Xəbər Xətti

    “Yeni virusa görə kütləvi vaksinasiyaya ehtiyac yoxdur” – ÜST

    28 May 2022

    Bakıda obyektdən oğurluq edən şəxs “iş başında” saxlanıldı – VİDEO

    28 May 2022

    Akınçılar kim olub? Türkün hərb tarixinin şanlı səhifəsi

    28 May 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      “Yeni virusa görə kütləvi vaksinasiyaya ehtiyac yoxdur” – ÜST

      28 May 2022

      Bakıda obyektdən oğurluq edən şəxs “iş başında” saxlanıldı – VİDEO

      28 May 2022

      Akınçılar kim olub? Türkün hərb tarixinin şanlı səhifəsi

      28 May 2022

      Türkmənistandan Ermənistana qaz nəqli – “Danışıqlar artıq başlayıb“

      28 May 2022

      Meymunçiçəyini Pentaqon yayıb – Rusiya Müdafiə Nazirliyi

      28 May 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Kriminal»Azərbaycanda XÜSUSİ ƏMƏLİYYAT: 57 nəfər həbs olundu
    Kriminal

    Azərbaycanda XÜSUSİ ƏMƏLİYYAT: 57 nəfər həbs olundu

    12 May 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Azərbaycanda XÜSUSİ ƏMƏLİYYAT:  57 nəfər həbs olundu - VİDEO
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.
    Daxili İşlər Nazirliyindən “Xəbər Xətti”-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin daha 57 üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 120 kiloqram narkotik vasitə və psixotrop maddə, həmçinin 4360 ədəd psixotrop tərkibli həb aşkar olunub.
    Daxil olmuş məlumat əsasında Abşeron və Binəqədi rayonlarında keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş Pənah İsmayılov və Ramin Abuzərov saxlanılıblar. Pənah İsmayılov üzərindən və yaşadığı evdən 42 kiloqram, o cümlədən 30 kiloqram heroin, 9 kiloqram metamfetamin, 3 kiloqram marixuana, elektron tərəzilər və 1 ədəd narkotik vasitələrin satışına dair qeydlər apardığı dəftər, Ramin Abuzərovdan isə 8 kiloqram müxtəlif adda olan narkotik maddə aşkar edilib.
    Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara və Salyan rayonlarında keçirdikləri əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş Fuad Əliyev, Emil Babayev, Bəxtiyar Əsədov, Fazil Baxşəliyev, eləcə də Elşən Əliyev, Rüstəm Əliyev və Sevinc Qasımova saxlanılıblar. Bu şəxslərdən, eləcə də evlərindən 56 kiloqram, o cümlədən 34 kiloqram heroin, 22 kiloqram marixuana, 2 kiloqram metamfetamin və 3300 ədəd metadon həbi aşkar olunub.
    Araşdırma zamanı müəyyən edilib ki, adları çəkilən 9 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda yüksək təsiresici xassəyə malik narkotik vasitəni Azərbaycan ərazisində qəbul edərək satışı təşkil etməli imişlər.
    Paytaxtda, eləcə də, cənub və qərb bölgələrində keçirilən digər əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən daha 48 nəfər saxlanılıb. Bu şəxslərdən 14 kiloqram heroin, kokain, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar aşkar olunub.
    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    İntim sirlərinə görə ərini öldürdü – Bakıda biznes-ledinin ŞOK CİNAYƏTİ

    27 May 2022

    İntim sirlərinə görə ərini öldürdü – Bakıda biznesledinin ŞOK CİNAYƏTİ

    27 May 2022

    Bakıda narkotik məclisində QƏTL

    27 May 2022

    “Evimdə aşkarlanan milyonlar arvadımın babasından miras qalıb”

    27 May 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    “Yeni virusa görə kütləvi vaksinasiyaya ehtiyac yoxdur” – ÜST

    28 May 2022

    Akınçılar kim olub? Türkün hərb tarixinin şanlı səhifəsi

    28 May 2022

    Bu gün Azərbaycanın Müstəqilliyi Günüdür

    28 May 2022

    Bu gün 28 may – Müstəqillik Günüdür

    28 May 2022

    Topçubaşovun Parisdən yazdığı məktub nədən bəhs edirdi? – VİDEO

    27 May 2022

    Dövlət başçısı və birinci xanım Zəngilanda azərbaycanlı həkimlərlə videobağlantı vasitəsilə söhbət ediblər

    27 May 2022

    Prezident və birinci xanım Ağalı kəndində uşaq bağçası, məktəbə baxış keçiriblər

    27 May 2022

    Rəşad Sadıqov: “Bu komandaya əl-qol açmağa imkan vermək olmaz”

    27 May 2022

    Ağalı kənd tam orta məktəbində distant təhsil həllərinin təqdimatı keçirilib

    27 May 2022

    Mehriban Əliyeva Zəngilanda çörək kəsib – VİDEO

    27 May 2022

    Prezident: “Çox şadam ki, xaricdəki azərbaycanlılar azad edilmiş torpaqların bərpası ilə bağlı fəal çalışırlar”

    27 May 2022

    Prezident və birinci xanım Zəngilanda həkimlərlə videobağlantı ilə danışdılar

    27 May 2022

    Türkiyənin UZAQGÖRƏNLİYİ: “Putin NATO-nun “dişsiz” olduğunu bildiyi üçün…” – Hərbi ekspert

    27 May 2022

    Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçiminin nəticələri açıqlanıb

    27 May 2022

    İqlim dəyişmələrinə uyğunlaşma məsələləri müzakirə olunub

    27 May 2022

    “Qarabağ” 7-ci dəfə kubokun qalibi oldu

    27 May 2022

    İntim sirlərinə görə ərini öldürdü – Bakıda biznes-ledinin ŞOK CİNAYƏTİ

    27 May 2022

    Zəngilanda “Ağıllı kənd” layihəsi üzrə ilk “Smart DOST” məntəqəsi istifadəyə verilib

    27 May 2022

    Oxu.az – Azərbaycan Kuboku: “Qarabağ” “lotereya”da sevindi

    27 May 2022

    Azərbaycan Ordusunun əsgəri vəfat edib

    27 May 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.