Turnir cədvəlinin lideri “Milan” 38-ci turda “Sassuolo”nun qonağı olub. “Qırmızı-qaralar” bu görüşdə 3:0 hesabı ilə qalib gəlməklə 86 xalla çempion adını qazanıb. “İnter” isə son turda “Sampdoriya”nı 3 cavabsız qolla məğlub edib və 84 xalla mövsmü 2-ci pillədə başa vurub. Beləliklə, “Milan” 11 illik fasilədən sonra yenidən çempion olub. Komanda sonuncu dəfə 2010-2011 mövsümündə qızıl medalları əldə etmişdi. Bu, “Milan”ın ümumilikdə 19-cu çempionluğudur. Qeyd edək ki, 3-cü pillədə 79 xalla “Napoli” qərarlaşıb. 22 may 20:00. “İnter” – “Sampdoriya” – 3:0 Qollar: Perişiç, 49, Korrea, 55, 57 20:00. “Sassuolo” – “Milan” – 0:3 Qollar: Jiru, 17, 32, Kessie, 36 Xeberxetti.com
Teqlər: