Bakıda İran vətəndaşını avtomobil vurub.
“xeberxetti.com”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
1978-ci il təvəllüdlü Xosrovifar Daniyal Əli oğlu yolu keçərkən “Hyundai” markalı avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
Xeberxetti.com