Bakıda sərnişin avtobuslarında cibgirlik edən şəxs saxlanılıb. DİN-in mətbuat xidməti xəbər verir ki, cibgirlik cinayətləri edən əvvəllər məhkum olunmuş Qurban Mehtiyev tutulub. Araşdırma zamanı onun müxtəlif avtobuslarda 4 nəfərin pul kisəsini, mobil telefonlarını və digər qiymətli əşyalarını oğurladığı məlum olub.Qurban Mehtiyev ifadəsində etdiyi cinayətləri etiraf edib.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Mənbə
Xeberxetti.com