Xəbər Xətti

    Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

    04 İyul 2022

    Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

    04 İyul 2022

    Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

    04 İyul 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

      04 İyul 2022

      Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

      04 İyul 2022

      Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

      04 İyul 2022

      Güləşçilərimizdən 1 qızıl , 1 bürünc medal

      04 İyul 2022

      Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

      04 İyul 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Cəmiyyət»Oxu.az – Şah Abbası taxtda, Nadiri qundaqda görən kənddə sahibsiz qalan əmanətimiz
    Cəmiyyət

    Oxu.az – Şah Abbası taxtda, Nadiri qundaqda görən kənddə sahibsiz qalan əmanətimiz

    23 İyun 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    – Buralarda bir məscid olmalıdır…

    – Şah Abbas məscidini deyirsiniz, yəqin. O döngədən aşağı gedin, düz qarşınıza çıxacaq.

    Bu kiçik dialoqu Tovuz rayonunun Yanıqlı kəndinin azyaşlı sakini ilə aparmışdıq. Yolu azdığımızdan avtomobili saxlayıb, xəritə ilə yeri müəyyənləşdirməyə çalışırdıq. O da yəqin ki, maşının seriya nömrəsindən bura adamı olmadığımızı anlayıb, özü bizə yaxınlaşmış, köməyini təklif etmişdi.

    Uşağın mehribanlığından ürəyim isinmişdi. Ətrafa boylandım. Dağlarla əhatələnən və yaşıllıqlar içində olan bu qədim kənd yüzillər boyu nə qədər ağrı-acıdan keçib, bu günlərə çatıb. Elə şəhərin oykonimi bunun bariz nümunəsidir. Yerli sakinlərin sözlərinə görə, kəndin yerində vaxtilə Xavər Zəmin adlı şəhər olub. Lakin XIII əsrdə monqol istilası zamanı şəhər tamamilə yandırılıb. O vaxtdan buranın adı Yanıqlı qalıb.

    Babəkin ərəb xilafətinə qarşı müqavimətindən tutmuş monqolların istilasına qədər dəfələrlə qanlı döyüşlər, qarşıdurmalar görmüş kənd bu gün həm də memarlıq abidələri ilə, o cümlədən Şah Abbas məscidi ilə də tanınır. Bu ibadət ocağı Səfəvilər dövlətinin hökmdarı I Şah Abbasın öz dövlətinin ərazisində tikdirdiyi 999 məsciddən biridir. Rəvayətə görə, bura vaxtilə karvan yolunun üzərində yerləşib, məscid də səyyahların ibadəti üçün inşa edilib. Kitabəsi günümüzə gəlib çatmasa da, memarlıq üslubu və tikilmə vaxtına görə bu məscidin 17-ci əsrdə memar Şeyx Bəhaəddin Amili tərəfindən inşa edildiyi düşünülür.

    Elə səfərimizin məqsədi də qədim kənddəki “Böyük Abbasın” əmanətini görmək həvəsi idi. Əlbəttə, oranın artıq məscid kimi fəaliyyət göstərmədiyini bilirdim, amma əsrlərin izinə toxunmaq arzusu qəribə qürur və həyəcan hissi verirdi.

    Lakin bu sevinc gözləntisi uzun çəkmədi. Uşağın göstərdiyi yolla gedib Şah Abbas məscidinə çatdıq.

    Qırmızı kərpicdən inşa edilən qədim memarlıq abidəsi qarşımda idi. Amma necə?.. Əsrlərlə yol gələn məscid sanki son bir əsrdə insanların etibarsızlığından küsmüş şəkildə qanqallar və alaq otları arasından boylanırdı…

    Araşdırdığım məlumatda deyilirdi ki, bina ötən əsrin 30-cu illərindən sonra anbar kimi istifadə edilib. Təqribən 1960-cı illərdə çat yaransa da, təmir işləri 20 il sonra, özü də qeyri-peşəkarlar tərəfindən aparılıb. Ancaq yenə bu vəziyyətdə görəcəyimi düşünmürdüm.

    Tikanlar, gicitkanlar əlimi-ayağımı dalasa da, birtəhər binaya yaxınlaşa bildim. Burada gördüyüm mənzərə isə daha dəhşətli idi: Günbəz çökmüş, məscidin içində təpəcik yaratmışdı. Üzərində zərif naxışlar olan qapı bir kənara atılmışdı. Ancaq oradan içəri keçmək qeyri-mümkün idi.

    Divar boyu hərəkət edəndə pillələr gördüm. Hər an daşların arasından ilan çıxa biləcəyi qorxusu olsa da, maraq üstün gəldi, yuxarı çıxdım. Vaxtilə gözəlliyi, möhtəşəmliyi ilə ad çıxaran ibadət ocağından ancaq dörd divar qalmışdı. Uçqunun arasından özünə yol taparaq yetişən əncir ağacı isə sanki qol-budaqları ilə damı əvəz etmək, uçqunu gecikdirmək istəyirdi…

    Məscidin şimal-qərb tərəfindəki otaqdan müəzzinin dama çıxıb azan verməsi üçün pillələr var.

    Oradan düşüb, başqa bir girişdən içəri keçdim. Qaranlıq, kvadrat formalı otaq idi. Divarda vaxtilə ehtimal ki, şkaf rolunu oynayan boşluqlar, yuxarıda isə tağ-tavan nəzərə çarpır.

    Otaqdan çıxmaq istəyərkən isə gözüm divarların birində “Allahım, məni bağışla!” yazısına sataşdı. Müəllifin bunu buraya nə vaxt, nə məqsədlə yazdığını bilmirəm, ancaq mən də ürəyimdə bütün insanlığımız adından əmanətə sahib çıxa bilmədiyimiz üçün, səhlənkarlığımız üçün bağışlanmaq istədim…

    Yeri gəlmişkən, qədim memarlıq abidəsinin şimal-qərb hissəsində quyu var. Deyilənə görə, yüz illərlə ibadət ocağına yol yoldaşı olmuş və dərinliyi 10 metr olan bu quyu bu gün də istifadəyə yararlıdır.

    Təəssüflə binaya baxdım. Yarıuçuq tikilinin böyük memarlıq abidəsindən bir parça olduğunu təsəvvür etmək çətin idi. Belə başa düşdüm ki, tarixi abidəyə məsul olan qurumlar da ümumiyyətlə bura barədə bütün nişanələri silmək istəyirlər. Çünki binanın heç yerində məscid barədə lövhə yoxdur.

    Gələndə içimdə dolub-daşan fərəhdən artıq heç nə qalmamışdı. Kədərlə oradan uzaqlaşdım. Ot-alaq içində qalan bina yenə boynubükük qalmışdı. Burada anladım: Əslində o qanqallar, tikanlar biz insanların bacarmadığını edir: “Şah Abbası taxtda, Nadiri qundaqda görən” əsrlərin yadigarına sahib çıxır, onu etibarsız insanlardan uzaq saxlayır…

    P.S.: Maraqlıdır, buldozer çağırıb, həmin tikilini söküb yerində özümə ev tikmək istəsəm, ortaya neçə dövlət orqanı çıxıb tarixi abidəni dağıtdığıma görə protokol tərtib edər?

    Emilya Tağıyeva

    Mənbə
    xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

    04 İyul 2022

    Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

    04 İyul 2022

    Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

    04 İyul 2022

    Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

    04 İyul 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

    04 İyul 2022

    Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

    04 İyul 2022

    Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

    04 İyul 2022

    Güləşçilərimizdən 1 qızıl , 1 bürünc medal

    04 İyul 2022

    Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

    04 İyul 2022

    Piyadanın üzərindən 2 avtomobil keçdi

    04 İyul 2022

    Moskvada ən hündür göydələnlərdən biri yanıb – VİDEO

    04 İyul 2022

    Ukrayna ordusuna hər ay 4 milyarddan çox pul xərclənir – Baş nazir

    04 İyul 2022

    72 yaşlı aktrisa yeniyetmə qız rolunu canlandırıb

    04 İyul 2022

    Bayden jurnalistin sulına cavab verə bilmədi

    03 İyul 2022

    Nazirlər yarışdı – FOTOLAR

    03 İyul 2022

    ÜST: “Meymunçiçəyinə yoluxanların sayı üç dəfə artıb”

    03 İyul 2022

    Türkiyə Ukrayna taxılını daşıyan Rusiya gəmisini saxladı

    03 İyul 2022

    İran silkələndi

    03 İyul 2022

    Aİ Ukraynaya yarım trilyon avrodan çox yardım ayıra bilər – KİV

    03 İyul 2022

    Qazi 14 ay sonra evinə döndü

    03 İyul 2022

    “Bakmil”ə gedənlərin nəzərinə!

    03 İyul 2022

    Bakıda otluq və qamışlıq ərazi yanır

    03 İyul 2022

    Bakıda 37 yaşlı qadın tanışı tərəfindən bıçaqlanıb

    03 İyul 2022

    Ceyhun Bayramov İrana səfər edəcək

    03 İyul 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.