Xəbər Xətti

    Kimlərin yeni virusa yoluxma ehtimalı azdır? – TƏBİB açıqladı

    28 May 2022

    “Putin müharibədə qalib gəlməcəyək” – Almaniya kansleri

    28 May 2022

    Ermənistan Prezidenti Azərbaycanla sülh barədə danışdı

    28 May 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Kimlərin yeni virusa yoluxma ehtimalı azdır? – TƏBİB açıqladı

      28 May 2022

      “Putin müharibədə qalib gəlməcəyək” – Almaniya kansleri

      28 May 2022

      Ermənistan Prezidenti Azərbaycanla sülh barədə danışdı

      28 May 2022

      “Yeni virusa görə kütləvi vaksinasiyaya ehtiyac yoxdur” – ÜST

      28 May 2022

      Oxu.az – Şəbnəm Tovuzlu niyə gəlinlik geyindi?

      28 May 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Siyasət»İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər – YENİLƏNİB – FOTO/VİDEO
    Siyasət

    İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər – YENİLƏNİB – FOTO/VİDEO

    14 May 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə gəlib.

    “Xəbər Xətti” xəbər verir ki, dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər.

    Yeni hava limanına ilk dəfə göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş etdi.

    Hər iki ölkənin dövlət başçılarının təyyarələri nəhəng su tağının altından keçdi.

    Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıladı.

    Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

    Daha sonra qardaş ölkələrimizin prezidentləri açılış mərasiminin keçirildiyi məkana gəldilər.

    Əvvəlcə Azərbaycan Prezidenti çıxış etdi.

    Prezident İlham Əliyevin çıxışı

    – Əziz və dəyərli qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan.

    Əziz qardaşlarım, əziz dostlar.

    Yenidən qardaş Türkiyə torpağında olmağımdan çox məmnunam. Bütün türk qardaşlarımı səmimi-qəlbdən salamlayıram, Azərbaycandan hərarətli salamlar ifadə edirəm.

    İlk növbədə, əziz qardaşım cənab Prezident Rəcəb Tayyib Ərdoğana məni bu mərasimə dəvət etdiyi üçün təşəkkürümü bildirirəm və bu gözəl hava limanının açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm.

    Bu hava limanının açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır.

    Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik – xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi.

    İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq.

    Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir.

    Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə – Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik.

    Əziz dostlar, əziz qardaşlar. Mən ilk dəfədir ki, Rizedəyəm. Bu diyar haqqında çox eşitmişəm. Təyyarə ilə gələrkən pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq buradan seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir. Rizenin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir, amma ən böyük sərvət bu bölgənin insanlarıdır – mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara!

    Mən bu gün qardaşımın məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm. Rize Türk dünyasına böyük lider və mənim qardaşım Rəcəb Tayyib Ərdoğanı bəxş etmişdir. Buna görə sizə minnətdarıq. Bütün Türk dünyası sizinlə fəxr edir.

    Əziz dostlar, qardaşlar, bacılar, sizi bu gözəl hadisə – hava limanının açılışı münasibətilə bir daha təbrik edirəm. Yaşasın Rize! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi!

    ***17:07

    Mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib.

    “Xəbər Xətti” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.

    Yeni hava limanına ilk dəfə göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş etdi.

    Hər iki ölkənin dövlət başçılarının təyyarələri nəhəng su tağının altından keçdi.

    Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıladı.

    Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

    Daha sonra qardaş ölkələrimizin prezidentləri açılış mərasiminin keçirildiyi məkana gəldilər.

    Dövlət başçıları açılış mərasimində çıxış etdilər.

    Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim olundu.

    Sonra birgə foto çəkdirildi.

    Daha sonra Rize-Artvin Hava Limanının açılışını bildirən lent kəsildi.

    X X X

    Qeyd edək ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır.

    Rize şəhərinə 34, Artvin şəhərinə isə 125 kilometr məsafədə yerləşən bu aeroport Türkiyənin 58-ci hava limanıdır. Bu hava limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton daşın tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işləri aparılıb. Rize-Artvin Hava Limanı ildə təxminən 3 milyon sərnişinə xidmət edəcək.

    Müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava limanı müasir standartlara tam uyğundur. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir.

    Ümumi sahəsi 3 milyon kvadratmetr olan Rize-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək. İlkin hesablamalara görə, bu hava limanı hər il ən azı 3 milyon sərnişin qəbul edəcək.

    Bu hava limanının dənizin doldurularaq inşa edilməsi maraq doğuran suallardandır. Məlum olduğu kimi, Rize-Artvin bölgəsi Anadolu ərazisində ən mürəkkəb coğrafi relyefə malikdir. Türkiyədə həyata keçirilən regionların inkişafı və mövcud potensialdan daha səmərəli istifadə edilməsi strategiyasına uyğun olaraq, yeni hava və dəniz limanlarının inşası, eləcə də dəmir yolu və avtomagistralların tikintisi, körpülərin salınması, tunellərin çəkilməsi mühüm istiqamətlərdəndir. Məhz bu strategiya sayəsində həyata keçirilən layihələr bütün növ daşımalarda əhəmiyyətli irəliləyişlər yaradıb.

    Xatırladaq ki, hazırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rize-Artvin Hava Limanının bu sıraya daxil olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrlə daşımalar və turizm üçün böyük imkanlar yaradır.

    Hava limanının çay yarpağı şəklindəki giriş tağı və çay stəkanı formasındakı hava nəqliyyatına nəzarət qülləsi bölgənin yerli memarlıq üslubunda inşa olunub. Aeroportun əsas binasında türk çayının tanıdılacağı Çaykur muzeyi və kiçik çay fabriki də yaradılıb.

    ***16:50

    Türkiyənin Rizə şəhərində yeni inşa olunan Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilir.

    “Xəbər Xətti” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.

    Açılış mərasimində əvvəlcə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu və hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli İldırım çıxış ediblər. Onlar hava limanının tikintisi üçün görülən işlər və onun əhəmiyyətindən danışıblar.

    Daha sonra dövlət başçıları çıxış edəcəklər.

    ***16:39

    Türkiyənin Rizə şəhərində yeni inşa olunan Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilir.

    Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edirlər.

    Daha sonra dövlət başçıları açılış mərasimində çıxış edəcəklər.

    ***14:59

    Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başlayıb.

    Dövlət başçısının təyyarəsi Rizə şəhərində yeni inşa olunan Rizə-Artvin Hava Limanına eniş edib.

    Azərbaycan lideri İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak edəcək.

    Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq.

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Bu gün 28 may – Müstəqillik Günüdür

    28 May 2022

    Topçubaşovun Parisdən yazdığı məktub nədən bəhs edirdi? – VİDEO

    27 May 2022

    Mehriban Əliyeva Zəngilanda çörək kəsib – VİDEO

    27 May 2022

    Prezident: “Çox şadam ki, xaricdəki azərbaycanlılar azad edilmiş torpaqların bərpası ilə bağlı fəal çalışırlar”

    27 May 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Kimlərin yeni virusa yoluxma ehtimalı azdır? – TƏBİB açıqladı

    28 May 2022

    “Yeni virusa görə kütləvi vaksinasiyaya ehtiyac yoxdur” – ÜST

    28 May 2022

    Oxu.az – Şəbnəm Tovuzlu niyə gəlinlik geyindi?

    28 May 2022

    Akınçılar kim olub? Türkün hərb tarixinin şanlı səhifəsi

    28 May 2022

    Bu gün Azərbaycanın Müstəqilliyi Günüdür

    28 May 2022

    Bu gün 28 may – Müstəqillik Günüdür

    28 May 2022

    Topçubaşovun Parisdən yazdığı məktub nədən bəhs edirdi? – VİDEO

    27 May 2022

    Dövlət başçısı və birinci xanım Zəngilanda azərbaycanlı həkimlərlə videobağlantı vasitəsilə söhbət ediblər

    27 May 2022

    Prezident və birinci xanım Ağalı kəndində uşaq bağçası, məktəbə baxış keçiriblər

    27 May 2022

    Rəşad Sadıqov: “Bu komandaya əl-qol açmağa imkan vermək olmaz”

    27 May 2022

    Ağalı kənd tam orta məktəbində distant təhsil həllərinin təqdimatı keçirilib

    27 May 2022

    Mehriban Əliyeva Zəngilanda çörək kəsib – VİDEO

    27 May 2022

    Prezident: “Çox şadam ki, xaricdəki azərbaycanlılar azad edilmiş torpaqların bərpası ilə bağlı fəal çalışırlar”

    27 May 2022

    Prezident və birinci xanım Zəngilanda həkimlərlə videobağlantı ilə danışdılar

    27 May 2022

    Türkiyənin UZAQGÖRƏNLİYİ: “Putin NATO-nun “dişsiz” olduğunu bildiyi üçün…” – Hərbi ekspert

    27 May 2022

    Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçiminin nəticələri açıqlanıb

    27 May 2022

    Ərdoğanın Azərbaycana səfəri ilə bağlı məlumat yayıldı

    27 May 2022

    İqlim dəyişmələrinə uyğunlaşma məsələləri müzakirə olunub

    27 May 2022

    “Qarabağ” 7-ci dəfə kubokun qalibi oldu

    27 May 2022

    İntim sirlərinə görə ərini öldürdü – Bakıda biznes-ledinin ŞOK CİNAYƏTİ

    27 May 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.