Xəbər Xətti

    Paşinyan bu görüntülərinə görə məsxərəyə qoyuldu – VİDEO

    05 İyul 2022

    UNESKO Ukraynaya missiya göndərəcək

    05 İyul 2022

    Mədə xəstəliklərinin əsas səbəbləri açıqlanıb

    05 İyul 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Paşinyan bu görüntülərinə görə məsxərəyə qoyuldu – VİDEO

      05 İyul 2022

      UNESKO Ukraynaya missiya göndərəcək

      05 İyul 2022

      Mədə xəstəliklərinin əsas səbəbləri açıqlanıb

      05 İyul 2022

      Yevlaxda TENDER OYUNBAZLIĞI… – 8 gün əvvəl yaranan şirkət qalib oldu

      05 İyul 2022

      Vilayət Eyvazovdan yeni təyinat

      05 İyul 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Fakt»Qəbul imtahanı keçirildi, 6 nəfərdə telefon aşkarlandı – YENİLƏNİB
    Fakt

    Qəbul imtahanı keçirildi, 6 nəfərdə telefon aşkarlandı – YENİLƏNİB

    21 May 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
    Bu barədə Xeberxetti.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahan keçirilən şəhər və rayonlarda 91 imtahan binası, 1607 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 91 ümumi imtahan rəhbəri, 264 imtahan rəhbəri, 2020 nəzarətçi–müəllim, 263 buraxılış rejimi əməkdaşı, 91 bina nümayəndəsi ayrılıb.İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.İmtahanın gedişi zamanı 6 nəfərdə mobil telefon (ilk telefon saat 12-də müəyyən edilib) aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq.İmtahanda 21521 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanda 43 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.22 may saat 16:00-da DİM-in “Youtube” kanalı və “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.Abituriyentlər suallarını “Facebook”da yerləşdirilən müvafiq postun altına yaza və ya [email protected] elektron poçtuna göndərə bilərlər.Mayın 22-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqi) bağlı diqqətli olsunlar. Bundan əlavə, imtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.*** Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Bu barədə Xeberxetti.com -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, imtahanda 21521 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: – İmtahana buraxılış vərəqəsi; – Şəxsiyyəti təsdiq edən sənədin əsli: – Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahan keçirilən şəhər və rayonlarda 91 imtahan binası, 1607 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 91 ümumi imtahan rəhbəri, 264 imtahan rəhbəri, 2020 nəzarətçi–müəllim, 263 buraxılış rejimi əməkdaşı, 91 bina nümayəndəsi ayrılıb. İmtahanda 21521 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 19563 nəfər Azərbaycan, 1958 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 5269 nəfəri oğlan, 16252 nəfəri isə qızdır. 18480 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2542 nəfər əvvəlki illərin məzunudur. 69 nəfər ali təhsil müəssisələrinin, 430 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 74 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1961-ci ildən, ən gənci isə 2007-ci ildəndir. İmtahanda 43 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil olmaqla 36 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib. Xeberxetti.com Teqlər:

    DİM
     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    UNESKO Ukraynaya missiya göndərəcək

    05 İyul 2022

    Sərhədi pozan İran vətəndaşları saxlanılıb

    05 İyul 2022

    İrəvanda aksiya: “Bizi unutdurur, “qaçqın” statusu vermək istəmirlər”

    05 İyul 2022

    Yeddi il əvvəl ölən adam “radara düşdü” – VİDEO

    05 İyul 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    UNESKO Ukraynaya missiya göndərəcək

    05 İyul 2022

    Mədə xəstəliklərinin əsas səbəbləri açıqlanıb

    05 İyul 2022

    Vilayət Eyvazovdan yeni təyinat

    05 İyul 2022

    Sabahın hava proqnozu açıqlanıb

    05 İyul 2022

    Sərhədi pozan İran vətəndaşları saxlanılıb

    05 İyul 2022

    Xəzər dənizinin öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin yaradılması təklif edilir

    05 İyul 2022

    Azərbaycanda ilk dəfə yaranan milli parklar: Bu gün giriş pulsuzdur

    05 İyul 2022

    İrəvanda aksiya: “Bizi unutdurur, “qaçqın” statusu vermək istəmirlər”

    05 İyul 2022

    İşğaldan azad edilmiş kənddə yanğın olub

    05 İyul 2022

    Əli Həsənova bağlı olan daha iki şirkət ləğv olunur

    05 İyul 2022

    Baş Prokurorluq: “161-Qaynar xətt” mərkəzi ödənişsizdir”

    05 İyul 2022

    Zaqatalada itən turistlə bağlı YENİ FAKT: bundan əvvəl də yoxa çıxıbmış…

    05 İyul 2022

    Yeddi il əvvəl ölən adam “radara düşdü” – VİDEO

    05 İyul 2022

    Dünənki qəzalarda 5 nəfər ölüb

    05 İyul 2022

    Ukraynada raket zərbələri nəticəsində azərbaycanlı ailə həlak olub

    05 İyul 2022

    İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlandı

    05 İyul 2022

    Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlandı

    05 İyul 2022

    Bakıda stilisti öldürən HAKİM QARŞISINDA

    05 İyul 2022

    Ağcabədi sakini tüfənglə atı vuraraq öldürüb

    05 İyul 2022

    Bakıda İrəvanla bağlı kitabın təqdimatı keçirilir

    05 İyul 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.