“Gürcüstan milli maraqları və təhlükəsizlik çağırışları səbəbindən Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edə bilməz”.
“Xəbər Xətti” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Qaribaşvili Qətərdə iqtisadi forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməkdən imtina edən yeganə ölkə deyil:
“Mən hökumət başçısı olaraq xalqın təhlükəsizliyi barədə düşünməliyəm. Sözsüz ki, siyasi cəhətdən biz beynəlxalq ictimaiyyətin yanındayıq. Biz amerikalı, avropalı tərəfdaşlarımızla tam koordinasiyadayıq. Buna görə də, bu bizim mövqeyimizdir”.
Mənbə
Xeberxetti.com