“Finlandiya və İsveç açıq şəkildə PKK-nı dəstəkləyir, bu qəbuledilməzdir”.
Xeberxetti.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Berlində alyansın xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü ərəfəsində deyib. Diplomat bildirib ki, NATO-ya üzv olmağa hazırlaşan dövlət heç bir halda terrorçuları dəstəkləməməlidir. “Türkiyə əvvəldən NATO-nun açıq qapı siyasətini dəstəkləyib. Hətta alyansın bəzi üzvləri regionumuzda və Qərbi Balkanlarda bəzi dövlətlərin NATO-ya daxil olmasına qarşı çıxanda da biz bunu dəstəkləmişik. NATO təkcə təhlükəsizliklə bağlı deyil, həm də həmrəylikdən ibarət olan bir ittifaqdır”, – nazir vurğulayıb.Xeberxetti.comTeqlər:
PKK
Finlandiyavəİsveç
Bənzər yazılar
Add A Comment