Xəbər Xətti

    Bakıda 2 nəfəri avtomobil vurub

    06 İyul 2022

    Bakıda avtomobil motosikletçini vuraraq xəsarət yetirib

    06 İyul 2022

    Danimarka İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib

    06 İyul 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Bakıda 2 nəfəri avtomobil vurub

      06 İyul 2022

      Bakıda avtomobil motosikletçini vuraraq xəsarət yetirib

      06 İyul 2022

      Danimarka İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib

      06 İyul 2022

      Tuba Büyüküstünün uşaqlıq fotoları yayıldı – VİDEO

      06 İyul 2022

      Bakıda sevgilisi tərəfindən bıçaqlanan 37 yaşlı qadın xəstəxanada ölüb

      06 İyul 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Siyasət»“Qaçqınkom” sədri: “Ağalı kəndinin 428 sakininin çoxu doğma yurda qayıtmaq istəyir” – FOTO
    Siyasət

    “Qaçqınkom” sədri: “Ağalı kəndinin 428 sakininin çoxu doğma yurda qayıtmaq istəyir” – FOTO

    23 İyun 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Dragana Koyiç ilə görüşüb.

    Bu barədə “Xəbər Xətti”-ə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial inkişaf xətti, o cümlədən məcburi köçkünlərlə iş üzrə dövlət siyasəti haqqında qonağa ətraflı məlumat verilib.

    Bu kateqoriyadan olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun artırılması istiqamətində mühüm işlər görüldüyü qeyd edilib.

    Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərdiyi bildirilib.

    Uzun illərdir doğma yurdundan didərgin düşmüş insanların işğaldan azad edilmiş ərazilərə könüllülük, təhlükəsizlik və layiqli həyat şəraitinə təminat prinsipləri əsasında qayıdışına hazırlıq görüldüyü diqqətə çatdırılıb.

    Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaratdığı Əlaqələndirmə Qərargahının bu istiqamətdə zəruri iş apardığı vurğulanıb.

    Məcburi köçkünlərin qayıdışı ilə əlaqədar həyata keçirilən layihələrdə beynəlxalq təşkilatların, həmçinin BQXK-nın iştirakının əhəmiyyəti qeyd edilərək bildirilib ki, Dövlət Komitəsi bu mərhələdə də əməkdaşlığın səmərəli olacağına böyük ümid bəsləyir.

    İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin icra edildiyi, yeni salınan müasir tipli yaşayış məntəqəsinə əhalinin köçürülməsinə hazırlıq görüldüyü xatırladılaraq diqqətə çatdırılıb ki, kəndin 428 nəfər sakini arasında keçirilən sorğu zamanı onların böyük əksəriyyəti doğma yurda qayıtmaq istəyini ifadə edib.

    Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Dragana Koyiç rəhbəri olduğu nümayəndəliyin fəaliyyəti haqqında məlumat verib, BQXK son dövrlərdə öz fəaliyyətini genişləndirdiyini, işə yeni əməkdaşlar cəlb edildiyini söyləyib.

    Görüşdə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin sabiq rəhbəri xanım Arian Bauer də iştirak edib. Dövlət Komitəsinin sədri fəaliyyət dövrü ərzində göstərdiyi xidmətlərə görə xanım Arian Bauerə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Görüşdə qaşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Qəlbi sökülmüş İrəvan – VİDEO

    05 İyul 2022

    Özünü 12-ci İmam Mehdi kimi təqdim edən Aqil Babayevin istintaqı başa çatdı

    05 İyul 2022

    Qurbanlıq heyvanların onlayn satışına start verildi – VİDEO

    05 İyul 2022

    Yol nəqliyyat hadisəsi barədə protokol elektron formada tərtib ediləcək

    05 İyul 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Bakıda 2 nəfəri avtomobil vurub

    06 İyul 2022

    Bakıda avtomobil motosikletçini vuraraq xəsarət yetirib

    06 İyul 2022

    Tuba Büyüküstünün uşaqlıq fotoları yayıldı – VİDEO

    06 İyul 2022

    Bakıda sevgilisi tərəfindən bıçaqlanan 37 yaşlı qadın xəstəxanada ölüb

    06 İyul 2022

    “KFC” və “Pizza Hut” Rusiyadan gedir

    06 İyul 2022

    Azay Quliyev ATƏT PA-da komitə sədri seçildi

    06 İyul 2022

    “Lex”- “Qarabağ” oyununda maraqlı anlar yaşanıb – VİDEO

    06 İyul 2022

    Ukrayna Ordusu raketləri havada belə vurur – VİDEO

    06 İyul 2022

    BMT-in avtomobil karvanı minaya düşdü: Ölən və yaralananlar var

    06 İyul 2022

    Tank ballistik raket kimi partladı – VİDEO

    06 İyul 2022

    Bakıda 3 yaşlı uşaq evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb

    06 İyul 2022

    Rusiyada həbs edilən basketbolçu Baydenə məktub göndərdi

    06 İyul 2022

    Çempionlar Liqası: “Qarabağ” məğlub oldu – YENİLƏNİB

    06 İyul 2022

    Fuad Axundov: “Ermənistan milli tarixşünaslığı dəyişdirməli, yalnız tarixi faktlara əsaslanmalıdır”

    06 İyul 2022

    “Qəbələ”nin rəqibi “Fənərbağça”ya böyük hesabla uduzub

    06 İyul 2022

    Azərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaq

    05 İyul 2022

    Bir gündə Bakıda beş taksi qəza törətdi

    05 İyul 2022

    Kritik informasiya təhlükəsizliyi qaydasının pozulmasına görə yeni cərimələr müəyyənləşib

    05 İyul 2022

    Qəlbi sökülmüş İrəvan – VİDEO

    05 İyul 2022

    Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin fasiləsiz monitorinqi aparılacaq

    05 İyul 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.