Xəbər Xətti

    Azərbaycanda 9 il əvvəl baş vermiş qətlin üstü açılıb

    25 May 2022

    “İnfeksiyaları uzun müddətə bloklayan vaksinlər yaradın”

    25 May 2022

    Tacikistanda təriqət lideri qətlə yetirildi

    25 May 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Azərbaycanda 9 il əvvəl baş vermiş qətlin üstü açılıb

      25 May 2022

      “İnfeksiyaları uzun müddətə bloklayan vaksinlər yaradın”

      25 May 2022

      Tacikistanda təriqət lideri qətlə yetirildi

      25 May 2022

      Azərbaycandan Həcc ziyarəti üçün qiymət 9 106 manatdır, sabahdan sənəd qəbulu başlayır

      25 May 2022

      “Bakıda istirahət edirəm” – Əbülfəs Qarayev

      25 May 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Fakt»Deputat sensasion yeyinti faktını açıqladı
    Fakt

    Deputat sensasion yeyinti faktını açıqladı

    03 May 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    “Mən Mədəniyyət Komitəsinin sədri olaraq, bizi narahat edən məsələlərə toxunmaq istəyirəm. “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının təkmilləşdirilməsi və inkaşıfına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın nəticəliliyinin qiymətləndirilməsi ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində aparılan auditin nəticəsi olduqca narahatlıq yaradır”.
    Bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentin plenar iclasında Hesablama Palatasının illik hesabatı haqqında məsələnin müzakirəsində çıxışı zamanı deyib. “Biz bu nəticələri müzakirə etdik. Hesab edirik ki, bu, qurumun fəaliyyətində əsaslı dönüş üçün xəbərdarlıq olmalıdır. Abidələrlə bağlı proqram başa çatıb, vəsait xərclənib; məlum olub ki, Xidmət tərəfindən aparılan monitorinq tədbirləri zamanı abidələrin bir hissəsində bərpa işlərinə ehtiyac olduğu müəyyən edilib. Orta hesabla hər il 134 abidədə təxminən 90 milyon manatlıq bərpa və konservasiya işləri aparılması nəzərdə tutulub. Amma 2020-2021-ci illərdə bu işə 40 milyon manatlıq satınalma həyata keçirilib ki, bu vəsaitin 77,3%-i yalnız bir abidəni – Şəki şəhərindəki Gileyli məscidinin bərpasını əhatə edib”, – deputat bildirib. Komitə sədri qeyd edib ki, bu Xidmət tərəfindən abidələrin bərpası, konservasiyası işləri həyata keçirilmədiyi üçün yenidən sənədlərin hazırlanmasına ehtiyac var: “Niyə əvvəl ayrılan 600 min manat vəsait boşa getdi?! Bu, ciddi araşdırılmalıdır. Bu vəsaitə 4-5 abidəni bərpa etmək olardı. Digər məsələ ondan ibarətdir ki, Proqram qurtarıb, amma Azərbaycanda abidələrin pasportlaşdırılması ilə bağlı 2012-ci ildən başlayan bu iş başa çatdırılmayıb. 2021-ci ildə 4528 abidədən 8,1 %-i pasportlaşdırılıb. 140 abidədən cəmi 3,1%-nin mühafizə zonaları təşkil edilib. Bu, ciddi çağırışdır. Dövlətin ayırdığı vəsaiti çox səmərəli xərcləmək, işlərə nəzarəti ciddi etmək lazımdır. Hesablama palatasını bu məsələyə nəzarətə çağırırıq. Bizim önümüzdə Heydər Əliyev Fondunun və Mehriban xanımın gördüyü böyük işlər var. Bu işlər dövlət qurumlarına nümunə olmalıdır ki, bu sahədə əsaslı dönüş yaratsınlar”.(Qafqazinfo) Xeberxetti.com

    Teqlər:

    Abidə
     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    “İnfeksiyaları uzun müddətə bloklayan vaksinlər yaradın”

    25 May 2022

    “Qızıl top”un sahibi bu tarixdə bilinəcək

    25 May 2022

    BMT-dən Talibana çağırış: “Qadınlar təzyiq siyasətindən əl çəkin”

    24 May 2022

    Kanada Kiyevə 20 min NATO mərmisi verəcək

    24 May 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Azərbaycanda 9 il əvvəl baş vermiş qətlin üstü açılıb

    25 May 2022

    “İnfeksiyaları uzun müddətə bloklayan vaksinlər yaradın”

    25 May 2022

    Azərbaycandan Həcc ziyarəti üçün qiymət 9 106 manatdır, sabahdan sənəd qəbulu başlayır

    25 May 2022

    ABŞ-da ibtidai məktəbdə atışma: İki uşaq ölüb

    25 May 2022

    “Qızıl top”un sahibi bu tarixdə bilinəcək

    25 May 2022

    Bakıda avtomobil 18 yaşlı velosipedçini vuraraq ağır xəsarət yetirib

    24 May 2022

    BMT-dən Talibana çağırış: “Qadınlar təzyiq siyasətindən əl çəkin”

    24 May 2022

    Xarici dövlətlərin hərbi attaşeləri Naxçıvandadır – FOTO

    24 May 2022

    Umayra Tağıyeva: “Həftənin ikinci yarısında hava sabitləşməyə doğru dəyişəcək”

    24 May 2022

    Kanada Kiyevə 20 min NATO mərmisi verəcək

    24 May 2022

    “Azadlığa buraxılmağım üçün 210 min manat verdik”

    24 May 2022

    AQTA sahibkarlara xəbərdarlıq edib

    24 May 2022

    Fransa XİN Brüsseldəki üçtərəfli görüşə münasibət bildirdi

    24 May 2022

    Oxu.az – Moldovanın sabiq prezidentinin həbsinin görüntüləri yayıldı

    24 May 2022

    Zelenski Kremlə şərtini açıqladı

    24 May 2022

    “Ukraynaya hərbi dəstəyin artırılması Rusiyanın öz məqsədlərinə çatmasını çətinləşdirir” – ŞƏRH

    24 May 2022

    Mövlam Şıxəliyevin səs yazısı açıqlanıb, məhkəmədə ara qarışıb

    24 May 2022

    Zibilə atılan ərzaqla dünyadakı aclar doyardı – VİDEO

    24 May 2022

    Şarl Mişel Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşündən yazdı

    24 May 2022

    Cavid Qurbanov işdən çıxarıldı – Yeni vəzifəyə TƏYİNAT

    24 May 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.