Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“xeberxetti.com”un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobilinin maneəyə çırpılması nəticəsində 3 nəfər – ana, P.Kazımova və övladları L.Alxaslı və E.Alxaslı xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
Xeberxetti.com