Xəbər Xətti

    Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

    04 İyul 2022

    Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

    04 İyul 2022

    Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

    04 İyul 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

      04 İyul 2022

      Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

      04 İyul 2022

      Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

      04 İyul 2022

      Güləşçilərimizdən 1 qızıl , 1 bürünc medal

      04 İyul 2022

      Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

      04 İyul 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Cəmiyyət»Ramin Hacılı məhkəmədə qalmaqal salıb, zaldan çıxarılıb
    Cəmiyyət

    Ramin Hacılı məhkəmədə qalmaqal salıb, zaldan çıxarılıb

    22 İyun 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmənin baxış iclası davam etdirilib.

    “xeberxetti.com” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs bir neçə vəsatət qaldırıb.

    O, vəsatətində heç bir mütəşəkkil cinayətkar dəstə yaratmadığını bildirib: “Cinayət işi yenidən ibtidai istintaqa qaytarılmalıdır”.

    R.Hacılının vəkili Rəşad Əliyev müvəkilinin vəsatətini müdafiə etdiyini söyləyib.

    Prokuror isə vəsatəti əsassız hesab edib.

    R.Hacılı ikinci vəsatətində barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

    Müşavirədən sonra məhkəmə vəsatəti təmin etməyib.

    Daha sonra zərəçəkmiş Azər Əliyev ifadə verib. O deyib ki, R.Hacılı Şengen vizası almaq adı ilə ona 22 min manat zərər vurub.

    Təqsirləndirilən şəxs A.Əliyevin ifadəsinə münasibət bildirib. O qeyd edib ki, zərərçəkmişə Şengen vizası alandan sonra həbs olunub.

    Bu zaman R.Hacılı məhkəmədə əsəbiləşərək şüşə qəfəsə yumruq vurub. Daha sorna o, məhkəmə zalından çıxarılıb.

    Proses təqsirləndirilən şəxsin iştirakı olmadan davam etdirilib.

    R.Hacılının vəkili R.Əliyev iclası təqsirləndirilən şəxsin iştirakı olmadan keçirilməsinə etiraz edib. Hakim isə vəkilə xəbərdarlıq edib.

    Məhkəmədə ifadə verən digər zərərçəkmiş Pənah Hüseynli söyləyib ki, 2016-cı ilin yay aylarında ABŞ-a təhsil vizası üçün R.Hacılıya müraciət edib. O, bunun üçün təqsirləndiirlən şəxsə 800 dollar verdiyini deyib: “Ora gedə bilmədiyim üçün Ramin həmin məbləği mənə geri qaytardı”.

    Məhkəmənin növbəti iclası iyunun 27-nə təyin edilib.

    Qeyd edək ki, Azərbaycan Avropa Hərəkatının və “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət edən şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

    Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

    Xatırladaq ki, digər şəxslərin cinayət işi ayrıca icraata götürülüb.


    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

    04 İyul 2022

    Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

    04 İyul 2022

    Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

    04 İyul 2022

    Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

    04 İyul 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

    04 İyul 2022

    Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

    04 İyul 2022

    Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

    04 İyul 2022

    Güləşçilərimizdən 1 qızıl , 1 bürünc medal

    04 İyul 2022

    Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

    04 İyul 2022

    Piyadanın üzərindən 2 avtomobil keçdi

    04 İyul 2022

    Moskvada ən hündür göydələnlərdən biri yanıb – VİDEO

    04 İyul 2022

    Ukrayna ordusuna hər ay 4 milyarddan çox pul xərclənir – Baş nazir

    04 İyul 2022

    72 yaşlı aktrisa yeniyetmə qız rolunu canlandırıb

    04 İyul 2022

    Bayden jurnalistin sulına cavab verə bilmədi

    03 İyul 2022

    Nazirlər yarışdı – FOTOLAR

    03 İyul 2022

    ÜST: “Meymunçiçəyinə yoluxanların sayı üç dəfə artıb”

    03 İyul 2022

    Türkiyə Ukrayna taxılını daşıyan Rusiya gəmisini saxladı

    03 İyul 2022

    İran silkələndi

    03 İyul 2022

    Aİ Ukraynaya yarım trilyon avrodan çox yardım ayıra bilər – KİV

    03 İyul 2022

    Qazi 14 ay sonra evinə döndü

    03 İyul 2022

    “Bakmil”ə gedənlərin nəzərinə!

    03 İyul 2022

    Bakıda otluq və qamışlıq ərazi yanır

    03 İyul 2022

    Bakıda 37 yaşlı qadın tanışı tərəfindən bıçaqlanıb

    03 İyul 2022

    Ceyhun Bayramov İrana səfər edəcək

    03 İyul 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.