Xeberxetti.com a daxil olan müraciətdə deyilir: Hazırda BakıQubaRusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 88ci kilometrliyindən başlayaraq paytaxt istiqamətində tikintibərpa işləri aparılır.
Bununla əlaqədar yolun işlərin aparıldığı hissəsində hərəkət tam olaraq məhdudlaşdırılmış, əks hissədə isə 2 tərəfli hərəkət təşkil edilib, təhlükəsizlik üçün əlavə tədbirlər görülmüş, müvafiq nişanlama xətləri çəkilmiş, müvəqqəti yol nişanları quraşdırılıb.
DİNin Baş DYP İdarəsi xüsusilə həftə sonu BakıQubaRusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət intensivliyinin artacağını nəzərə alıb, eləcə də son günlər sözügedən avtomobil yolunda baş vermiş ağır yolnəqliyyat hadisələrinin bir daha təkrarlanmaması üçün sürücülərə müraciət edərək onlardan təmirbərpa işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin tələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlı olmağı xahiş edir.