Xəbər Xətti

    Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

    04 İyul 2022

    Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

    04 İyul 2022

    Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

    04 İyul 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

      04 İyul 2022

      Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

      04 İyul 2022

      Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

      04 İyul 2022

      Güləşçilərimizdən 1 qızıl , 1 bürünc medal

      04 İyul 2022

      Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

      04 İyul 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Cəmiyyət»Yunanıstan Bodrum yaxınlığındakı Keçi adasında beynəlxalq hüquqa zidd olaraq əsgərlər yerləşdirib
    Cəmiyyət

    Yunanıstan Bodrum yaxınlığındakı Keçi adasında beynəlxalq hüquqa zidd olaraq əsgərlər yerləşdirib

    22 İyun 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Yunanıstan Bodrum yarımadasının səkkiz kilometr cənub-qərbində yerləşən Keçi adasında (Pserimos) beynəlxalq hüquqa zidd olaraq əsgərlər yerləşdirib və silahlandırma aparıb.

    Bununla bağlı görüntülər Anadolu Agentliyi (AA) tərəfindən lentə alınıb.

    Egey dənizində Oniki Adalar kimi tanınan Batnoz, Lipsi, İleriye, Kelemez, Kos, İncirli, İstanbulya, İləki, Herke, Kerpe, Çoban, Sömbeki, Rodos və Meisin də olduğu bölgədə statusu müəyyən olunmayan bəzi qayalıq ərazilər və adalar var. Bunlardan biri olan Keçi adası Bodrumun Turqutreis səmtinə ən yaxın adadır.

    Beynəlxalq hüquqa görə, məskunlaşma üçün bağlı olan və hərbiləşdirilmənin qadağan edildiyi adalar arasında olan Keçi adası ötən günlərdə Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin səfəri ilə gündəmə gəlib.

    Yunan mediasında geniş yer alan bu səfərdə Miçotakis sosial media hesabında adada çəkilmiş Yunanıstan bayrağını “Egenin mavisi bayrağın mavisi ilə birləşir” başlığı ilə paylaşıb.

    Keçi adasında yaxından keçən qayıqdan, yaxtalardan və gəmilərdən də rahat görünən helikopter meydançası, ardınca yolu kəsən beton maneə, bir-birinə bənzər dörd ədəd modul tipli obyekt, mühafizə və müşahidə qüllələri, ötürücülər, su çənləri və Günəş enerjisi sistemləri müşahidə olunur.

    Adada tikinti aparılan ərazidə, xəndək və ya sığınacaqları xatırladan daş konstruksiyaların ətrafında kamuflyaj geyimdə yunan əsgərlər var. Bəzi əsgərlərin tikililər qarşısında dincəldikləri görünsə də, patrul və növbətçi əsgərlər də diqqət çəkir.

    Peykdən çəkilən fotoşəkillər göstərir ki, adanın arxasındakı sahildə başqa bir helikopter meydançası var. Bu əraziyə enən yolun da dəmir çarpaz maneələrlə bağlanması fotoşəkillərdə öz əksini tapıb.

    Beynəlxalq müqavilələrə əsasən, Oniki Adaların hüquqi statusundan çıxarılan və məskunlaşmaya bağlı, silahsız qalmalı olan Keçi adasında çəkilmiş Yunanıstan bayrağı da diqqət çəkir. Bayrağın hər iki tərəfində kamuflyajlı səngərlərdə artilleriya batareyaları asanlıqla görünür.

    Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin iyunun 3-də İstanköy və İstanbulya adalarında keçirilən proqramlara qatılması, Keçi adasına gedərək oradakı polis bölməsi, sağlamlıq mərkəzi və sahil mühafizə idarəsinə baş çəkməsi xəbərləri yunan mətbuatında dərc olunmuşdu.

    Terror və təhlükəsizlik üzrə mütəxəssis, Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin keçmiş rəisi, istefada olan qərargah polkovniki Gürsel Tokmakoğlu bölgədən çəkilən görüntülərə münasibət bildirib.

    Keçi adasının əsas quru sahədən uzaqlığına görə Lozanna müqaviləsinin 12-ci maddəsinə əsasən, Türkiyəyə aid olduğunu bildirən Tokmakoğlu qeyd edib ki, yunanlar adanı mənimsəyiblər.

    “Adamızı mənimsəyiblər. Beynəlxalq hüquqa görə, bu bayraq cinayətdir. “Bayrağı buradan yığışdırın, yoxsa biz nə lazımdırsa, edəcəyik” demək gərəkdir. Bu, çox ciddi bir məsələdir. Burada Lozanna müqaviləsinin suverenlik hüququna dair bəndlərinin pozulduğu görünür. Bu bayraq hər şeyi deyir”, – deyə Tokmakoğlu vurğulayıb.

    Mənbə: Haber Global

    Mənbə
    xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

    04 İyul 2022

    Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

    04 İyul 2022

    Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

    04 İyul 2022

    Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

    04 İyul 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

    04 İyul 2022

    Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

    04 İyul 2022

    Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

    04 İyul 2022

    Güləşçilərimizdən 1 qızıl , 1 bürünc medal

    04 İyul 2022

    Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

    04 İyul 2022

    Piyadanın üzərindən 2 avtomobil keçdi

    04 İyul 2022

    Moskvada ən hündür göydələnlərdən biri yanıb – VİDEO

    04 İyul 2022

    Ukrayna ordusuna hər ay 4 milyarddan çox pul xərclənir – Baş nazir

    04 İyul 2022

    72 yaşlı aktrisa yeniyetmə qız rolunu canlandırıb

    04 İyul 2022

    Bayden jurnalistin sulına cavab verə bilmədi

    03 İyul 2022

    Nazirlər yarışdı – FOTOLAR

    03 İyul 2022

    ÜST: “Meymunçiçəyinə yoluxanların sayı üç dəfə artıb”

    03 İyul 2022

    Türkiyə Ukrayna taxılını daşıyan Rusiya gəmisini saxladı

    03 İyul 2022

    İran silkələndi

    03 İyul 2022

    Aİ Ukraynaya yarım trilyon avrodan çox yardım ayıra bilər – KİV

    03 İyul 2022

    Qazi 14 ay sonra evinə döndü

    03 İyul 2022

    “Bakmil”ə gedənlərin nəzərinə!

    03 İyul 2022

    Bakıda otluq və qamışlıq ərazi yanır

    03 İyul 2022

    Bakıda 37 yaşlı qadın tanışı tərəfindən bıçaqlanıb

    03 İyul 2022

    Ceyhun Bayramov İrana səfər edəcək

    03 İyul 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.