Xəbər Xətti

    “Rusların Ukraynadakı cinayətlərinin biri də cəzasız qalmamalıdır” – Sanna Marin

    27 May 2022

    Meymunçiçəyinə Azərbaycanda bu şəxslər yoluxa bilər – AÇIQLAMA

    27 May 2022

    Bakıda avtomobil 6 yaşlı uşağı vurub

    27 May 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      “Rusların Ukraynadakı cinayətlərinin biri də cəzasız qalmamalıdır” – Sanna Marin

      27 May 2022

      Meymunçiçəyinə Azərbaycanda bu şəxslər yoluxa bilər – AÇIQLAMA

      27 May 2022

      Bakıda avtomobil 6 yaşlı uşağı vurub

      27 May 2022

      Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb

      27 May 2022

      “TEKNOFEST Azərbaycan” bu gün də davam edəcək

      27 May 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Fakt»Azay Quliyev 3 ölkə ilə bağlı hesabat hazırlayacaq
    Fakt

    Azay Quliyev 3 ölkə ilə bağlı hesabat hazırlayacaq

    13 May 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    ATƏT PA-nın vitse -prezidenti və Cənubi Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev mayın 8-dən 13-nə kimi Şimali Makedoniya, Albaniya və Monteneqroda səfərdə olub, səfər zamanı bu ölkələrin parlamentariləri, hökumət rəsmiləri və siyasi partiya təmsilçiləri ilə görüşlər keçirib.
    ATƏT PA-nın yaydığı məlumatda bildirilir ki, hər üç ölkədə yüksək səviyyədə qarşılanan xüsusi nümayəndə Azay Quliyev regionun üzləşdiyi bir sıra problemləri və çağırışları ətraflı müzakirə edib. Regionda baş verən proseslər haqqında ətraflı məlumat əldə etmək üçün Şimali Makedoniya, Albaniya və Monteneqroya səfər etməkdən məmnun olduğunu bildirən Azay Quliyev səfərin yekunları və əldə olunan nəticələr barədə hesabat hazırlayacağını qeyd edib. Skopyada Şimali Makedoniyanın prezidenti Stevo Pendarovski, xarici işlər naziri Buyar Osmani, Parlamentin spikeri Talat Xaferi, hakim və müxalifət partiyalarının rəhbərləri ilə keçirilən görüşdə xüsusi nümayəndə 2023-cü ildə ATƏT-ə sədrlik edəcək Şimali Makedoniyaya ATƏT PA-nın tam dəstəyini ifadə edib, region ölkələri ilə ikitərəfli əlaqələrin vəziyyəti, Avropa İttifaqına üzvlük, Ukraynada baş verən müharibənin iqtisadi və siyasi nəticələri ətrafında müzakirələr aparıb. A.Quliyev parlament çoxluğunu və müxalifəti təmsil edən partiyalarla ayrılıqda görüşərək onları milli maraqlar naminə əməkdaşlığa və dialoqa dəvət edib. Tiranada Albaniyanın prezidenti İllir Meta, Parlamentin sədri Lindita Nikola, Baş nazirin müavini Arben Ahmeyati, dövlət əlaqələri naziri Eliza Spiropali, hakim və müxalifət partiyalarının rəhbərləri ilə keçirilən görüşdə Azay Quliyev xüsusi nümayəndə kimi mandatına daxil olan məsələləri həmsöhbətlərinin diqqətinə çatdırarq seçki və hüquqi islahatların davam etməsini, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə daha çox işlərin görülməsinin vacibliyini qeyd edib və bu məsələlərin həllində ATƏT-in əməkdaşlığa hazır olduğunu bildirib. ATƏT PA-nın yaydığı məlumatda deyilir ki, Azay Quliyev Albaniyanın 2020-ci ildə ATƏT-ə sədrliyini və irəli sürdüyü “Açıq Balkan Təşəbbüsünü” yüksək qiymətləndirib. Xüsusi nümayəndə 2021-ci ilin aprelində Albaniyada keçirilən parlament seçkilərini müşahidə edən ATƏT-in beynəlxalq missiyasına rəhbərlik etdiyini və Demokratiya və İnsan Haqları Bürosu ilə birlikdə seçkilərlə bağlı bir çox tövsiyələr verdiyini xatırladıb və bu tövsiyələrin icrası ilə əlaqədar görülən işlərlə maraqlanıb. Müxalifət partiya təmsiçiləri ilə görüşdə Parlamentin işinə qatılmamaq və boykot etmək taktikasının səmərəsiz olduğunu və ən çətin məsələlərin siyasi dialoq və qarşılıqlı anlaşma yolu ilə vacibliyini onların diqqətinə çatdırıb. Podqorisada xüsusi nümayəndə Quliyev Monteneqronun Baş naziri Dritan Abazoviç, xarici işlər naziri Ranko Krivokopiç, Parlamentin spikeri Daniela Duroviç, Avropa İttifaqının səfiri Kristina Popa, müxalifət və iqtidar partiyalarının rəhbərləri ilə görüşüb. Azay Quliyev Baş nazirlə görüşdə onu rəhbərlik etdiyi yeni hökumətin qurulması münasibətilə təbrik edib və qanunun aliliyinin təmini, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizənin gücləndirilməsi istiqamətində irəli sürdüyü proqramı alqışlayıb. Avropa İttifaqına üzvlük məsələsində Monteneqronun region ölkələrinə nisbətən daha çox məsafə qət etdiyini təqdir edən Azay Quliyev ATƏT PA-nın ölkədə aparılan bütün islahatlara, xüsusilə, seçki və məhkəmə-hüquq sahəsində olan islahatlara ATƏT-in və Parllament Assamblyesaının tam dəstək verəcəyini həmsöhbətlərinin diqqətinə çatdırırb. Hər üç ölkənin rəsmiləri ilə keçirilən görüşlərdə ATƏT-in 3 ölçüsü əsasında “Cənubi Şərqi Avropa ölkələrinin Parlament Dialoq və Əməkdaşlıq Platforması”nın yaradılması haqqında xüsusi nümayəndə Azay Quliyevin irəli sürdüyü təklif dəstəklənib və yaxın aylarda bu təşəbbüsün icrasına başlanılması barədə razılıq əldə olunub. Azay Quliyevi Skopyada ATƏT-in Missiya rəhbəri, Avstriyadan olan səfir Klemens Koya, Tiranada ATƏT-in Missiya rəhbəri, İtaliyadan olan səfir Vinkenzo Del Monoka, Podqorisada isə ATƏT-in Missiya rəhbəri, Fransadan olan səfir Dominik Vaaq müşahidə ediblər. Azay Quliyev ATƏT-in hər üç ölkədə fəaliyyət göstərən Missiyalarının fəaliyyətini yüksək qiymətləndirərək səmərəli əməkdaşlığa görə onlara təşəkkür edib. Xüsusi nümayəndə keçirilən görüşlərin nəticəsi olaraq hər üç ölkənin müxalifət və iqtidar partiyalarının dialoqa və əməkdaşlığa hazır olmaları haqqında verdikləri bəyanatdan məmnun olduğunu bildirib və ATƏT PA-nın 2-6 iyul tarixlərində Böyük Britaniyada keçiriləcək İllik Sessiyyası üçün hazırlayacağı hesabatda çatışmazlıqlarla yanaşı bütün müsbət məqamları əks etdirəcəyini qeyd edib. ATƏT PA-nın verdiyi məlumata görə, regionu tam əhatə etmək məqsədilə Azay Quliyevin iyun ayında Rumıniya və Bolqarıstana da səfəri planlaşdırılır.

    Teqlər:

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    “Rusların Ukraynadakı cinayətlərinin biri də cəzasız qalmamalıdır” – Sanna Marin

    27 May 2022

    “TEKNOFEST Azərbaycan” bu gün də davam edəcək

    27 May 2022

    Müğənni səhnədə çıxış edərkən alışıb yandı – VİDEO

    27 May 2022

    Buraxılış imtahanlarının nəticələri açıqlanıb

    27 May 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    “Rusların Ukraynadakı cinayətlərinin biri də cəzasız qalmamalıdır” – Sanna Marin

    27 May 2022

    Bakıda avtomobil 6 yaşlı uşağı vurub

    27 May 2022

    Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb

    27 May 2022

    “TEKNOFEST Azərbaycan” bu gün də davam edəcək

    27 May 2022

    Oxu.az – Koronavirusla bağlı SON STATİSTİKA

    27 May 2022

    Ordu generalı: Rusiya-Azərbaycan sərhədinin beynəlxalq qeydiyyatı başa çatmayıb

    27 May 2022

    “Kissincerin istəyi Rusiyanın qlobal tarazlıq qabiliyyətini qorumasıdır” – Türkiyəli ekspertin RƏYİ

    27 May 2022

    Dünyada koronavirusdan sağalanların sayı 500 milyonu ötüb

    27 May 2022

    Almaniya kansleri: “Putin müharibədə qalib gəlməməlidir”

    27 May 2022

    Davada qoparılan qulağını qağayı götürüb uçdu – FOTO/VİDEO

    27 May 2022

    Şakira hakim qarşısına çıxacaq: Həbs oluna bilər

    27 May 2022

    Müğənni səhnədə çıxış edərkən alışıb yandı – VİDEO

    27 May 2022

    Buraxılış imtahanlarının nəticələri açıqlanıb

    27 May 2022

    Lavrov xəbərdarlıq etdi

    27 May 2022

    Azercell “TEKNOFEST Azərbaycan”ın baş sponsorudur

    27 May 2022

    Avtobus piayadanı vurub öldürdü

    27 May 2022

    Xarkovdan dəhşətli xəbər: Ölən və yaralılar var

    27 May 2022

    Rusiya bu ərazini ələ keçirib

    27 May 2022

    Dövlət Xidmətində İctimai Şuranın üzvləri ilə görüş keçirilib

    27 May 2022

    ÜST Kiyevin qətnaməsini qəbul, Rusiyanın layihəsini isə rədd etdi

    27 May 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.