Xəbər Xətti

    Yevlaxda TENDER OYUNBAZLIĞI… – 8 gün əvvəl yaranan şirkət qalib oldu

    05 İyul 2022

    Sabahın hava proqnozu açıqlanıb

    05 İyul 2022

    Sərhədi pozan İran vətəndaşları saxlanılıb

    05 İyul 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Yevlaxda TENDER OYUNBAZLIĞI… – 8 gün əvvəl yaranan şirkət qalib oldu

      05 İyul 2022

      Sabahın hava proqnozu açıqlanıb

      05 İyul 2022

      Sərhədi pozan İran vətəndaşları saxlanılıb

      05 İyul 2022

      Qazaxıstanda bütün “McDonald’s” restoranları bağlandı

      05 İyul 2022

      Xəzər dənizinin öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin yaradılması təklif edilir

      05 İyul 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Fakt»Buraxılış imtahanlarının nəticələri açıqlanıb
    Fakt

    Buraxılış imtahanlarının nəticələri açıqlanıb

    27 May 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 30 aprel və 1 may 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
    Xeberxetti.com Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( https://eservices.dim.gov.az/2022/netorta/ ) daxil olaraq iş nömrəsi (şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər. Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub. Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Bu imtahanlarda iştirakı nəzərdə tutulan 44142 nəfərdən 520 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 3 nəfərin nəticəsi ləğv olunub. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 2 iyun tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 30 may saat 10:00-dan 1 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq. Xeberxetti.com Teqlər:

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Sərhədi pozan İran vətəndaşları saxlanılıb

    05 İyul 2022

    İrəvanda aksiya: “Bizi unutdurur, “qaçqın” statusu vermək istəmirlər”

    05 İyul 2022

    Yeddi il əvvəl ölən adam “radara düşdü” – VİDEO

    05 İyul 2022

    Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlandı

    05 İyul 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Sabahın hava proqnozu açıqlanıb

    05 İyul 2022

    Sərhədi pozan İran vətəndaşları saxlanılıb

    05 İyul 2022

    Xəzər dənizinin öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin yaradılması təklif edilir

    05 İyul 2022

    Azərbaycanda ilk dəfə yaranan milli parklar: Bu gün giriş pulsuzdur

    05 İyul 2022

    İrəvanda aksiya: “Bizi unutdurur, “qaçqın” statusu vermək istəmirlər”

    05 İyul 2022

    İşğaldan azad edilmiş kənddə yanğın olub

    05 İyul 2022

    Əli Həsənova bağlı olan daha iki şirkət ləğv olunur

    05 İyul 2022

    Baş Prokurorluq: “161-Qaynar xətt” mərkəzi ödənişsizdir”

    05 İyul 2022

    Zaqatalada itən turistlə bağlı YENİ FAKT: bundan əvvəl də yoxa çıxıbmış…

    05 İyul 2022

    Yeddi il əvvəl ölən adam “radara düşdü” – VİDEO

    05 İyul 2022

    Dünənki qəzalarda 5 nəfər ölüb

    05 İyul 2022

    Ukraynada raket zərbələri nəticəsində azərbaycanlı ailə həlak olub

    05 İyul 2022

    İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlandı

    05 İyul 2022

    Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlandı

    05 İyul 2022

    Bakıda stilisti öldürən HAKİM QARŞISINDA

    05 İyul 2022

    Ağcabədi sakini tüfənglə atı vuraraq öldürüb

    05 İyul 2022

    Bakıda İrəvanla bağlı kitabın təqdimatı keçirilir

    05 İyul 2022

    Nazir: “Xəzər regionunda həll olunmamış ekoloji problemlər bir sıra çətinliklər yaradır”

    05 İyul 2022

    Rövşən Nəcəf Özbəkistanda Heydər Əliyevin abidəsini ziyarət edib – FOTO

    05 İyul 2022

    Azərbaycan neftinin qiyməti 128 dolları ötdü

    05 İyul 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.