Xəbər Xətti

    İrəvanda aksiya: “Bizi unutdurur, “qaçqın” statusu vermək istəmirlər”

    05 İyul 2022

    İşğaldan azad edilmiş kənddə yanğın olub

    05 İyul 2022

    Əli Həsənova bağlı olan daha iki şirkət ləğv olunur

    05 İyul 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      İrəvanda aksiya: “Bizi unutdurur, “qaçqın” statusu vermək istəmirlər”

      05 İyul 2022

      İşğaldan azad edilmiş kənddə yanğın olub

      05 İyul 2022

      Əli Həsənova bağlı olan daha iki şirkət ləğv olunur

      05 İyul 2022

      Ceyhun Bayramov Tehranda: Azərbaycan-İran-Türkiyə münasibətlərində yeni era

      05 İyul 2022

      Bakı-Quba yolundan istifadə edənlərin NƏZƏRİNƏ – Sədlər sökülür…

      05 İyul 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Siyasət»Xarici dövlətlərin hərbi attaşeləri Naxçıvandadır – FOTO
    Siyasət

    Xarici dövlətlərin hərbi attaşeləri Naxçıvandadır – FOTO

    24 May 2022Updated:25 May 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri və onların ailə üzvlərinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib.

    “Xəbər Xətti” xəbər verir ki, qonaqlar səfər çərçivəsində qonaqlar Heydər Əliyev Muzeyində, Heydər Əliyev adına Hərbi Liseydə və bir sıra hərbi obyektlərdə olublar.

    Əvvəlcə qonaqlar Heydər Əliyev muzeyini ziyarət ediblər. Məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb. Buradakı eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından və digər eksponatlardan ibarətdir.

    Sonra Heydər Əliyev adına Hərbi Liseydə olan qonaqlara məlumat verilib ki, 1998-ci ildə 56 kursantla fəaliyyətə başlayan liseydə bu gün ölkəmizin müxtəlif bölgələrindən yüzlərlə gənc hərbi təhsil alır. Nümunəvi hərbi tədris sisteminə və möhkəm maddi-texniki bazaya malik olan hərbi lisey silahlı qüvvələrin peşəkar hərbi kadrlarla təminatında önəmli rol oynayır. Liseyin məzunları Vətən müharibəsində peşəkarlığı və qəhrəmanlığı ilə qələbədə böyük paya sahib olublar. Liseydə kursantların təhsili, yaşayışı və asudə vaxtlarının səmərəli təşkili təmin edilib, gündəlik mətbuatı izləmək, şahmat və digər idman növləri ilə məşğul olmaq imkanı yaradılıb. Burada kursantların sağlamlığı, fiziki hazırlığı və qidalanması da diqqət mərkəzindədir. Müasir avadanlıqlarla təchiz olunan tibb məntəqəsi, idman zalı, futbol meydançası, açıq və qapalı idman qurğuları və digər obyektlər kursantların istifadəsinə verilib.

    Qonaqlar kursantların sosial məişət şəraiti, yataqxana və tədris otaqları ilə tanış olublar.

    Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun müxtəlif bölmələrində olub, qərargah və digər binaların imkanları ilə tanış olublar. Təlim-Tədris Mərkəzində qonaqlara məlumat verilib ki, binada, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər sinif otaqları, tədbir zalı fəaliyyət göstərir. Hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması üçün lazımi şərait yaradılıb, kompüterlər quraşdırılıb, əyani vəsaitlər və məlumat stendləri qoyulub. Trenajor zalında tank, artilleriya və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə trenajorlar quraşdırılıb. Trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması öyrədilir.

    Sonra qonaqlar hərbi hissədə əsgəri məişət kompleksləri, həmçinin döyüş texnika parkı və döyüş texnikaları ilə tanış olublar.

    Səfər davam edir.

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Əli Həsənova bağlı olan daha iki şirkət ləğv olunur

    05 İyul 2022

    Bakı-Quba yolundan istifadə edənlərin NƏZƏRİNƏ – Sədlər sökülür…

    05 İyul 2022

    Zaqatalada itən turistlə bağlı YENİ FAKT: bundan əvvəl də yoxa çıxıbmış…

    05 İyul 2022

    Azərbaycanda İrəvandakı Göy məscidlə bağlı araşdırma aparılıb

    05 İyul 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    İrəvanda aksiya: “Bizi unutdurur, “qaçqın” statusu vermək istəmirlər”

    05 İyul 2022

    İşğaldan azad edilmiş kənddə yanğın olub

    05 İyul 2022

    Əli Həsənova bağlı olan daha iki şirkət ləğv olunur

    05 İyul 2022

    Baş Prokurorluq: “161-Qaynar xətt” mərkəzi ödənişsizdir”

    05 İyul 2022

    Zaqatalada itən turistlə bağlı YENİ FAKT: bundan əvvəl də yoxa çıxıbmış…

    05 İyul 2022

    Yeddi il əvvəl ölən adam “radara düşdü” – VİDEO

    05 İyul 2022

    Dünənki qəzalarda 5 nəfər ölüb

    05 İyul 2022

    Ukraynada raket zərbələri nəticəsində azərbaycanlı ailə həlak olub

    05 İyul 2022

    İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlandı

    05 İyul 2022

    Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlandı

    05 İyul 2022

    Bakıda stilisti öldürən HAKİM QARŞISINDA

    05 İyul 2022

    Ağcabədi sakini tüfənglə atı vuraraq öldürüb

    05 İyul 2022

    Bakıda İrəvanla bağlı kitabın təqdimatı keçirilir

    05 İyul 2022

    Nazir: “Xəzər regionunda həll olunmamış ekoloji problemlər bir sıra çətinliklər yaradır”

    05 İyul 2022

    Azərbaycan neftinin qiyməti 128 dolları ötdü

    05 İyul 2022

    Baş Prokurorluq: “”161-Qaynar xətt” mərkəzi ödənişsizdir”

    05 İyul 2022

    SN: “Azərbaycanda meymunçiçəyinin diaqnostikası üçün bütün imkanlar mövcuddur”

    05 İyul 2022

    “Qərb Ukrayna haqqında obyektiv məlumat verən medianın işini əngəlləyir”

    05 İyul 2022

    Akademik: “Xəzərdə suyun azalması davam etsə, Aral dənizinin aqibəti ilə rastlaşa bilər”

    05 İyul 2022

    Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçirilir

    05 İyul 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.