Böyük Britaniyanın Baş naziri Boris Conson vergiləri azaltmaq məqsədilə büdcə yükünün yüngülləşməsi üçün nazirlərdən dövlət xidmətində çalışan 91 min nəfərin ixtisarını tələb edib.
“Xəbər Xətti” AZƏRTAC-a istinadən bildirir ki, bunu Boris Conson Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.
“Hökumətin vergi ödəyicilərindən aldığı hər funt-sterlinq onların öz prioritetlərinə, öz həyatlarına xərcləyə biləcəkləri puldur”, – deyə o bildirib. Baş nazir, həmçinin komandasının üzvlərinə tapşırıb ki, çətin vəziyyətdə olan ailələrin maddi təzyiqini azaltmaq üçün səylərini ikiqat artırsınlar.
Məmurların sayının tələb olunan miqdarda azaldılması ildə təxminən 3,5 milyard funt-sterlinqə qənaət etmək imkanı yaradacaq.
(function () {
window._ttzi = 170;
var adv_170_iad = document.createElement(“script”);
adv_170_iad.src = “https://adviad.com/nativevideo/get_ads.js?=” + (Math.floor(Math.random() * 100000000) + 1);
adv_170_iad.async = true;
(document.body || document.head || document.documentElement).appendChild(adv_170_iad);
adv_170_iad.onload = function () {
adv_170_iad.parentNode.removeChild(adv_170_iad);
}
})();
“Xəbər Xətti”
Mənbə
xeberxetti.com