Xəbər Xətti

    “Rusların Ukraynadakı cinayətlərinin biri də cəzasız qalmamalıdır” – Sanna Marin

    27 May 2022

    Meymunçiçəyinə Azərbaycanda bu şəxslər yoluxa bilər – AÇIQLAMA

    27 May 2022

    Bakıda avtomobil 6 yaşlı uşağı vurub

    27 May 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      “Rusların Ukraynadakı cinayətlərinin biri də cəzasız qalmamalıdır” – Sanna Marin

      27 May 2022

      Meymunçiçəyinə Azərbaycanda bu şəxslər yoluxa bilər – AÇIQLAMA

      27 May 2022

      Bakıda avtomobil 6 yaşlı uşağı vurub

      27 May 2022

      Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb

      27 May 2022

      “TEKNOFEST Azərbaycan” bu gün də davam edəcək

      27 May 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Cəmiyyət»“Qazilərin Gücləndirilməsi Layihəsi”nin ikinci mərhələsi başa çatıb
    Cəmiyyət

    “Qazilərin Gücləndirilməsi Layihəsi”nin ikinci mərhələsi başa çatıb

    13 May 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    “Azərbaycanda xidmət göstərənlər üçün keçirilən psixososial dəstək təlimləri ilə qazilərin gücləndirilməsi layihəsi”nin ikinci mərhələsi başa çatıb.

    “xeberxetti.com” xəbər verir ki, tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov, TOGEM-DER İdarə Heyətinin sədri Füsun Türken Uysal, Ankara Universitetinin Sağlamlıq elmləri fakültəsinin dekanı Əminə Özmete, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və Türkiyə Böyük Millət Məclisinin Ərizə Komissiyasının sədri, deputat Mihrimah Belma Satır iştirak ediblər.

    Z.Əliyev layihənin ərsəyə gəlməsində dəstək olan Türkiyə qurumlarına təşəkkür edib və bu təcrübənin iştirakçılar üçün faydalı olacağına əminliyini ifadə edib. O söyləyib ki, agentlik qardaş ölkə ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır: “Biz daim Türkiyənin müvafiq səhiyyə qurumları ilə əməkdaşlığın genişləndirilməsinə çalışır, icbari tibbi sığorta və səhiyyə sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi istiqamətində mütəmadi olaraq qarşılıqlı səfər və görüşlər təşkil edir, birgə layihələr icra edirik”.

    İdarə Heyətinin sədri həmçinin müharibə iştirakçılarının və şəhid ailəsi üzvlərinin daim dövlətin qayğısı ilə əhatə olunduğunu və Agentliyin bu istiqamətdə tədbirlər gördüyünü vurğulayıb: “2022-ci ilin yanvar-aprel ayları ərzində 6500-ə yaxın Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvünə icbari tibbi sığorta çərçivəsində 47 mindən çox tibbi xidmət göstərilib”.

    TƏBİB-in İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov isə Türkiyənin daimi dəstəyini diqqətə çatdırıb: “Heç şübhəsiz ki, haqq savaşımızda qəhrəmanlıqla vuruşmuş qazilərimizin sağlamlıqlarına qovuşmasında Türkiyəli həkimlərin rolu danılmazdır. Bu günə qədər birgə əməkdaşlıq çərçivəsində Yaşat Fondu tərəfindən Türkiyəyə əməliyyat üçün göndərilmiş onlarla qazimiz qardaş ölkədə öz sağlamlıqlarına qovuşaraq vətənimizə qayıdıb”.

    Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı isə iki ölkə arasındakı əlaqələrin inkişafından və layihənin əhəmiyyətindən danışıb: “Sevindirici haldır ki, bu əhəmiyyətli layihəmizin bağlanış mərasimi Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Bu kimi sosial layihələrin isə davamlı olması üçün əlimizdən gələni əsirgəməyəcək, Türkiyədəki digər universitetlərin və sosialyönümlü qeyri-hökumət təşkilatlarının bu işə cəlb olunmasına çalışacağıq”.

    Tədbirdə sonunda təlimçilərə və iştirakçılara müvafiq olaraq təşəkkürnamələr və sertifikatlar təqdim olunub.

    Qeyd edək ki, layihənin cari ilin mart ayında keçirilmiş birinci mərhələsində vebinarlar keçirilib. May ayında Bakıda baş tutan 3 günlük təlimlərdə isə öyrənilən bilik və bacarıqlar təkmilləşdirilib. Layihəyə 70-dən çox əməkdaş cəlb olunub.


    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Bakıda avtomobil 6 yaşlı uşağı vurub

    27 May 2022

    Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb

    27 May 2022

    Oxu.az – Koronavirusla bağlı SON STATİSTİKA

    27 May 2022

    Dünyada koronavirusdan sağalanların sayı 500 milyonu ötüb

    27 May 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    “Rusların Ukraynadakı cinayətlərinin biri də cəzasız qalmamalıdır” – Sanna Marin

    27 May 2022

    Bakıda avtomobil 6 yaşlı uşağı vurub

    27 May 2022

    Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb

    27 May 2022

    “TEKNOFEST Azərbaycan” bu gün də davam edəcək

    27 May 2022

    Oxu.az – Koronavirusla bağlı SON STATİSTİKA

    27 May 2022

    Ordu generalı: Rusiya-Azərbaycan sərhədinin beynəlxalq qeydiyyatı başa çatmayıb

    27 May 2022

    “Kissincerin istəyi Rusiyanın qlobal tarazlıq qabiliyyətini qorumasıdır” – Türkiyəli ekspertin RƏYİ

    27 May 2022

    Dünyada koronavirusdan sağalanların sayı 500 milyonu ötüb

    27 May 2022

    Almaniya kansleri: “Putin müharibədə qalib gəlməməlidir”

    27 May 2022

    Davada qoparılan qulağını qağayı götürüb uçdu – FOTO/VİDEO

    27 May 2022

    Şakira hakim qarşısına çıxacaq: Həbs oluna bilər

    27 May 2022

    Müğənni səhnədə çıxış edərkən alışıb yandı – VİDEO

    27 May 2022

    Buraxılış imtahanlarının nəticələri açıqlanıb

    27 May 2022

    Lavrov xəbərdarlıq etdi

    27 May 2022

    Azercell “TEKNOFEST Azərbaycan”ın baş sponsorudur

    27 May 2022

    Avtobus piayadanı vurub öldürdü

    27 May 2022

    Xarkovdan dəhşətli xəbər: Ölən və yaralılar var

    27 May 2022

    Rusiya bu ərazini ələ keçirib

    27 May 2022

    Dövlət Xidmətində İctimai Şuranın üzvləri ilə görüş keçirilib

    27 May 2022

    ÜST Kiyevin qətnaməsini qəbul, Rusiyanın layihəsini isə rədd etdi

    27 May 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.