Xəbər Xətti

    Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

    04 İyul 2022

    Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

    04 İyul 2022

    Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

    04 İyul 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

      04 İyul 2022

      Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

      04 İyul 2022

      Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

      04 İyul 2022

      Güləşçilərimizdən 1 qızıl , 1 bürünc medal

      04 İyul 2022

      Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

      04 İyul 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Ordan-Burdan»“Azərbaycanlı olduğum üçün fəxr edirəm” – Azərbaycan əsilli fransalı boksçu
    Ordan-Burdan

    “Azərbaycanlı olduğum üçün fəxr edirəm” – Azərbaycan əsilli fransalı boksçu

    22 İyun 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Azərbaycan əsilli fransalı boksçu, hazırda Bakıda səfərdə olan Murad Əliyevin Komanda.az saytına istinadən  müsahibəsini təqdim edirik:– Murad bəy, əvvəlcə bura gəliş səbəbinizdən danışaq. Sadəcə istirahət üçün gəlmisiz, yoxsa başqa planlarınız var?– Sadəcə istirahət üçün gəlmişəm. Hələ ki, başqa planım yoxdur.– Sonuncu dəfə nə vaxt gəlmişdiz Azərbaycana? Hansı dəyişikliklər diqqətinizi çəkdi?– İlk dəfə Azərbaycana 2017-ci ildə gəlmişdim. Bu, ikinci səfərimdir. Pandemiya səbəbindən, eyni zamanda, olimpiadalar və yarışlarım olduğu üçün gələ bilmirdim. Lakin bura mənim vətənimdir, tez-tez səfərlər edəcəm.– Aradan 5 il keçib. Hansı dəyişikliklər diqqətinizi çəkdi?– Yaxşı mənada Azərbaycanda çox şeylər dəyişib. Daha da müasirləşib. Həyat çox dəyişib. Fransa ilə demək olar ki, fərq yoxdur. Hətta burada bəzi şeylər daha yüksək səviyyədədir.– Azərbaycanlı olsaz da, Fransa vətəndaşlığını seçmisiz. Azərbaycan vətəndaşlığı almaq istəyərsizmi?– Əlbəttə ki, istəyərəm. Amma Azərbaycan ikili vətəndaşlıq qəbul etmir, bu səbəbdən, məcburam Fransa vətəndaşlığını götürməyə. Bütün həyatım oradadır. Eyni zamanda, millinin heyətində olmaq, olimpiadalarda iştirak etmək üçün Fransa vətəndaşlığı vacibdir.– Hazırda Fransa millisinin heyətindəsiz. Gələcəklə bağlı nə kimi planlarınız var?– Bəli, hazırda Fransa millisindəyəm, peşəkar boksçuyam. Olimpiadalar artıq bitdi. Hədəfim dünya çempionatıdır. İnşallah, dünya çempionu olub, ailəmi, dostlarımı sevindirmək istəyirəm.– Azərbaycan millisində çıxış etmək istəyərsizmi?– Əlbəttə, istəyərdim. Ancaq indi bu, mümkün deyil. Hər kəs bilir ki, Fransada bir azərbaycanlı boksçu var. Harada yaşayıb, hansı ölkəni təmsil etməyimdən asılı olmayaraq, hər yerdə deyirəm ki, mən azərbaycanlıyam.– Bu günə qədər Azərbaycandan təklif almısız?– Bəli, təkliflər gəlib. Lakin bütün həyatımı Fransada qurmuşam. Gəlib burada tək yaşaya bilmərəm. Ailəm də Fransadadır. Yəni müəyyən səbəblərə görə Azərbaycandan gələn təklifləri qəbul edə bilmirəm.– İştirakçısı olduğunuz Tokio-2020-də insident yaşanmışdı. Böyük Britaniya təmsilçisi ilə döyüşdən sonra rinqi tərk etmək istəməmişdiz. Orada nə baş vermişdi?– Belə izah edim, yarış zamanı birinci raundun qalibi mən oldum. İkinci raundun bitməsinə 10 saniyə qalmış hakim məni dayandırdı və dedi ki, sən rəqibinə kəllə vurdun. Mən yanlışlığa yol verdiyim halda hakim üç dəfə xəbərdalıq edib, sonra diskvalifikasiya etməlidir. Lakin hakim mənə xəbərdarlıq etmədən diskvalifikasiya etdi. Mən də əsəbiləşdim və öz haqqımı tələb etdim. Rəsmilər gəldi. 45 dəqiqə gözlədim, yenidən yarışın videolarını izlədilər və gördülər ki, mən haqlıyam. Bu hadisədən sonra mənə dəstək verdilər. Hələ də mesajlar gəlir ki, sən haqlı idin.– Sizcə, Azərbaycanda ən güclü boksçu kimdir?– Azərbaycanın ən yaxşı boksçusu…. (düşünür) Özüm (gülür).– Bəs Azərbaycan vətəndaşlığı olanlardan?– Nə yalan deyim, tanımıram…– Fransada boksa münasibət necədir?– Münasibət yaxşıdır. Amma bir məsələ var, Fransada yalnız həqiqətən çempion olsan, səni tanımağa başlayırlar, fikir verirlər. Çox önə çıxmaq lazımdır ki, tanınasan. Düşünürəm ki, mən də tanınmağı bacarmışam.– Hansı hobbiləriniz var?– Mən incəsənəti çox sevirəm. Məsələn, vaxt tapdıqca sərgilərə, muzeylərə gedirəm. Eyni zamanda, təbiətlə iç-içə olmağı sevirəm. Vaxt tapdıqca isə ailəmlə, dostlarımla oluram.– Boksdan başqa, hansı idman növlərinə marağınız var? Futbola baxırsız?– Futbolla çox aram yoxdur. Yalnız maraqlı, diqqətçəkən oyunlar olanda baxıram. Ən sevdiyim oyunçu Kriştiano Ronaldodur (gülür).– Azərbaycanda futbol klublarından hansıları tanıyırsız?– Azərbaycan futboluna baxmıram. Tanıdığım klublar “Neftçi” ilə “Qarabağ”dır. “Qarabağ” həmişə Avropa Liqası, Çempionlar Liqasına çıxır, adını eşidirəm, böyük fəxrdir.– Əlavə etmək istədiyiniz nə isə varmı?– Hər zaman mənim yanımda olan, dostum, menecerim, ən böyük dəstəkçim Anar Axundzadəyə təşəkkür etmək istəyirəm. Yaxşı ki, bu yolu mənimlə gedir.

    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Qəzada ölən polis 3 uşaq atası imiş

    04 İyul 2022

    Cüdo məşqçisi qəza nəticəsində ÖLÜB

    04 İyul 2022

    Şuşada türkdilli dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir

    04 İyul 2022

    “Yargı”da daha bir ayrılıq – FOTO

    03 İyul 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

    04 İyul 2022

    Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

    04 İyul 2022

    Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

    04 İyul 2022

    Güləşçilərimizdən 1 qızıl , 1 bürünc medal

    04 İyul 2022

    Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

    04 İyul 2022

    Piyadanın üzərindən 2 avtomobil keçdi

    04 İyul 2022

    Moskvada ən hündür göydələnlərdən biri yanıb – VİDEO

    04 İyul 2022

    Ukrayna ordusuna hər ay 4 milyarddan çox pul xərclənir – Baş nazir

    04 İyul 2022

    72 yaşlı aktrisa yeniyetmə qız rolunu canlandırıb

    04 İyul 2022

    Bayden jurnalistin sulına cavab verə bilmədi

    03 İyul 2022

    Nazirlər yarışdı – FOTOLAR

    03 İyul 2022

    ÜST: “Meymunçiçəyinə yoluxanların sayı üç dəfə artıb”

    03 İyul 2022

    Türkiyə Ukrayna taxılını daşıyan Rusiya gəmisini saxladı

    03 İyul 2022

    İran silkələndi

    03 İyul 2022

    Aİ Ukraynaya yarım trilyon avrodan çox yardım ayıra bilər – KİV

    03 İyul 2022

    Qazi 14 ay sonra evinə döndü

    03 İyul 2022

    “Bakmil”ə gedənlərin nəzərinə!

    03 İyul 2022

    Bakıda otluq və qamışlıq ərazi yanır

    03 İyul 2022

    Bakıda 37 yaşlı qadın tanışı tərəfindən bıçaqlanıb

    03 İyul 2022

    Ceyhun Bayramov İrana səfər edəcək

    03 İyul 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.