Xəbər Xətti

    Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

    04 İyul 2022

    Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

    04 İyul 2022

    Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

    04 İyul 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

      04 İyul 2022

      Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

      04 İyul 2022

      Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

      04 İyul 2022

      Güləşçilərimizdən 1 qızıl , 1 bürünc medal

      04 İyul 2022

      Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

      04 İyul 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Siyasət»Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
    Siyasət

    Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

    23 İyun 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır.

    “Xəbər Xətti” xəbər verir ki, dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

    Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.

    Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.

    Müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib və yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir.

    Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikliklə çox mükəmməl bir hüquqi akt yaradılıb.

    Ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş surətdə və müəyyənləşdirilmiş proqramlara uyğun aparılır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır. Bu plan əsasında müvafiq dövlət qurumları tərəfindən dövlət orqanlarının kateqoriya və iyerarxiyasının müəyyən edilməsi, bu orqanların struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması, kadr qurumlarının işçilərin sayına mütənasib olaraq təşkili, bu qurumların nümunəvi əsasnaməsinin hazırlanması, dövlət qulluqçularının peşəkar inkişafı və təhsili, onların məlumat bazalarının və reyestrinin yaradılması, dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxslərin əməkdaşlarının, statusunun müəyyən edilməsi və digər məsələlər öz həllini tapır və tapacaq. Müvafiq sənəddə bu sahədə hər bir dövlət qurumunun vəzifələri konkret müəyyənləşdirilərək lazımi tapşırıqlar verilib.

    Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır. Bu cəhətdən “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli Fərmanını qeyd etmək lazımdır. Bu sənəd dövlət qulluqçularının hüquqlarının qorunmasında və məsuliyyətinin artırılmasında mühüm rol oynayır. Bu nümunədə tərəflər haqqında məlumat, əmək müqaviləsinin müddətləri, dövlət qulluqçusunun əmək funksiyaları, qulluq şəraitinə, dövlət məvacibinə, əməyin mühafizəsinə, iş və istirahət vaxtına, məzuniyyətə, bədən tərbiyəsi və idmana dair şərtlər, birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti, sosial müdafiə məsələləri, mülkiyyət münasibətlərinin tənzimlənməsi, əmək müqaviləsində dəyişiklik edilməsi və ona xitam verilməsi barədə müddəalar var.

    Azərbaycanda dövlət qulluqçularının daha səmərəli fəaliyyət göstərməsini və onlara tapşırılan mürəkkəb vəzifələrin daha yaxşı yerinə yetirilməsini təmin etmək üçün bu kateqoriyadan olan insanların sosial müdafiəsinin yaxşılaşdırılması da ölkə Prezidentinin daim diqqət göstərdiyi məsələlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il iyunun 18-də imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqqının 250 manata çatdırılması, demək olar ki, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılması hamını, o cümlədən dövlət qulluğunda çalışan insanları son dərəcə sevindirib və təbiidir ki, daha yaxşı çalışmağa ruhlandırıb.

    Azərbaycanda dövlət qulluqçuları ölkənin məşğul əhalisinin çox cüzi hissəsini təşkil edir. Bu rəqəm digər ölkələrlə müqayisədə xeyli azdır. Odur ki, bu sahədə çalışanların hazırlıq səviyyəsinin və iş keyfiyyətlərinin yüksək olması çox vacibdir. Yalnız yüksək peşəkarlıqla, dərin biliklə, yaradıcı düşüncə tərzi ilə, ən başlıcası Vətənə, xalqa, dövlətə sədaqət hissi ilə bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək mümkündür.

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Ceyhun Bayramov İrana səfər edəcək

    03 İyul 2022

    Son 15 ildə Xəzərin səviyyəsi təxminən metr yarım azalıb – RƏSMİ

    03 İyul 2022

    Bayramqabağı mal bazarında vəziyyət – VİDEO

    03 İyul 2022

    “Caliber” Azərbaycan və Özbəkistan arasındakı hərbi əməkdaşlığın perspektivləri barədə – VİDEO

    03 İyul 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

    04 İyul 2022

    Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

    04 İyul 2022

    Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

    04 İyul 2022

    Güləşçilərimizdən 1 qızıl , 1 bürünc medal

    04 İyul 2022

    Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

    04 İyul 2022

    Piyadanın üzərindən 2 avtomobil keçdi

    04 İyul 2022

    Moskvada ən hündür göydələnlərdən biri yanıb – VİDEO

    04 İyul 2022

    Ukrayna ordusuna hər ay 4 milyarddan çox pul xərclənir – Baş nazir

    04 İyul 2022

    72 yaşlı aktrisa yeniyetmə qız rolunu canlandırıb

    04 İyul 2022

    Bayden jurnalistin sulına cavab verə bilmədi

    03 İyul 2022

    Nazirlər yarışdı – FOTOLAR

    03 İyul 2022

    ÜST: “Meymunçiçəyinə yoluxanların sayı üç dəfə artıb”

    03 İyul 2022

    Türkiyə Ukrayna taxılını daşıyan Rusiya gəmisini saxladı

    03 İyul 2022

    İran silkələndi

    03 İyul 2022

    Aİ Ukraynaya yarım trilyon avrodan çox yardım ayıra bilər – KİV

    03 İyul 2022

    Qazi 14 ay sonra evinə döndü

    03 İyul 2022

    “Bakmil”ə gedənlərin nəzərinə!

    03 İyul 2022

    Bakıda otluq və qamışlıq ərazi yanır

    03 İyul 2022

    Bakıda 37 yaşlı qadın tanışı tərəfindən bıçaqlanıb

    03 İyul 2022

    Ceyhun Bayramov İrana səfər edəcək

    03 İyul 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.