Xəbər Xətti

    Bakıda avtomobil motosikletçini vuraraq xəsarət yetirib

    06 İyul 2022

    Danimarka İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib

    06 İyul 2022

    Tuba Büyüküstünün uşaqlıq fotoları yayıldı – VİDEO

    06 İyul 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Bakıda avtomobil motosikletçini vuraraq xəsarət yetirib

      06 İyul 2022

      Danimarka İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib

      06 İyul 2022

      Tuba Büyüküstünün uşaqlıq fotoları yayıldı – VİDEO

      06 İyul 2022

      Bakıda sevgilisi tərəfindən bıçaqlanan 37 yaşlı qadın xəstəxanada ölüb

      06 İyul 2022

      “KFC” və “Pizza Hut” Rusiyadan gedir

      06 İyul 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»İdman»Azərbaycanlı güləşçilər 8 medal qazanıblar
    İdman

    Azərbaycanlı güləşçilər 8 medal qazanıblar

    23 İyun 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri start götürüb.

    Azərbaycan Güləş Federasiyasından bildirilib ki, yarışın ilk günündə 55, 60, 63, 67, 87, 97 və 130 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.

    Altımız kiloqram çəki üzrə yarışan idmançılar 2 qrupa bölünüb. A qrupunda yer alan güləşçilərimizdən Murad Məmmədov ilk turda türkiyəli Ekrem Öztürkə (14:1), Nihat Məmmədli isə amerikalı İldar Hafizova (9:4) qalib gəlib. İkinci turda güləşçilərimiz bir-biri ilə qarşılaşıblar. Daha təcrübəli Murad 7:1 hesablı qələbə əldə edib. Sonuncu turda Nihat Ekrem Öztürkü (11:0), Murad isə İldar Hafizovu (9:0) çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəliblər.

    B qrupunda Eldəniz Əzizli startda rumıniyalı Teodor Horataunu çətinlik çəkmədən məğlub edib – 8:0. Dünya və Avropa çempionumuz növbəti görüşdə 2018-ci ildə qitə birinciliyinin finalında məğlub etdiyi Helari Maeqisaluya (Estoniya) tam üstünlüklə (10:0) qalib gəlib və adını yarımfinala yazdırıb.

    M.Məmmədov yarımfinalda Helarini (9:4), E.Əzizli isə Nihatı (9:0) üstələyib. N.Məmmədli 3-cü yer uğrunda görüşdə Maeqisaluya (10:0), Məmmədov isə finalda Əzizliyə (9:1) qalib gəlib.

    Altımış üç kiloqramda A qrupunda qərarlaşan Taleh Məmmədov ilk görüşdə moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuyla bacarmayıb. Məmmədov ikinci turda amerikalı Deyvid Telkeyə tam üstünlüklə qalib gəlib – 10:0. Taleh yarımfinalda rumıniyalı Razvan Arnauta gücünü göstərib – 4:1. Məmmədov finalda yenidən Çiobanuyla qarşılaşıb və bu dəfə revanş alıb – 4:2

    Həsrət Cəfərov (67 kq) təsnifat mərhələsində macar Erik Torbanı vaxtından əvvəl məğlub edib – 8:0. Cəfərov 1/4 finalda isveçli Niklas Oehlenə də aman verməyib – 9:0. Həsrət yarımfinalda 23 yaşadək güləşçilər arasında dünya ikincisi Məhəmməd Cavad Rezaiyə (İran) 8:3 hesabı ilə qalib gələrək adını finala yazdırıb. Həlledici görüşdə türkiyəli Furkan Yıldıza göz açmağa imkan verməyən (9:0) Cəfərov baş mükafata yiyələnib.

    (function () {
    window._ttzi = 170;
    var adv_170_iad = document.createElement(“script”);
    adv_170_iad.src = “https://adviad.com/nativevideo/get_ads.js?=” + (Math.floor(Math.random() * 100000000) + 1);
    adv_170_iad.async = true;
    (document.body || document.head || document.documentElement).appendChild(adv_170_iad);
    adv_170_iad.onload = function () {
    adv_170_iad.parentNode.removeChild(adv_170_iad);
    }
    })();

    İslam Abbasov (87 kq) ilk mərhələdə estoniyalı Ranet Kaljoladan güclü olub – 5:0. Abbasov 1/4 finalda macar İştvan Takaçı yolundan kənarlaşdırıb – 10:4. İslam yarımfinalda dünya ikincisi Aleks Kessidisə (İsveç) qalib gəlib – 2:0. Sumqayıt güləş məktəbinin yetirməsi finalda Macarıstanın digər təmsilçisi Erik Silvaşini sonuncu xal prinsipinə əsasən (1:1) üstələyərək, turnirin qalibi olub.

    Doxsan yeddi kiloqram çəkidə təmsilçilərimiz 1/8 finalda üz-üzə gələcək. Arif Niftullayev cərimə xalları ilə Murat Lokyayevi üstələyib – 2:0. Niftullayev 1/4 finalda macar Aleks Şokeyə 1:3 hesabı ilə uduzub.

    Sabah Şəriəti (130 kq) ilk görüşdə 23 yaşadək güləşçilər arasında son Avropa çempionu Dariuş Attila Vitekə (Macarıstan) heç bir şans tanımayıb – 8:0. Şəriəti 1/4 finalda amerikalı Kolton Şults üzərində də təmiz qələbə qazanıb – 10:0. Bu mərhələdən mübarizəyə qoşulan Beka Kandelaki isə litvalı Romas Fridrikasa qalib gəlib – 4:0. Yarımfinalda təmsilçilərimiz üz-üzə gəlib. Sabah sonuncu xal prinsipinə əsasən (1:1) finala vəsiqə qazanıb. Kandelaki 3-cü yer uğrunda görüşdə Şultsu 4:2 hesabı ilə məğlub edibsə, Şəriəti finalda dəfələrlə dünya və Avropa çempionu olmuş Rza Kayaalpa (0:4) uduzub – 0:4.

    Beləliklə, yunan-Roma güləşçilərimiz yarışın ilk günündə 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

    “Xəbər Xətti”

    Mənbə
    xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    "Lex" "Qarabağ"a qalib gəlir – YENİLƏNİR

    05 İyul 2022

    "Qarabağ"ın oyununda meydana quş daxil olub

    05 İyul 2022

    "Lex" və "Qarabağ"ın start heyətləri açıqlanıb

    05 İyul 2022

    “Qarabağ” klubu futbolçusunu “Zirə”yə icarəyə verdi

    05 İyul 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Bakıda avtomobil motosikletçini vuraraq xəsarət yetirib

    06 İyul 2022

    Tuba Büyüküstünün uşaqlıq fotoları yayıldı – VİDEO

    06 İyul 2022

    Bakıda sevgilisi tərəfindən bıçaqlanan 37 yaşlı qadın xəstəxanada ölüb

    06 İyul 2022

    “KFC” və “Pizza Hut” Rusiyadan gedir

    06 İyul 2022

    Azay Quliyev ATƏT PA-da komitə sədri seçildi

    06 İyul 2022

    Ukrayna Ordusu raketləri havada belə vurur – VİDEO

    06 İyul 2022

    BMT-in avtomobil karvanı minaya düşdü: Ölən və yaralananlar var

    06 İyul 2022

    Tank ballistik raket kimi partladı – VİDEO

    06 İyul 2022

    Bakıda 3 yaşlı uşaq evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb

    06 İyul 2022

    Rusiyada həbs edilən basketbolçu Baydenə məktub göndərdi

    06 İyul 2022

    Çempionlar Liqası: “Qarabağ” məğlub oldu – YENİLƏNİB

    06 İyul 2022

    Fuad Axundov: “Ermənistan milli tarixşünaslığı dəyişdirməli, yalnız tarixi faktlara əsaslanmalıdır”

    06 İyul 2022

    “Qəbələ”nin rəqibi “Fənərbağça”ya böyük hesabla uduzub

    06 İyul 2022

    Azərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaq

    05 İyul 2022

    Bir gündə Bakıda beş taksi qəza törətdi

    05 İyul 2022

    Kritik informasiya təhlükəsizliyi qaydasının pozulmasına görə yeni cərimələr müəyyənləşib

    05 İyul 2022

    Qəlbi sökülmüş İrəvan – VİDEO

    05 İyul 2022

    Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin fasiləsiz monitorinqi aparılacaq

    05 İyul 2022

    Çempionlar Liqası: “Lex” – “Qarabağ” matçında hesab açılıb – YENİLƏNİB

    05 İyul 2022

    AMEA: “İqlimin Günəş aktivliyindən asılılığı Xəzərin səviyyəsinə böyük təsir göstərir”

    05 İyul 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.