Almaniya kansleri Olaf Şolz Prezident Frank-Valter Ştaynmayer Kiyevin onu qəbul etməkdən imtina etdiyini təsdiqlədikdən sonra Ukraynaya səfər etmək fikrində olmadığını deyib.
Xeberxetti.com xəbər verir ki, bu barədə Şolz ZDF-ə müsahibədə deyib. O, “belə etmək olmaz” ifadəsini işlədib. – Ölkə bu qədər hərbi yardım, bu qədər maliyyə yardımı edir, amma Ukraynanın gələcəyi üçün vacib olan təhlükəsizlik zəmanətinə gəldikdə prezident ora gedə bilmir, – Şolz gileylənib. Almaniya hökumətinin başçısı qeyd edib ki, o, Ukrayna paytaxtına getməyəcək Xatırladaq ki, aprelin 12-də Varşavada olan Ştaynmayer açıqlama vermişdi ki, Kiyev rəhbərliyi onun Ukraynaya səfərini rədd edib. Polşa prezidenti Anjey Duda ona Baltikyanı həmkarları ilə birlikdə Ukrayna paytaxtına səfər etməyi təklif etmişdi. Tural Tağıyev Xeberxetti.com Teqlər:
Almaniya
Kiyev
Bənzər yazılar
Add A Comment