Xəbər Xətti

    Çavuşoğlu Mahmud Abbasla görüşdü

    25 May 2022

    Türkiyə 3 şəhid verdi

    25 May 2022

    Ukraynada müharibədə ölən uşaqların sayı 234-ə çatıb

    25 May 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Çavuşoğlu Mahmud Abbasla görüşdü

      25 May 2022

      Türkiyə 3 şəhid verdi

      25 May 2022

      Ukraynada müharibədə ölən uşaqların sayı 234-ə çatıb

      25 May 2022

      Le Figaro: “Bayden dünyada böyük bir qarşıdurma başlatdı”

      25 May 2022

      Azərbaycanda 9 il əvvəl baş vermiş qətlin üstü açılıb

      25 May 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Manşet»Rusiya-Ukrayna savaşının 80-ci GÜNÜ: Dünya yeni problemlə üz-üzə qalır – TƏHLİL
    Manşet

    Rusiya-Ukrayna savaşının 80-ci GÜNÜ: Dünya yeni problemlə üz-üzə qalır – TƏHLİL

    15 May 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    80 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

    Rusiya ordusunun təxmini itkiləri:
    Tank, PDM və ZTR-lər – 2595 ədəd, avtomobil texnikası – 2200 ədəd, səhra artilleriyası və minaatanlar – 473 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 195 ədəd, zenit-raket kompleksləri – 55 ədəd, təyyarələr – 200 ədəd, helikopterlər – 160 ədəd, PUA – 300 ədəd, gəmi-kater – 13 ədəd.
    Ukrayna ordusunun təxmini itkiləri:
    Tank, PDM və ZTR-lər – 2680 ədəd, avtomobil texnikası – 2480 ədəd, səhra artilleriyası və minaatanlar – 1210 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 259 ədəd, zenit-raket kompleksləri – 325 ədəd, təyyarələr – 167 ədəd, helikopterlər – 127 ədəd, PUA – 705 ədəd.
    Ukrayna-Rusiya müharibəsinin səksəninci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev “Xəbər Xətti”-a şərh edib.

    Elxan Şıxəliyev bildirib ki, 80-ci gündə əməliyyatlar əsasən Xarkov, İzyum, Luqansk, Mariupol, Xerson, Donetsk istiqamətində mövqe döyüşləri davam edib və tərəflər çıxdıqları mövqelərdə möhkəmlənməyə çalışıblar:
    “Ukrayna hərbi kəşfiyyat orqanları Rusiya qoşunlarının üç istiqamətdə yenidən qruplaşmasını və ehtiyatların toplanmasını həyata keçirdiyini bildirdi. Bu istiqamətlər Zaporoje, Severodoneçk və Xerson istiqamətləridir. Onlar idda edirlər ki, Rusiya qoşunları bu istiqamətlərdə yenidən qruplaşmanı başa çatdırdıqdan sonra hücum əməliyyatlarını yeni templə davam etdirəcəklər. Əgər bu kəşfiyyat məlumatları təsdiqini tapsa önümüzdəki bir neçə gün ərzində üç istiqamətdən bu baş verə bilər. Pentaqonun kəşfiyyat mənbələrinə görə Rusiyanın Ukraynada olan tabor taktiki qruplarının sayı 12 ədəd artıb. Əvvəl onların sayı 93 ədəd idi isə, 12 ədəd də əlavə olunaraq 105 olub. Bu sayın artırılması operativ hədəflərin bir az öncə ələ keçirilməsi üçündür. Onların operativ hədəflərindən biri Donbası tam nəzarətə götürməkdir və onlar bunun üçün çox çalışırlar. Rusların bu planlarının pozulması üçün Ukrayana qoşunları bütün mümkün atəş vasitələrindən maksimum istifadə edərək onlara gündə ən azı min nəfər canlı qüvvə itkisi verməlidirlər. O zaman itkilər və daxil olan ehtiyatlar balanslaşmış olar. O zaman ruslar bu planlarından vaz keçməyə məcbur olar. Əks təqdirdə döyüşlər hələ bu templə davam edəcək.
    Ehtiyatları cəlb etmək üçün ruslar gizli səfərbərlik həyata keçirirlər. Bunu informasiya məkanından gizli saxlaya bilirlər. Amma cəlb edilən əlavə tabor qruplarının komplektləşməsi bunun hesabınadır. Rusiya gəncliyi müharibədə iştirak etmək üçün istəkli olmasa da, qubernatorların vəzifələrindən azad olunmasının əsas səbələrindən biri də tələb olunan səfərbərlik ehtiyatlarını təşkil edə bilməmələridir.
    Digər bir məsələ, Rusiya artıq ikinci cəbhədə – ölkə ərazisində geniş yayılmış “yanğınlar cəbhə”sində savaşır. Yanğınların səbəbi səhlənkarlıq kimi qiymətləndirilsə də, digər səbəblərdən də bu cəbhədə qayğıların artacağı gözləniləndir. Rusiya daxili resurslarını artıq bu cəbhəyə də ayırmağa məcburdur.
    Ukrayna qoşunlarının əsas tapşırığı isə bu əməliyyatlara qarşı qoymağa hazır olmaqla bərabər, son əks həmlələr zamanı nəzarətə götürdükləri əraziləri maksimum qorumaqdan ibarətdir. Eyni zamanda, onlar Xarkov və İzyum istiqamətində hücum döyüşlərini davam etdirməklə Xarkov vilayətinin Ukrayna-Rusiya sərhədi boyu dövlət sərhəddinə çıxmaq üzərədir. Bu gün onlar dövlət sərhədinin bərpasına çox yaxınlaşdılar. Cəbhənin Luqansk istiqamətində rusların hücum cəhdlərini dəf etdilər. Donetsk istiqamətində rusların iki toplanma məntəqəsinə PUA zərbəsi endirdilər. Nikolayev istiqamətində Rusiyaya məxsus SU-35 təyyarəsini vurdular.
    Əməliyyatlar teatrında gah ukraynalılar, gah da ruslar uğurlu döyüşlər aparırlar. Nəticədə, ümumi cəbhənin operativ vəziyyətində ciddi vəziyyət dəyişikliyi baş vermir. Tabor taktiki qrupları kiçik hədəflər üzərinə güc sərf edir. Hər bir hədəfin ələ keçirilməsində itkilər verməyə davam edirlər.
    Finlandiya və İsveçin NATO-ya üzv olma ehtimalına görə, Rusiya Finlandiyaya verilən elektrik enerjisini dayandırıb. Finlandiya bu kəsintini İsveç vasitəsi ilə bərpa edəcəyini bəyan edib. Açıq şəkildə görünən odur ki, tərəflər əllərində olan bütün vasitələrdən bir-birinə qarşı istifadə edirlər. Məsələ ondadır ki, tərəflərin prinsipiallığı və mövqeyindən geri çəkilməməsi dünyada ciddi qida problemi yaratmağa başlayıb. Bu məsələnin G-7 zirvəsində diqqətə alınması problemin ciddiliyindən xəbər verir.
    Bundan əlavə, Cənubi Osetiya rəhbərliyi Rusiyaya birləşmək üçün referendum təyin edib. Gürcüstan tərəfi isə məsələyə sərt reaksiya verib. Yaxın zamanda Gürcüstan istiqamətində gərginliyin olma ehtimalı artır.
    Bu gün ABŞ müdafiə naziri ilə Rusiya müdafiə nazirinin telefon danışığı olub. Şimali Atlantika Alyansının Rusiyanın əməliyyatları dayandırması istəyini ona çatdırıb. Rusların buna nə qədər istəkli olacağını önümüzdəki günlərdə görəcəyik”.
    Səxavət Məmməd

    www.Xeberxetti.com

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    “Ukraynaya hərbi dəstəyin artırılması Rusiyanın öz məqsədlərinə çatmasını çətinləşdirir” – ŞƏRH

    24 May 2022

    Cavid Qurbanov işdən çıxarıldı – Yeni vəzifəyə TƏYİNAT

    24 May 2022

    Prezident onlara yüksək vəzifə verdi – 2 SƏRƏNCAM / FOTOLAR

    24 May 2022

    “Həcc ziyarətinə yatırılan pullar müsəlmanların bir-birini öldürməsinə yönəldilib” – İlahiyyatçıdan OLAY SÖZLƏR

    24 May 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Çavuşoğlu Mahmud Abbasla görüşdü

    25 May 2022

    Le Figaro: “Bayden dünyada böyük bir qarşıdurma başlatdı”

    25 May 2022

    Azərbaycanda 9 il əvvəl baş vermiş qətlin üstü açılıb

    25 May 2022

    Azərbaycanda 9 il əvvəl baş vermiş qətlin üstü açılıb

    25 May 2022

    “İnfeksiyaları uzun müddətə bloklayan vaksinlər yaradın”

    25 May 2022

    Azərbaycandan Həcc ziyarəti üçün qiymət 9 106 manatdır, sabahdan sənəd qəbulu başlayır

    25 May 2022

    ABŞ-da ibtidai məktəbdə atışma: İki uşaq ölüb

    25 May 2022

    “Qızıl top”un sahibi bu tarixdə bilinəcək

    25 May 2022

    Bakıda avtomobil 18 yaşlı velosipedçini vuraraq ağır xəsarət yetirib

    24 May 2022

    BMT-dən Talibana çağırış: “Qadınlar təzyiq siyasətindən əl çəkin”

    24 May 2022

    Xarici dövlətlərin hərbi attaşeləri Naxçıvandadır – FOTO

    24 May 2022

    Umayra Tağıyeva: “Həftənin ikinci yarısında hava sabitləşməyə doğru dəyişəcək”

    24 May 2022

    Kanada Kiyevə 20 min NATO mərmisi verəcək

    24 May 2022

    “Azadlığa buraxılmağım üçün 210 min manat verdik”

    24 May 2022

    AQTA sahibkarlara xəbərdarlıq edib

    24 May 2022

    Fransa XİN Brüsseldəki üçtərəfli görüşə münasibət bildirdi

    24 May 2022

    Oxu.az – Moldovanın sabiq prezidentinin həbsinin görüntüləri yayıldı

    24 May 2022

    Zelenski Kremlə şərtini açıqladı

    24 May 2022

    “Ukraynaya hərbi dəstəyin artırılması Rusiyanın öz məqsədlərinə çatmasını çətinləşdirir” – ŞƏRH

    24 May 2022

    Mövlam Şıxəliyevin səs yazısı açıqlanıb, məhkəmədə ara qarışıb

    24 May 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.