

    ABŞ-da yeni “Listeria” virusu yayılır: 1 ÖLÜ

    05 İyul 2022

    Xəzərdə balıq populyasiyasının azalması iqlim dəyişiklikləri ilə bağlıdır

    05 İyul 2022

    Paşinyan bu görüntülərinə görə məsxərəyə qoyuldu – VİDEO

    05 İyul 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      ABŞ-da yeni “Listeria” virusu yayılır: 1 ÖLÜ

      05 İyul 2022

      Xəzərdə balıq populyasiyasının azalması iqlim dəyişiklikləri ilə bağlıdır

      05 İyul 2022

      Paşinyan bu görüntülərinə görə məsxərəyə qoyuldu – VİDEO

      05 İyul 2022

      UNESKO Ukraynaya missiya göndərəcək

      05 İyul 2022

      Mədə xəstəliklərinin əsas səbəbləri açıqlanıb

      05 İyul 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Siyasət»Azərbaycan və Rusiya XİN başçılarının müzakirə etdikləri məsələlər açıqlanıb
    Siyasət

    Azərbaycan və Rusiya XİN başçılarının müzakirə etdikləri məsələlər açıqlanıb

    24 İyun 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    24 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi Məşəl” abidəsinin qarşısına əklil qoyub. Daha sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş baş tutub.

    Bu barədə “Xəbər Xətti”-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Nazir Ceyhun Bayramov və nazir Sergey Lavrov arasında təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

    Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın bir çox istiqamətlərdə inkişaf etdiyini, ikitərəfli əməkdaşlığın uğurla həyata keçirildiyini vurğulayıb. O, cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğuna istinad edərək il ərzində bu münasibətlə bir sıra tədbirlərin həyata keçirildiyini məmnunluqla söyləyib.

    Nazir Sergey Lavrov qonaqpərvərliyə görə təşəkkür edib. O, Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə və aparılmış müzakirələrə istinad edib. Cari il ərzində Azərbaycanlı həmkarı ilə indiyədək 4 görüşün keçirildiyini bildirən S.Lavrov bunun münasibətlərin intensivliyinin göstəricisi olduğunu bildirib. Cari ildə qeyd edilən 30 illiyin əlaqələrin bütün istiqamətlər üzrə icmalı üçün yaxşı fürsət yaratdığı və bu xüsusda keçirilən tədbirlərin təqdirəlayiq olduğunu söyləyib.

    Tərəflər ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində, əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini, habelə ikitərəfli müqavilə hüquqi bazasının möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

    Nazir Ceyhun Bayramov Azərbaycan üçün hazırda prioritet məsələ olan azad olunmuş ərazilərin bərpa və quruculuğu işləri barədə məlumat verib. Bu xüsusda Rusiya şirkətlərinin bu prosesdə iştirak marağı yüksək qiymətləndirilib.

    Görüş zamanı tərəflər, bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə münasibətlərin normallaşdırılması və sülhün təmin olunması istiqamətində addımların atılması, o cümlədən sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti, bütün kommunikasiyaların açılması, gələcək sülh sazişinin imzalanması məsələləri ətrafında geniş müzakirələr aparıblar.

    Görüşün sonunda xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Vilayət Eyvazovdan yeni təyinat

    05 İyul 2022

    Əli Həsənova bağlı olan daha iki şirkət ləğv olunur

    05 İyul 2022

    Bakı-Quba yolundan istifadə edənlərin NƏZƏRİNƏ – Sədlər sökülür…

    05 İyul 2022

    Zaqatalada itən turistlə bağlı YENİ FAKT: bundan əvvəl də yoxa çıxıbmış…

    05 İyul 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Xəzərdə balıq populyasiyasının azalması iqlim dəyişiklikləri ilə bağlıdır

    05 İyul 2022

    UNESKO Ukraynaya missiya göndərəcək

    05 İyul 2022

    Mədə xəstəliklərinin əsas səbəbləri açıqlanıb

    05 İyul 2022

    Vilayət Eyvazovdan yeni təyinat

    05 İyul 2022

    Sabahın hava proqnozu açıqlanıb

    05 İyul 2022

    Sərhədi pozan İran vətəndaşları saxlanılıb

    05 İyul 2022

    Xəzər dənizinin öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin yaradılması təklif edilir

    05 İyul 2022

    Azərbaycanda ilk dəfə yaranan milli parklar: Bu gün giriş pulsuzdur

    05 İyul 2022

    İrəvanda aksiya: “Bizi unutdurur, “qaçqın” statusu vermək istəmirlər”

    05 İyul 2022

    İşğaldan azad edilmiş kənddə yanğın olub

    05 İyul 2022

    Əli Həsənova bağlı olan daha iki şirkət ləğv olunur

    05 İyul 2022

    Baş Prokurorluq: “161-Qaynar xətt” mərkəzi ödənişsizdir”

    05 İyul 2022

    Zaqatalada itən turistlə bağlı YENİ FAKT: bundan əvvəl də yoxa çıxıbmış…

    05 İyul 2022

    Yeddi il əvvəl ölən adam “radara düşdü” – VİDEO

    05 İyul 2022

    Dünənki qəzalarda 5 nəfər ölüb

    05 İyul 2022

    Ukraynada raket zərbələri nəticəsində azərbaycanlı ailə həlak olub

    05 İyul 2022

    İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlandı

    05 İyul 2022

    Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlandı

    05 İyul 2022

    Bakıda stilisti öldürən HAKİM QARŞISINDA

    05 İyul 2022

    Ağcabədi sakini tüfənglə atı vuraraq öldürüb

    05 İyul 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.