Xeberxetti.com xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, 30 yaşlarındakı şəxs bu yaxınlarda xarici səfərdən qayıdıb və virus əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Hazırda vəziyyəti yüngül qiymətləndirilir və həkim nəzarəti altında karantinə yerləşdirilib.
Qeyd edək ki, Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç, Böyük Britaniya, Avstraliya, Kanada və ABŞda meymun çiçəyi xəstəliyinə yoluxma halları aşkarlanıb.