“Qarabağ müharibəsi zamanı şahidi olduğumuz yalan və böhtan alovu media və kommunikasiya məsələləri, sosial media və dezinformasiya məsələsinin vacibliyini bir daha xatırlatdı və güc birləşməsinin bizim üçün nə qədər zəruri olduğunu göstərdi”.
Xeberxetti.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısında səsləndirilən video mesajında deyib. O qeyd edib ki, müharibə təkcə meydanda aparılmır: “Çap və vizual mediadan tutmuş sosial mediaya qədər bir çox mediada 44 gün ərzində şiddətli mübarizə aparılıb. Acı təcrübələrimizin işığında indi hamımız bu həqiqəti çox aydın görürük. Demokratik ölkələrdə dördüncü hakimiyyət kimi qələmə verilən media müəyyən güclərin, müəyyən qlobal şirkətlərin və bədxah dairələrin əlində həqiqəti təhrif edən, ört-basdır edən manipulyasiya alətinə çevrilə bilər”. Aytən Zəhra Xeberxetti.com
Teqlər: