Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“xeberxetti.com”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Məmmədov Rəhim Nizami oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bəbənin müştərək travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Mənbə
Xeberxetti.com