Xeberxetti.com FHNə istinadən xəbər verir ki, 112 qaynar telefon xəttinə daxil olan məlumata əsasən, güclü yağış nəticəsində Goranboy rayonunun Ağcakənd kəndindən qısamüddətli sel keçib və bəzi əraziləri su basıb.
Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, FHNin müvafiq qüvvələri əraziyə cəlb olunub.
Hazırda göstərilən ərazidə selin fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək davam edən qeyrisabit hava şəraiti ilə əlaqədar zəruri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.